Bura səhiyyə ocağıdır, yoxsa?.. - İTTİHAM
Tarix: 15-02-2020, 10:16 | Çap et
Bu gün ölkə ictimaiyyətini ən çox narahat edən və düşündürən məsələlərdən biri də, akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yaşanan biabırçı problemlərin varlığıdır. Çünki, adı çəkilən bu səhiyyə müəssisəsində yaşananlar, məhz bura üz tutan hər kəsə həm fiziki, həm də mənəvi təsir göstərir. El arasında “Respublikanski xəstəxana” adı ilə daha çox tanınan bu səhiyyə müəssisəsi, hal-hazırda ölkəmizin ən böyük müalicə müəssisələrindən biri hesab olunur. Buna baxmayaraq, Telman İbadovun baş həkim olduğu bu xəstəxanada elə bir idarəçilik həyata keçirilir ki, baş verənləri kənardan görüb-eşidən hər kəs, sanki “ahvay” çəkməli olur. Yəni uzun illərdir ki, bu şəxsin rəhbərliyi altında fəaliyyət göstərən Klinik Xəstəxanada “bazar qanunları” hökm sürməkdədir. Adicə bir faktı qeyd edək ki, xəstəxananın liftindən tutmuş reanimasiya otağına qədər hər yerdə rüşvət, qeyri-qanuni pullu xidmət növü baş alıb gedir. Məsələn, liftlə minmək üçün 40 qəpik, ayaqyoluna getmək üçün isə 20 qəpik ödəməli olursan. Xəstəni qəbul şöbəsinə çatdırdınsa, demək “əlin cibində” olmalıdır. Əgər “əlin cibində” olmadısa, o halda “bəxtin gətirməyəcək”. Çünki, baş həkim Telman İbadovun və baş həkimin müavini Mahir Babayevin birbaşa diktəsi ilə oturub-duran qəbul şöbəsinin əməkdaşları, xəstəni qəbul etmək üçün xeyli “fırlatmalı olacaqlar”. Əgər uzun çəkçevirdən sonra xəstə xəstəxanaya qəbul olundusa, o halda həmin xəstə lazımi şəraiti olmayan, xəstələrin daha çox sıxlıq təşkil etdiyi palataya yerləşdiriləcək. Elə ki, şöbənin müdirinə az-çox “görüm-baxım” edirsən, o halda bəslənilən münasibət 180 dərəcə bucaq altında dəyişəcək. “Tappıltı-guppultu” isə, xəstə palataya yerləşdirildikdən sonra başlayır. Yəni dövlət səhiyyə müəsssəsi olmasına baxmayaraq, bu gün M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası “kolxoz bazarı”na oxşayır və burada əməlli-başlıca “bazar qanunlar” hökm sürür. Belə ki, şöbə müdirindən tutmuş həkimə, tibb bacısına, hətta təmizlik işləri ilə məşğul olan xadiməyə də “hörmət etməlisən” ki, xəstənin sifətinə “gün doğa bilsin”. Xəstələrə verilməli olan dərman preparatlarının “qeybə çəkilməsi”, büdcədən ayrılan vəsaitlər hesabına alınan ərzaqla təminatın sıfır həddində olması və s. onu sübut edir ki, baş həkim Telman İbadovun idarəçiliyi dözülməz həddə çatıb. Respublika Klinik Xəstəxanasında “bazar qanunları” hökm sürür Məsələnin düşündürücü tərəfi odur ki, səhhətində müəyyən problemi olan və yaxın-uzaq məsafədən bu xəstəxanaya üz tutan xəstə həkimə “şifahi ödəniş” etməlidir ki, problemi haqda şifahi məlumat da əldə edə bilsin. Sözsüz ki, bütün bu kimi “oyun qaydaları”nın başında Telman İbadov və müəyyən səlahiyyətlərə sahib olan Mahir Babayev dururlar. Bir faktı da qeyd edək ki, çox zaman baş həkim iş başında tapılmır, ona görə də idarəçiliyi Mahir Babayev həyata keçirməli olur. Bütün bunlardan əlavə, xəstəxananın giriş-çıxış qapısında da rüşvətsiz keçinmək olmur. Yəni, xəstəxananın həyətinə daxil olan avtomobillərin hər birindən 1-2 manat məbləğində “xərac alınır”. Respublika Klinik Xəstəxanasında yaşanan ən biabırçı olaylar, daha çox