“Deputata dedim ki, gəl bir gecə burada qal, görüm bacarırsanmı...” - GİLEY
Tarix: 17-02-2020, 09:17 | Çap et
Mingəçevir avtovağzalından şəhərin mərkəzinə uzanan yolun kənarındakı ayaqqabı təmiri dükanında gecələr də işıq yanır. Ev-eşiyi olmayan Ramil Musayev burada həm işləyir, həm də yaşayır.
Ramilə elə gəlir ki, biz onun burada yaşamasına inanmırıq. Sübut etməyə çalışır. Harada yatdığını göstərir. Hətta deyir ki, onun şəklini də çəkə bilərik. Əyləşdiyi taxtanın üzərinə uzanır, üstünə köhnə ədyalı çəkir, başına da nimdaş gödəkçəni keçirir. Deyir ki, başını örtməsə, soyuq dəyir, möhkəm xəstələnir.
“Gecələr çox soyuq olur. Bir təqaüdçü kişi var, şaxtalar olanda məni evinə aparır ki, burada donub ölməyim. Sonra heç kimə əziyyət verməmək üçün yenidən qayıdıb gəlirəm bura. Hər səhər əl-üzümü “Şəhidlər bulağı”nda buz kimi su ilə yuyuram. Ayaqyolu üçün yolun o üzündəki yataqxananın ikinci mərtəbəsinə gedirəm. O kişi evinə aparanda duşa da girirəm. Yemək də ki, nə tapsam... Çörəyi nisyə alıb yeyirəm. Bax, neçə gündür acam”, - Ramilin ac-susuz olmasını qurumuş dodaqlarından da bilmək olur.
Bir az sonra Ramilə bəzi məsələlərdə əl tutan Adil Fəhimi bizə yaxınlaşır. Təqaüdçü deyir ki, özü də başqasının verdiyi yerdə müvəqqəti yaşayır, amma dostuna biganə qala bilmir: “O da mənim balamdı. Yemək bişirirəm, onu da çağırıram. Ürəyim ağrıyır. Çox soyuq günlərdə getmək istəməyəndə məcbur aparıram”.
Ramil Musayev 7 ildən çoxdur pinəçi dükanında həyat sürür. Dediyinə görə, ailəli olub, hətta övladı da var. Amma ayrılıqdan sonra məhkəmə birlikdə yaşadıqları ata evindəki otağı qadına yaşayış hüququ predmeti olaraq verib. Keçmiş həyat yoldaşı da qapını bağlayaraq, qızı ilə birlikdə Yevlaxın Tanrıqulular kəndinə üz tutub. Bundan sonra Ramil işlədiyi iki-üç kvadratmetrlik yerə sığınmalı olub. Ata evində də onun yolunu gözləyən yoxdur...
“Mingəçevirin deputatı Aydın Mirzəzadə yataqxanaya gəlmişdi. Tutub saxladım. Dedim ki, səndən heç nə istəmirəm, amma gəl bir gecə burada qal, görüm bacarırsanmı? İlham Əliyevə, Mehriban Əliyevaya, Elmira Süleymanovaya məktublar yazmışam. Demək olar, bütün cavablarda yazılır ki, mənə ev düşür. Amma icra hakimiyyətində hədə-qorxu gəldilər ki, şikayətini geri götür”, - evsiz pinəçi belə xatırlayır.
Ramil əllərinin qabarını göstərir. Hər gün işləyir, amma qəpik-quruş qazanır: “Bu gün cəmi 1 manat qazanmışam. Günə onsuz da uzağı 3-4 manat olur”.
Ramil cibindən şəxsiyyət vəsiqəsini çıxarır. Ad günü olduğunu göstərmək istəyir. 40 yaşı tamam olur. Hədiyyə? Yox, bu gün Ramilə hədiyyə verən olmayacaq. Deyir ki, ona heç vaxt ad günündə hədiyyə verməyiblər...
Onun indi yeganə istəyi yaşayış yerinin olmasıdır. Lap yataqxanada yaşamağa da razıdır. Dediyinə görə, 2-3 min manat rüşvət versə, problemi həll edərlər.
Adil kişi bizə diqqətlə qulaq asır. Gözləyir ki, söhbətimiz bitsin, Ramili götürüb evinə aparsın. Onun, heç olmasa, bu gün isti yeməyə haqqı çatır...
Ramil danışır ki, yayda iş olmur, çünki hamı başmaq geyinir. Pinəçi isti aylarda qarpız satmağa məcbur olur, yoxsa acından ölər...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|