Fürsətkeş deputat xalqın başına gələn bəladan da divident qazanmaq istəyir - GƏLİŞMƏ
Tarix: 31-03-2020, 09:48 | Çap et
Koronavirus təhlükəsinə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara uyğun olaraq tətbiq edilən karantin rejiminə əsasən, martın 29-dan qeyri-müəyyən müddətə qədər market və digər ərzaq mağazaları və əczaxanalar istisna olmaqla, xidmət və ticarətlə məşğul olan bütün obyektlərin fəaliyyəti qadağan olunub. Buna uyğun olaraq hələlik ölkədə heç bir turizm obyekti, istirahət mərkəzi fəaliyyət göstərmir və mövcud qeyri-müəyyən vəziyyətə görə heç bir obyek sahibi reklamla məşğul olmur. Lakin nə qədər qəribə olsa da, bu günlərdə ölkə mediasında istrahət və turizm mərkəzlərindən birinin genişmiqyaslı reklamı həyata keçirilir.
Deputat obyektini koronavirusun hesabına reklam etməyə çalışır
Həmin xəbərlərə atılan başlıqlar da lap adamı təşvişə salır. Obyektlərin bağlandığı, koronavirusun tüğyan etdiyi bir vaxtda hansı xidmətdən, şəraitdən danışmaq olar? AzToday.az xəbər verir ki, reklam olunan obyekt isə adı ciddi qalmaqalda hallanan, həmin hadisədə Lerik rayonunun deputatı İqbal Məmmədovun oğlu Mirhəmid də daxil olmaqla, 5 nəfərin həbs olunduğu “Relax” İstirahət və Turizm Mərkəzidir.
Təbii ki, bu reklam da ölkədə tətbiq olunan karantin tədbirlərinin üzərindən aparıldığı üçün rəsmi şəkildə reklam kimi qəbul olunmaya bilər. Belə ki, koronavirus epidemiyasına görə xaricdən ölkəyə qayıdan minlərlə vətəndaşımızın məcburi karantinə yerləşdirilməsinə ehtiyac olduğu üçün deputat İqbal Məmmədov yaranmış fürsətdən maksimum yararlanaraq “qabağa düşmək” istəyib. Məlum olduğu kimi, ölkəyə qayıdan soydaşlarımızın bəzilərinin karantin şəraiti yaxşı olmadığı barədə xəbərlər yayılır və bunu bilən İ.Məmmədov malik olduğu statusdan istifadə etməklə vətəndaşları razı salmaq üçün müvafiq xidmətini təklif edib. Bu zaman onun məqsədini öz obyektini reklam etmək baxımından gələcəyə hesablanmış addımlardan biri kimi qiymətləndirməmək olmur.
Buna görə də xaricdən gələn vətəndaşları yerləşdirməyini reklam etməsi bir tərəfə, Lerik rayonunda yerləşən və onun nəzarətində olan “Relax” İstirahət və Turizm Mərkəzində karantinə alınmış vətəndaşların saxlanma şəraiti ilə bağlı hər hansı narazılıqları olmadığını elan etməyə imkan tapıb. Sual olunur: niyə narazılıq olmalıydı ki? Yayılan məlumatlar da sanki Ərəbistandan gələn turistlərin ölkəmiz haqqında xoş təəssüratlarına bənzər şəkildə təqdim edilir. Belə ki, xəbərlərdə Polşadan qayıdan bir qrup vətəndaşımızın “Relax” İstirahət və Turizm Mərkəzində yerləşdirilməsi, bütün ehtiyaclarının yüksək səviyyədə qarşılanması(???) və onların həkim nəzarətinə alınması xüsusi vurğulanır. Bu azmış kimi karantini “Relax”da keçirən vətəndaşlarımızın əhval-ruhiyyələrinin də yüksək olduğunu sübut etmək üçün onların İqbal Məmmədovun obyektini alqışladıları video da çəkib paylaşıblar. Xeyli xub. Amma…
16 avqust hadisəsi: kriminal olay, vergidən yayınma və əvəzolunmaz deputat
Amması odur ki, “Relax” İstirahət və Turizm Mərkəzinin adı ötən ildən xidməti və şəraiti yüksək olan istirahət mərkəzi kimi deyil, kriminal hadisənin baş verdiyi, vergidən yayınma hallarının qeydə alındığı məkan kimi daha çox hallanır. Bunun üçün ötən ilin avqustun 16-da Vergilər Nazirliyinin əməkdaşları və Lerikdəki “Relax”ın rəhbərliyi arasında toqquşmanı xatırlamaq bəlkə də kifayət edər. Ancaq onu da xatırladaq ki, bu olay ümumrespublika səviyyəli böyük qalmaqala çevrilmişdi. Belə ki, həmin hadisənin böyüməməsi üçün İ.Mənmmədovun özünü ora yetirməsi də köməyə çatmamışdı. Son nəticədə deputatın oğlu Mirhəmid Nərimanlı da həbs edilmişdi. Bu olay Azərbaycan kimi balaca ölkə üçün olduqca böyük hadisə idi və İ.Məmmədovun bu işin altından necə xəfifcə sıyrılıb çıxması hələ də təəccüb doğurur.