reanimasiya şöbəsində baş alıb gedir. Yəni, qanunla kənar şəxslərin bu şöbəyə daxil olmaları qadağan olunsa da, axşam saatlarında adı çəkilən bu şöbə sanki “kolxoz bazarı”na oxşayır. Belə ki, kimin pulu varsa və ürəyi nə vaxt istəsə reanimasiya şöbəsindəki xəstəsinə baş çəkə bilər. Belə bir addıma görə icazə verilməsinin bazar qiyməti 5-10 manat müəyyən olunub. Elə ki, bu şöbədə yatan xəstənin həkiminə rüşvət vermədin, o halda xəstə baxımsız qalacaq, hətta xəstənin dünyasını dəyişməsi halı da baş verə bilər. Ən pis, ən faciəli halın varlığı isə, reanimasiya şöbəsində dünyasını dəyişmiş xəstənin yaxınlarından rüşvət tələb olunması olur. Yəni, bu şöbədə elə bir ab-hava formalaşıb ki, meyiti reanimasiya şöbəsindən buraxmaq üçün də, şöbə əməkdaşları “haqq-hesab” tələb edirlər. Meyitin ünvana çatdırılması üçün təcili tibbi yardım əməkdaşlarının tələb etdikləri “haqq-hesab”ın göstəricisi isə, nə yerə, nə də göyə sığır. Bir sözlə, Respublika Klinik Xəstəxanasının ödənişli səhiyyə müəssisələrindən heç bir fərqi yoxdur. Sadəcə olaraq, adında bir fərq var ki, o da bu xəstəxananın dövlət xəstəxanası olmasıdır. Respublika Klinik Xəstəxanasında “bazar qanunları” hökm sürür Toxunacağımız başqa faktların varlığını da qeyd edək ki, bu xəstəxananın ultrasəs müayinəsi aparıldığı kabinetində konkret qiymətlər müəyyən olunub. Məsələn, zobdan müayinə olunmaq üçün 15-20 manat, qadınlarda daxili orqanların kompleks müayinəsi 100 manat, qanın ümumi analizi 10 manat, qanda qlükozanın müəyyən olunması 5 manat, sidiyin ümumi analizi 8 manat, böyrək analizləri 35 manat, QİÇS analizi 10 manat, adi həkim müayinəsi 20-25 manat, ginekoloji yoxlanma 50 manat, döş qəfəsinin rentgen olunması üçün 15-25 manat, daxili orqanların ümumi müayinəsi üçün isə, təqribən 160 manat ödəmək lazım gəlir. Respublika Klinik Xəstəxanasının nəzdində fəaliyyət göstərən doğum şöbəsi də, bu gün ən böyük soyğunçuluq ünvanlarından biri hesab olunur. Bu şöbədə haqq-ədalət anlayışından heç bir halda əsər-əlamət yoxdur. Hər kəsə güntəki aydındır ki, bu şöbədə müdir vəzifəsini daşıyan Zəhra Abbasova, baş həkim Telman İbadovdan və müavin Mahir Babayevdən aldığı təlimatlar əsasında fəaliyyətini davam etdirir ki, bu da çoxsaylı xəstələrin “qanı bahasına” başa gəlir. Adicə bir faktı qeyd edək ki, şöbənin gözləmə otağında yeni körpənin dünyaya gəlişini gözləyənlərin əhval-ruhiyyəsində sevinc hissindən daha çox, sanki daha çox narahatlıq hiss olunmaqdadır. Tam əksəriyyət şöbə müdirini Zara xanım deyə tanıyır və adı çəkilən bu xanımın müəyyən etdiyi qiymət cədvəli isə, birbaşa hər kəsin narahatçılığına səbəb olan halın varlığı olur. Məsələn, bu doğum şöbəsində qeysəriyyə əməliyyatı olunan xəstələrin yaxınları Zara həkimin müəyyən etdiyi “büdcə”yə təqribən 800-1200 manat məbləğində pul ödəməlidir ki, arzusunu “çin edə bilsin”. Qeysəriyyə əməliyyatından, yaxud da təbii doğuşdan sonra nisbətən rahatlığı təmin olunan palatada qalmaq üçün xəstənin yaxınları əlavə 50-100 manat məbləğində pul ödəməyə də məcbur edilirlər. Xəstənin sahibləri xəstə qeysəriyyə əməliyyatı olunmazdan öncə də, xeyli məbləğdə xərcə düşməli olurlar. Yəni, xəstə əməliyyat olunmazdan əvvəl onun yaxınlarına