«Bileti qaytarmırlar, müştəri də bizi polislə hədələyir» - TURİZM ŞİRKƏTLƏRİNDƏ YENİ PROBLEM
Tarix: 13-04-2020, 11:38 | Çap et
Azərbaycanda fəaliyyət göstərən, daha dəqiqi xaricə səyahət paketi satan turizm şirkətləri yeni problemlə üzləşiblər.
FED.az xəbər verir ki, koronavirus böhranından əvvəl səyahət alan və onun pulunu ödəmiş müştərilər turizi şirkətlərindən pullarını tələb etməyə başlayıblar və indi məlum olub ki, həmin pulları müştərilərə qaytarmaq mümkün deyil. Söhbət hava yolları şirkətlərinə ödənilən bilet pullarından gedir. Əvvəlki vaxtlardan fərqli olaraq indi şirkətlər bilet pulunu qaytarmayacaqlarını bəyan ediblər. Turizm şirkətlərinin üzləşdiyi bu spesifik problem barədə FED.az-a «Qlobus» turizm şirkətinin rəhbəri, Azərbaycan Turizm Assosiasiyasının üzvü Eldəniz Səfərov məlumat verib.
Onun sözlərinə görə, koronavirus böhranı səbəbindən hazırda nə turizm, nə də hava yolları şirkətləri işləyir: «Biz məhsulu hava yolu şirkətlərindən alıb əhaliyə satırıq. Bu şirkətlər də Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) təlimatı ilə işləyirlər. Əvvəlki qaydalara görə, əgər xidmət göstərməmisənsə, yəni müştəridən asılı olmayan səbəblərdən səyahət baş tutmayıbsa, xidmətin, yəni səyahətin pulu qaytarılırdı. Amma indi bu təşkilat qaydaları dəyişib».
Turizm şirkətləri bildirir ki, İATA dünyada baş verənləri fors-major halı sayaraq bilet pullarının qaytarılmayacağını elan edib: «Hava yolları şirkətləri İATA-ya müraciət edib ki, biz pulları qaytarsaq iflas həddinə çatacağıq, həmin təşkilat da qaydalarda dəyişiklik edib. İndi müştəriyə təklif edirlər ki, aldığınız biletin pulunu deyil, onun məbləğində vauçer (yəni uçmaq hüququ) veririk. Müştəri bu vauçerdən il ərzində istifadə edib istədiyi yerə uça bilər».
Başqa sözlə, hava yolları şirkətləri təyyarə biletlərinin pulunu qaytarmağa deyil, vaxtını dəyişməyə razılaşıblar.
Bu o deməkdir ki, məsələn, hər hansı şəxs 2020-ci ilin fevralın 10-da təyyarəyə bilet alıb və 2020-ci ilin mayın ayının 10-da uçmalıdır. Koronavirus səbəbindən onun səfəri baş tutmayıb və indi bu şəxs pulunu geri istəyir. Yeni qaydalara görə isə, şirkət ona bileti qytarmır, bileti aldığı gündən bir il ərzində, yəni 2021-ci ilin fevralın 10-dək eyni məbləğdə istənilən istiqamətdə uçmağı təklif edir.
Yeni qaydalar, həm xaricə tur satan turizm şirkətləri, həm də bu turları onlardan almış Azərbaycanlı müştərilər üçün olduqca pis sürpriz olub.
«Xarici təşkilatlar bildirir ki, bu fors-major halıdır və ona görə pulu qaytara bilməzlər, problemi isə yalnız vauçerlə tənzimləyə bilərlər. Bizdən isə müştərilər pullarını istəyirlər. Amma bizim ölkədaxili qanunvericilik bu vəziyyəti nəzərə almır, qanuna görə, müştəri almadığı xidmətin pulun tələb edə bilir».
Başqa sözlə, yaranmış vəziyyətə görə, Azərbaycanın turizm şirkətləri faktiki olaraq xarici və yerli qanunvericiliyin arasında qalıblar. Bu vəziyyətlə ölkədəki bütün turizm şirkətləri qarşılaşıblar.
Eldəniz Səfərov bildirib ki, müştərilər vauçer təklifini qətiyyən qəbul etməyib, ödədikləri ppulları gekri istəyirlər. Bəzi müştərilər şirkətləri məhkəmə və polisə verəcəklərini bildiriblər: «Hələlik məhkəmələr işləmir deyə bu mümkün olmyıb, amma bilirii ki, karantin rejimi bitəndən sonra əhali məhkəməyə, polisə müraciət edəcək ki, bizim xidmətin pulu qaytarılsın. Əhali haqlıdır, amma bizdən asılı deyil. Biz hava yolu şirkətindən pulu alıb qaytarmalıyıq. Belə bir ziddiyyətli məqam yaranıb».