Sonradan yayılan rəsmi məlumatlara görə, nazirliyin əməkdaşları “Relax” İstirahət və Turizm Mərkəzinə “vergidən yayınma əsaslarına görə vergi yoxlaması aparmaq üçün” gediblərmiş. Bu zaman Vergilər Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə istirahət mərkəzinin rəhbərliyi arasında qarşıdurma baş verib. Bunu sosial mediada yayılan videogörüntülər də təsdiq edib. O sübut materialında Mirhəmid Nərimanlı və İ.Məmmədovun qardaşı oğlu olduğu güman edilən Orxan Məmmədovun vergi əməkdaşları ilə qarşıdurması açıqca görünür. Üstəlik, özünü istirahət mərkəzinin vəzifəli şəxsləri kimi təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirmişlər. Məhz bu faktlara görə də deputat İ.Məmmədovun oğlu da daxil olmaqla 5 nəfər həbs edilmişdi.
İş bununla bitməmişdi. Yenə rəsmi məlumatda deyilirdi ki, “Relax” İstirahət və Turizm Mərkəzinin dövlət büdcəsinə ödədiyi vergilər kəskin azaldığına görə mərkəzin real vergi potensialını ölçmək məqsədilə ərazidə vergi yoxlamaları keçirilmiş və vergi pozuntuları aşkar edilmişdi. Aparılan vergi nəzarəti tədbirləri nəticəsində məlum olmuşdu ki, “Relax” vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidən yayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərmişdilər.
Burada bir məqamı da xüsusi vurğulamaq lazımdır. Belə ki, hələ o vaxt Vergilər Nazirliyinin rəsmi saytında göstərilirdi ki, hələ də Milli Məclisin deputatı İqbal Məmmədova aid olduğu iddia edilən “Relax” İstirahət və Turizm Mərkəzinin ərazisində yerləşən “Relax Resort and Spa Hotel”in (2018-ci ildə rəsmi qeydiyyatdan keçmiş) mərkəzin rəsmi təmsilçisi Nərimanlı Mirhəmid İqbal oğlu, “Relax Lerik”in (2017-ci ildə rəsmi qeydiyyatdan keçib) qanuni təmsilçisi isə İ.Məmmədovun qardaşı olduğu olduğu güman Məmmədov Çingiz Nəriman oğlu olub.
Amma bu qədər həngamədən sonra ölkdə növbədənkənar parlament seçkiləri ərəfəsində hansısa “gizli və güclü əl”in sayəsində Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı azadlığa buraxıldılar. İ.Məmmədovun oğlunun və qohumlarının azadlığa buraxılması ona da düşərli oldu və 9 fevral seçkilərində yenidən deputat seçildi.
Sonda onu xatırladaq ki, onsuz da Lerik rayonunda mənfi reputasiyaya malik olan İ.Məmmədovun nüfuzu 16 avqust hadisəsindən sonra yerlə-yeksan olsa da, yenidən 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən İqbal Məmmədovun seçkiqabağı kampaniyası da xeyli macəralarla dolu olub. Hətta düşdüyü gülünc vəziyyət və çıxardığı hoqqaların dərəcəsi elə yüksək olub ki, başımıza gələn koronavirus da onları yaddan çıxara bilməyib. Amma koronavirusun tüğyan etdiyi indiki vaxtda İqbal Məmmədovun fürsətkeşliyi gülüş yox, xalqın başına gələn bəladan da dividend qazanmaq istədiyi üçün ikrah hissi doğurur… AzToday.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|