dərmanların, preparatların, sarğı materiallarının və s. alınması üçün bir siyahı verilir. Verilmiş siyahıda yoddan tutmuş rezin əlcəklərə qədər hər şeyin alınması nəzərdə tutulur. Halbuki bütün bunlar xəstələrə pulsuz verilməli olsa da, bunların heç biri verilmir. Əldə etdiyimiz məlumatlara görə, bu şöbədə bir ananın gündəlik xərci təqribən 20-25 manat civarında olur. Belə ki, şöbədəki uşaq həkiminə, gündəlik uşağa baxan növbətçi tibb bacılarına mütləq “haqq-hesab” çatmalıdır. Əgər belə bir addım atılmazsa, o halda uşağa yaxşı qulluq göstərməyəcəklər. Bundan əlavə, xəstələrin qaldıqları otaqları təmizləyən, yaxınlarının evdən gətirdikləri yemək çantasını xəstələrə çatdıranlara da, mütləq hörmət olunmalıdır. Belə bir işə görə müəyyən olunmuş məbləğin 3-5 manat arasında olduğu bldirilir. Söylənilənlərə görə, verilən xırda “haqq-hesab”ların Zara xanıma aidiyyatı olmasa da, əslində o, bütün işçilərindən gündəlik haqq alır. Onu da qeyd edək ki, çox zaman Zara xanım müştərilərə “VİP xidmət” də təklif edir. Belə ki, adi palatadan fərqli olaraq əgər otaqda soyuducu və televizor varsa, ayaqyolu cəmi iki palata üçün nəzərdə tutulubsa, o halda həmin otaq “lüks otaq” hesab olunur və qiyməti də fərqli olur. Xəstəxananın cərrah həkimi olan Çinarə xanımın atdığı addımlar da nə yerə, nə də göyə sığası məsələdir. Çünki, adı çəkilən bu xanıma “haqq-hesab” verilmədisə, o halda o, düşünüb-daşındığı addımını atır. Atdığı addımlar günah iş olsa da, o, Allahdan belə qorxmur. Ümumiyyətlə, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş verən, həddi-hüdudu bilinməyən çoxsaylı qanunsuzluqların varlığı onu sübut edir ki, bir növ “cəngəllik qanunları” ilə idarə olunan bu səhiyyə müəssisəsindən geninə-boluna yazmaq olar. Fakt budur ki, Klinik Xəstəxanada cərəyan edən hadisələrin hər birindən tam əksəriyyətin məlumatı var. O halda sual oluna bilər ki, görəsən bu cür biabırçılıqların, hər cür rüsvayçılıq hallarının qarşısını almaq üçün, daha nə qədər gözləməliyik ki, belə bir bəlalardan xilas ola bilək? Xəstəxananın 73 yaşlı baş həkim Telman İbadovla bərabər, müavin vəzifəsini daşıyan Mahir Babayev də, bu gün olduqca axrayınçılıq nümayiş etdirməkdədirlər. Onlar problemləri həll etmək əvəzinə, problemlərin üstünə yeni-yeni problemlər əmələ gətirməklə məşğul olurlar. Xəstəxananın həyətində fəaliyyət göstərən yeməkxanada baş verən minbir hoqqalar da, unudulması mümkün olmayan məsələlərdəndir. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxananın “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması, faktiki qiymətlərin “kəllə-çarxa” qalması ilə nəticələnib. Bir sözlə, bu səhiyyə müəssisəsi hal-hazırda ifrat dərəcədə xoşagəlməz olayların girdabında boğulmaqdadır. Bu kimi halların varlığına baxmayaraq, hələ də bu səhiyyə müəssisəsindəki saysız-hesabsız problemlərin, xoşagəlməz olayların varlığı, xəstəxananı inhisarında saxlayan rəhbərliyin və digər vəzifə sahiblərinin maraqlarına cavab verməkdədir. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Araşdırmamız davam edəcək. http://aktualxeber.az/
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Dünən, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Dünən, 13:58 |
|
|
|
|