Bəzi müştərilər məhkəmələrin işə düşməsini də gözləmədən turizm şirkətlərindən polisə şikayət etməyə başlayıblar: «Artıq bəzi turizm şirkətlərinə zəng edib, məsələni araşdırmaq üçün onları polisə dəvət ediblər. Amma bu bizdən asılı olan məsələ deyil. Burada heç bir dələduzluqdan söhbət getmir, hamıya bəlli səbəbdən karantin rejiminin tələblərinə uyğun olaraq ölkə ərazisindən uçuşlara məhdudiyyət tətbiq olunub».
Müştərilərin demək olar ki, hamısı bu təklifdən narazı qalıb. Eldəniz Səfərov bildirir ki, indiyə qədər vauçerlə razılaşan müştəri olmayıb: «Çünki karantin rejiminin tələblərinə uyğun olaraq telefonla danışırıq, müştərilərlə üzbəüz söhbət edə bilmirik. Biz eyni zamanda kiçik şirkətləri də məhsulla təmin edirik. Artıq həmin kiçik şirkətlərdən polisə müraciət edənlər olub». Bu problem təkcə biletlərlə deyil, bütün turizm məhsulları üzrə yaranıb.
İndi turizm şirkətləri bu məsələdə dövlətdən dəstək, daha dəqiqi, daxili qanunvericilik və xarici təşkilatların tələbləri arasındakı ziddiyytlə bağlı tənzimləyici qərar gözləyirlər. «Biz Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət etmişik, Vəkillər Kollegiyasından vəkil ayrılacaq. Bu tənzimləmələr olacaqdı. Mövcud problemlə demək olar ki, xaricə tur xidmətləri təklif edən bütün turizm şirkətləri qarşılaşıb».
Hətta Azərbaycanın öz aviaşirkətləri – AZAL və «Buta eyrveys» də bu qaydaya keçiblər. «Buta eyrveys»dən yerli turizm şirkətlərinə göndərilən məktubda bildirilir ki, İATA-nın qaydalarına uyğun olaraq biletlər qaytarılmayacaq, yalnız onların vaxtı dəyişdirilə bilər.
«Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) 01 aprel 2020-ci il tarixili məktubunu və beynəlxalq aviaşirkətlərin təcrübəsini nəzərə alaraq, 1 aprel 2020-ci il tarixindən etibarən, «Azərbaycan Hava Yolları» QSC-nin və «Buta Airways» aviaşirkətinin bütün beynəlxalq reyslərinə rəsmiləşdirilən aviabiletlər və həmçinin bütün əlavə xidmətlər üçün rəsmiləşdirilən EMD – lərin ləğvi və yenidən bronlaşdırılması üçün aşağıdakı tətbiq olunacaq qaydalar belədir: 10 Mart - 31 May 2020 tarixləri arasında yerine yetiriləcək uçuşlara rəsmilədirilən aviabiletlər və EMD-lər aviabiletin ilk rəsmiləşdiriliyi tarixdən sonrakı növbəti 12 ay müddətində olan istənilən tarixə yalnız dəyişdirilə bilər».
Qaydalara əsasən, biletin həmin məbləğini saxlamaqla marşrutu dəyişməyə icazə verilir, eləcə də, açıq tarixlə (Open date) rəsmiləşdirilən aviabiletlər üçün istifadə müddəti 31 May 2021-ci iıl tarixinə qədər uzadılıb.
İATA bu məsələyə münasibətini özünün hava yolları şirkətinə göndərdiyi məktublarda və aprelin 4-də yayılan açıqlamasında göstərib. Dünya turizm və aviasiya şirkətlərinə ünvanlanan məktubda, təşkilat indiyədək mövcud olan bilet qaytarılması sxemindən vauçer sxeminə keçməyi təklif edir.
Təşkilat bildirir ki, bu üsul daşıyıcılara nağd ödənişləri azaltmağa imkan verəcək. Artıq bəzi ölkələr turizm şirkətlərini qorumaq üçün bu tövsiyələrə əməl etməyə başlayıblar. Məsələn Almaniyada, elan edilib ki, turşirkətlər və aviaşirkətlər biletlərin pulunu 2022-ci ilədək qaytara bilərlər. Oxşar varinatları digər Avropa ölkələri də müzakirə edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
|