Azərbaycanda su üçün milyonları su kimi axıdanlar kimlərdi? - ŞOK FAKTLAR
Tarix: 12-03-2020, 08:02 | Çap et
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Rasim İmanov küçəsi 37 ünvanında fəaliyyət göstərən Respublika Uşaq Sanatoriyasının "Suyun satın alınması" məqsədilə keçirdiyi tenderin qalibi "Dilək-1" MMC adlı şirkət olub. Yeniavaz.com xəbər verir ki, tenderin nəticəsinə əsasən "Dilək-1" MMC Respublika Uşaq Sanatoriyasına 35 min 290 ton su satacaq. Bu miqdarda suyun satın alınması üçün Respublika Uşaq Sanatoriyası MMC-yə 178 min 214 manat 5 qəpik ödəyəcək. Rəqəmlərdən də göründyü kimi 1 ton suyun qiyməti 5 manat 5 qəpik təşkil edir. Qeyd edək ki, bu qiymət “Azərsu” ASC-nin əhaliyə satdığı içəmli suyun qiymətilə (0,35 manat) müqayisədə 14,4 dəfə çoxdur. Məlumat üçün onu da bildirək ki, Respublika Uşaq Sanatoriyasının keçirdiyi tenderin qalibi olan şirkət tender elanından cəmi 25 gün əvvəl dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan "Dilək-1" MMC 7 yanvar 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkət barədə açıq internet resurslarda heç bir məlumat mövcud deyil. Onu da əlavə edək ki, Respublika Uşaq Sanatoriyası bu gün – 11.03.2020-ci il tarixində daha bir şirkətlə tender müqaviləsi imzalayıb. “Deniz-093” MMC adlı şirkət sanatoriyaya 139 min 921 manat 31 qəpik dəyərində “Dəftərxana və təsərrüfat malları” satacaq. Maraqlıdır ki, "Dilək-1" MMC kimi “Deniz-093” MMC-də tender elanından qısa müddət əvvəl yaradılıb. Belə ki, “Deniz-093” MMC Respublika Uşaq Sanatoriyasının “Dəftərxana və təsərrüfat mallarının” satın alınması ilə bağlı elan etdiyi tenderdən cəmi 17 gün əvvəl – bu ilin yanvar ayının 13-də dövlət qeydiyyatına alınıb. Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi 20 gün əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
“Anar Servis”i bu dəfə “Dostluq Servis” əvəz edir… Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri də odur ki, bu gün - 11.03.2020-ci il tarixində daha bir təhsil müəssisəsi - Bakı şəhəri, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi 35 ünvanında yerləşən 11 nömrəli İnteqarsiya Təlimli İnternat Məktəbi “İçməli suyun alınması” məqsədilkə “Dostluq Servis” MMC ilə müavilə imzalayıb. İnternat Məktəbi 20 min ton içməli su üçün MMC-yə 80 min manat vəsait ödəyəcək. Rəqəmlərdən də göründyü kimi 1 ton suyun qiyməti 4 manat təşkil edir. Halbuki, Buzovna qəsəbəsində yerləşən uşaq sanatoriyası suyun 1 tonunu bu qiymətdən 14% baha - 5 manat 5 qəpiyə satın alır. Xatırladaq ki, "Dövlət Satınalmaları Haqqında" Qanunun 27-ci maddəsində açqı şəkildə qeyd olunur ki, satınalan təşkilat satınalma prosedurlarının başlanılmasından əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini (orta bazar qiyməti) hesablayır və təsdiq edir. Bir mənbədən satınalma üsulunun tətbiq edildiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalmaların ehtimal olunan qiyməti təsdiq olunmadan satınalma prosedurlarına başlanıla bilməz. 