Neftçalada ara qarışıb: gənc başçı çaşqın halda... - 160 minlik ittiham…
Tarix: 13-05-2020, 12:27 | Çap et
İsmayıllıya və Neftçalaya yeni təyin olunan gənc icra başçılarının işləri heç düz gətirmir. Əvvəlcə İsmayıllının İH rəhbəri Nahid Bağırov karantin rejimini pozduğuna görə prezident tərəfindən töhmət aldı, ardınca Neftçaladakı həmkarı Mirhəsən Seyidovun vəziyyəti ürəkaçan deyil. Reportyor.info xəbər verir ki, M.Seyidovin siftəsi hələ prezident onunla N.Bağırovu qəbul edərkən korlanmışdı. Belə ki, dövlət başçısı ona irad tutaraq “O səndən böyükdür, keç o biri tərəfdə otur” deməklə M.Seyidovu utandırmışdı, böyük – kiçik yeri bilməyə çağırmışdı. Bundan sonra gənc İH başçısının fəaliyyət göstərməsinin, Neftçalada baş çıxarmasının çətin olacağı bilinirdi. Buyurun, artıq rayondakı köhnə bürokratlar, rüşvətxor məmurlarla baş çıxara bilmir, ötkəm danışa, hökmlü davranmağı bacarmır. M.Seyidov bir il ərzində özünü təsdiqləyə, etimadı doğrulda bilməsə prezidentin onunla uzun müddət işləyəcəyi ağlabatan görünmür. Aydın məsələdir ki, kifayət qədər gəncdir, təcrübəsizdir, idarəçilikdə öyrənə-öyrənə inkişaf edə bilər, kurator tərəfindən nəzarət var. Lakin yenə də M.Seyidovun şəxsi rəhbərlik keyfiyyətlərindən də çox şey asılı olacaq. Gələn məlumatlar isə onun Neftçaladakı mövqeyinin yetərincə zəif olduğunu deməyə əsas verir. Bu haqda jurnalist Qənimət Zahid yazıb. Onun iddialarına görə, Neftçalada keçmiş baş həkimin həyətindəki ot tayasının altından iki ədəd təcili yardım maşını çıxarılıb. Jurnalist qeyd edir ki, keçmiş baş həkimin evində isə onlarla plazma televizor aşkarlanıb. Ehtimal edilir ki, həmin televizorlar xəstəxanadakı palatalar üçün nəzərdə tutulub. Baş həkim isə onları satıb başdan eləmək istəyib. Q.Zahid qeyd edir ki, yeni baş həkim də sələfinin izi ilə addımlayır. Məlumatlara görə, koronavirusla bağlı müalicə prosesində bilavasitə iştirak edən həkimlərə maaş yazılmayıb, əvəzində bu prosesdə olmayan tibb personalına əlavə əmək haqqı və mükafat hesablayıb paylayıblar. Baş həkim onlara deyibmiş ki, hər kəs aldığı puldan 200 manat ona verməlidir. Amma hamı pulu alıb aradan çıxıb. Jurnalistin iddialarına görə, maaş ala bilməyən həkimlər DTX-nın yerli şöbəsinə müraciət ediblər. Oradan isə deyiblər ki, baş idarəyə müraciət emək lazımdır. Bütün bu hadisələrdən Neftçalanın gənc icra başçısı çaşqın vəziyyətdədir. M.Seyidov təzə və məhdud çevrədə deyibmiş ki, “işləyə bilmirəm, deyəsən, istefa verib getməli olacağam”. İndi bu söz məhdud çevrədən çıxaraq bütün rayona yayılıb və Neftçalada hamı gözləyir ki, gənc məmur nə zaman aradan çıxacaq. Hətta Neftçalada pandemiya mövsümündə 160 min manatın mənimsənildiyi iddiaları dolaşmaqdadır. Bu xəbərləri “facebook”da yazan Q.Zahid mənimsəmə ilə bağlı əlavə məlumat verməyib. Həftənin qeyri-iş günü olduğuna görə Neftçala İH-dən iddialarla bağlı rəsmi münasibət örənmək mümkün olmayıb. İcra başçısının və İH-nin açıqlamasını, iddialara aydınlıq gətirməsini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|