"Dəfələrlə Sosial Müdafiə Fonduna müraciət etmişik..." - GİLEY
Tarix: 7-04-2020, 09:50 | Çap et
Sadıqovlar ailəsi 4 ildən artıqdır ki, Gəncənin Teymur Hacıyev küçəsində yerləşən zirzəmidə yaşayır. 5 nəfərdən ibarət ailədə 3 azyaşlı, məktəbli var. DİA.AZ-ın məlumatına görə, ailə başçısı Saməddin Sadıqov əvvəl usta kimi işləyirmiş. Bu zaman ailə kirayədə qalırmış. Sonradan 2 dəfə ağır mədə əməliyyatı keçirib, iş qabiliyyətini itirib. Bundan sonra ailə aylıq ödədiyi kirayə haqqını çatdırmayıb. Nəticədə, tək yaşayan, yaşlı bir qadın evini təmizləmək, yeməyini bişirmək, işlərini görmək müqabilində ailəyə evinin zirməsini təklif edib.
“Görürsünüz, darısqal, nəmişlik və qaranlıq yerdir. Uşaqların üçün də burada revmatizma xəstəliyi tapıblar. Günün günorta çağı da evdə işıq yandırırıq. Başqa cür mümkün deyil. Elektrik xətləri o qədər köhnədir ki, tez-tez xarab olur. Bəzən günlərlə işıqsız qalırıq. Bu uşaqlar dərslərini şam işığında oxumalı olurlar”.
48 yaşlı ana Elmira Sadıqova belə deyir. Ana bilmir hansı problemindən danışsın. Deyir, indiyə qədər dəfələrlə aidiyyatı qurumlardan kömək istəyiblər. Dadlarına çatan olmayıb. İlk dəfədir ki, kimsə qapılarını açır, o da şikayətlərini dinləməyə: “Bilirəm, medianın əlindən nə gələ bilər? Ancaq çəkib göstərəcək. Bəlkə aidiyyatı qurumlar bundan sonra baxıb utana, bizə bir kömək edələr. Çox şey istəmirik. Dəfələrlə Sosial Müdafiə Fonduna müraciət etmişik. Sosial yardım üçün yalvarmışıq. Vermirlər. İş üçün müraciət etmişik. Uyğun iş tapılmır ki, tapılmır. İcra Hakimiyyətinə də düz 4 dəfə getmişik. Onun üçü Elmar Vəliyevin dövründə, biri də yeni başçı gələndən sonra. Hər dəfə kömək olacaq, deyib, yola salıblar. Bu günədək heç bir köməklərini görməmişik”.
Saməddin Sadıqov deyir ki, yaxşı işləyə bildiyi zamanlarda kimsəyə ehtiyacları olmayıb. Hətta ev almaq haqqında da düşünüblər. Elə ki, səhhətində problem yaranıb, həyatlarında hər şey alt-üst olub: “Xaricdə küçədə yatanlara da dövlət kömək edir. Mən çox şey istəmirəm. Bizə sosial yardım ayırsınlar. Heç olmasa, evə bir qəpik pul girsin. Biz də həmin puldan kənara atıb özümüzə bir sot torpaq alaq. Ya da bizə 1-cə sot torpaq versinlər, canım cəhənnəm, birtəhər işləyib içində özümüzə ev tikərik. Vallah, yemərik, içmərik, nəsə edərik”.
Elmira Sadıqova şəraitsizlikdən, çətinlikdən bezib. Deyir, tək ümidi uşaqlarıdır, onların gələcəyidir: “İnanın, üçü də əlaçıdır. Hətta indiki qaldığımız yer məktəblərinə uzaqdır. Çıxarıb, yaxınlıqdakı məktəbə qoymaq istədik. Müəllimələri qoymadı, o cür yaxşı şagirdləri itirmək istəmədilər. İndi uzaqdakı, keçmiş məktəblərinə gedib-gəlirlər. O da ki marşurt yoludur. Çox vaxt pulları da olmur. Məcbur olub, 1 saat yarım əvvəldən çıxıb, piyada getməli olurlar. Heç olmasa avtobus belə şagirdlər üçün pulsuz deyil. Bu ölkədə yaşamaq zülmdür”.
Elmira Sadıqovanın ən böyük arzusu işıqlı mənzilinin olmasıdır. Deyir, lap 2 otaq olsun, kiçik olsun, amma işıqlı və quru olsun: “Nəmişlikdən bezmişik. Baxın, yerimiz, çarpayımız yoxdur. Uşaqlara yerdən yataq salıram. Gecələri dəhşətli soyuq olur. Deyirlər: “Ana, bizim yerimiz sudur”. Baxıram, o qədər soyuq və nəmişlikdir ki, yazıq uşaqlar gecələri qızına bilmirlər. Ayaqları, sümükləri bütün günü sızıldayır. Təkcə, uşaqlarda yox, elə hamımızda”.
Saməddin Sadıqov metal toplayıb, satır. Ailəsinin gündəlik xərclərini bununla çıxarır. Deyir, həmin gəlirlə nəinki ev al, heç kirayə də çıxa bilməzlər: “Çörəyə və kommunal xərclərə güclə yetir. İndi də zirzəmisində qaldığımız qadın deyir ki, yaxında uşaqları Rusiyadan qayıdacaq. Onun da nəvələri var. Zirzəmi olsa da, həyəti kiçikdir, bir yerə açılır. Onlar gələnə qədər bizdən bir yer tapıb, çıxmağımızı xahiş edib. Sağ olsun, 4 ildir saxlayır, ona bir şey deyə bilmərəm. Heç kimin heç kimə borcu yoxdur. Vətəndaşa köməyi də, dəstəyi də dövlət verməlidir, ayrı-ayrı adamlardan nə gözləmək olar ki? İndidən məni dərd alıb. 3 uşaqla hara gedək, bilmirik. Heç yerdən gümanımız yoxdur”.
Elmira Sadıqovanın gözünə gecələr yuxu getmir. Deyir, bütün gecəni uşaqlarına nəzarət edir. Son vaxtlar içəri tez-tez siçovul, kərtənkələ girir: “Qorxuram, ancaq başqa çarəmiz yoxdur. Mən yaşamışam, bilirəm bu dünyada çarəsizlikdən pis hiss yoxdur”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|