11 nömrəli İnteqarsiya Təlimli İnternat Məktəbinə su satan “Dostluq Servis” MMC ilə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, təxminən bir həftə əvvəl İnternat Məktəbi “Anar Servis” MMC adlı şirkət ilə “Çirkab suyun daşınması” barədə müqavilə imzalayıb. “Dostluq Servis” MMC və “Anar Servis” MMC-ni bir-birinə nə bağlayır? Adları qeyd olunan hər iki şirkətin hüquqi unvanı eynidir – Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 187, mənzil 79. Hər iki şirkət təxminən eyni tarixlərdə dövlət qeydiyyatına alınıb: “Dostluq Servis” MMC 09.02.2016-cı il, “Anar Servis” MMC isə 02.02.2026-cı il tarixində. Hər iki şirkətin nizamnamə kapitalı eynidir – 200 manat. Hər iki şirkətin qanuni təmsilçilərinin soyadı eynidir - “Dostluq Servis” MMC -nin qanuni təmsilçisi Miriyev Famil, “Anar Servis” MMC-nin qanuni təmsilçisi isə Miriyeva Nailə. Onu da bildirək ki, “Anar Servis” MMC təkcə “Çirkab suyun daşınması” xidmətini həyata keçirmir. 28.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC Diasporla İş üzrə Dövlət Komitəsinə 29 min 326 manat 30 qəpik dəyərində dəftərxana və təsərrüfat malları satacaq. 28.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC Diasporla İş üzrə Dövlət Komitəsinə 40 min 400 manat dəyərində hədiyyə xarakterli mallar satacaq. 17.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC 6 nömrəli Respublika xüsusi internat məktəbinə 4 min 999 manat 88 qəpik dəyərində “Çirkab suların daşınması” xidmətini göstərəcək. 17.02.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC 6 nömrəli Respublika xüsusi internat məktəbinə 25 min manat dəyərində içməli və texniki su satacaq. 23.01.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC 4 nömrəli Respublika xüsusi internat məktəbinə 20 min 580 manat dəyərində içməli və texniki su satacaq. 14.01.2020-ci il tarixli məlumata görə “Anar Servis” MMC Təhsil Nazirliyi Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzinə 19 min manat dəyərində içməli su satacaq. Nə “Dostluq Servis” MMC, nə də “Anar Servis” MMC barəsində açıq internet resurslarda heç bir məlumat mövcud deyil. Yüksək səviyyədə təmir olunan müəssisələrdə niyə su xətti yoxdur? Yazıda adları qeyd olunan, həmçinin adları bu yazıda qeyd olunamayan və ayrı-ayrı MMC-lərdən olduqca baha qiymətə içməli su satın alan müəssisələr yaxın tarixlərdə yüksək səviyyədə təmir olunublar. Türkan qəsəbəsində yerləşən 6 nömrəli Respublika xüsusi internat məktəbi Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində 2014-cu ildə yenidən qurulub. Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli respublika xüsusi internat məktəbi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində 2015-ci ildə yenidən qurulub Buzovna qəsəbəsində yerləşən Respublika Uşaq Sanatoriyası 2014-cü ildə yenidən qurulub. Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyi Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzi isə 2011-ci ildən etibarən fəaliyyət göstərir. Buzovna qəsəbəsində yerləşən 8 nömrəli Sanatoriya tipli İnternat Məktəbi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində 2012-ci ildə əsaslı təmir edilib. Maraqlıdır ki, son illərdə yüksək səviyyədə yenidən qurulan bu müəssisələrin yaxınlığnda yerləşən digər tikililərdə və ərazlərdə içməli su mövcud olsa da, adları qeyd olunan müəssisələrdə içməli su və kanalizasiya xətti mövcud deyil. Hər il dövlət büdcəsindən yüzminlərlə manat vəsaiti içməli su satın almağa sərf edən bu müəssisələrə su xəttinin bugünə kimi hansı səbəblərdən çəkilmədiyini öyrənmək üçün “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlamağa cəhd etsək də, telefon zənglərimizə cavab verən olmadı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|