Koronavirus testindən keçə bilməyən məmurlar... - Sahil Babayev və Tahir Budaqov istefa verəcəkmi?
Tarix: 19-05-2020, 09:26 | Çap et
Dünəndən ölkədə elan edilmiş xüsusi karantin rejimi xeyli yumşaldılıb, qadağaların bir hissəsi aradan qaldırılıb. Amma bundan sonra vətəndaşların yeni qaydalarla yaşayacaqlarına şübhələr qalmaqdadır. AzToday.az xəbər verir ki, müşahidəçilərə görə, artıq hər şey əvvəlki kimi olmayacaq. Heç şübhəsiz, onu zaman göstərəcək. Amma pandemiyanın bir xeyri oldu ki, Azərbaycanda bəzi dövlət qurumlarının fəaliyyətindəki reallıqlar ortaya çıxdı. Burada, xüsusilə əhalinin sosial müdafiəsi, təhsil, statistika sahələrində ortaya çıxan görkləri sadalamaq mümkündür.
Sahil Babayev dövlət başçısına verdiyi yanlış məlumatlara görə işsizlərin sayını azaltmaqla məşğuldur
Dövlət tərəfindən işsiz şəxslərə sosail dəstək proqramlarının tətbiqi zamanı məlum oldu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işsiz vətəndaşların qeydiyyata alınması sahəsində fəaliyyəti düzgün qurulmayıb. Belə ki, əvvəlcə guya Azərbaycanda cəmi 10 min nəfərin işsiz kimi qeydiyyatdan keçdiyi elan olundu, daha sonra bu kateqoriyadan olanların 100 min olduğunu, daha sonra 200 min olduğunu elan etdilər. Nəzərdə tutulan 190 manat yardımın həmin 200 min vətəndaşıa şamil olunması barədə açıqlamalar verdilər. Amma sonradan məlum oldu ki, bu qərəm 3 dəfə çoxdur. Dövlət başçısının birbaşa müdaxiləsi ilə 600 min nəfərə bu yardımın ayrılması plnalaşdırıldı. Bu zaman da Sahil Babayevin göstərişi ilə rəhbərlik etdiyi Nazirlik müxtəlif yollarla həmin yardımın ehtiyacı olan ailələrə çatmaması üçün xüsusi, saxta və süni əngəllər yaratmağa başladı. AzToday.az xəbər verir ki, işsizlərin sayının 600 minə çatması onların indiyə qədər dövlət başçısına yalan məlumat verdiklərini ortaya çıxarırdı. Ona görə də məlum nazilrik və tabeliyindəki qurumlar bu rəqəmin müxtəlif yollarla aşağı salınması üçün cəhdlərə baş vurdular.
Azərbaycanda işsizlərin, aztəminatlı və həssas təbəqələrin dəqiq müəyyənləşdirilməməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları ilə yanaşı, günahkarlardan birinin də Dövlət Statsitika Komitəsi olduğu mütləq qeyd edilməlidir.
Ona görə ki, bu komitə öz işi məşğul olsaydı və işini düzgün qursaydı hazırda dövlətin əlində əhalinin haqqında tam və dəqiq məlumatlar olmalıydı.
Ən azı ona görə ki, ötən ilin oktyabrında Azərbaycan əhalisinin növbəti siyahıyaalınması həyata keçirilib. Yəni həmin Komitəinin elan etdiyi sorğu və anket sənədləri düzgün tərtib edilsəydi, daha dəqiqi həqiqətən siyahıyalınma həyata keçirilsəydi, əhalinin bütün təbəqləri haqqında dəqiq məlumat əldə edilə və işsizlərin gerçək sayı da müəyyənləşə bilərdi.
Baş tutmayan siyahıyaalınmaya görə Tahir Budaqov istefa verməlidir
Hamıya məlumdur ki, həmin siyahıyaalınma əslində baş tutmamışdı. İki həftə ərzində aparılan siyahıyaalınma zamanı ümumi müşahidələrdən məlum olub ki, əhalinin cəmi 5 faizi belə prosedura uyğun olaraq siyahıya alınmayıb.
Halbuki müstəqil Azərbaycan tarixində sayca 3-cü olan bu siyahıyaalma zamanı BMT-nin tövsiyələrinə əsasən, Azərbaycanda ilk dəfə siyahıyaalınma prosesində həm mənzil fondu, həm də əhalinin sayının siyahıya alınması nəzərdə tutulmuş, sorğu vərəqəsində 46, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla ümumilikdə 52 sual öz əksini tapmışdı. Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərə dair ətraflı məlumatların əldə olunmasını nəzərdə tuturdu. Sorğu vərəqəsi isə siyahıya alınan hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli və ya etnik mənsubiyyəti, ailə vəziyyəti ilə yanaşı, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. dair bir çox sosial-iqtisadi göstəricilərin əldə edilməsinə imkan yaradacaqdı. DSK elan etmişdi ki, ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması haqqında sənədlər 2019-cu ilin sonunadək DSK Siyahıyaalma qrupuna təqdim edilməsi prosesi başa çatmalıydı. Həmin proseslər tam başa çatdıqdan sonra, 2020-ci ilin yanvarından etibarən həmin məlumatların DSK-da xüsusi yaradılmış elektron informasiya sisteminə daxil edilməli idi. Qurumun məlumatına görə, artıq siyahıyalmanın nəticələri məlum olub. Amma…
Qeyd edildiyi kimi, əslində bu proses saxta və yarımçıq olduğu üçün elektron informasiya sisteminə daxil edilsə belə, əhali haqqında tam və təfərrüatlı məlumat vermək səviyyəsində olmadı. Nəticə isə göz qabağındadır: hələ də ölkədə əsl işsiz vətəndaşların sayı dəqiq müəyyənləşdirilməyib.
Halbuki bu siyahıyalınma üçün dövlət büdcəsində xeyli vəsait xərclənib, Komitənin sədri Tahir Budaqov şəxsən məlumat vermişdi ki, siyahıyalınma üçün cəlb edilən şəxslərə əməkhaqı müəyyənləşdirimiş, siyahıyaalma məntəqələrinin müdirləri 645-715 manat, onların müavinlərinə 581-644 manat, təlimatçı-nəzarətçilərə 495-525 manat, əsas və ehtiyat sayıcılara 475-505 manat pul ödənilib. Ümumiyyətlə, DSK-nın müvəqqəti işə götürdüyü şəxslərin ümumi sayı 42 844 nəfər olub. Bunlardan 720-si siyahıyaalma məntəqələrinin müdirləri, 720-si onların müavinləri, 6 777-si təlimatçı-nəzarətçilər, 33 907-si sayıcılar, 720-si isə ehtiyat sayıcılar olub. Bu şəxslərə ümumilikdə 21 353 740 manat xidmət haqqı ödənilib.
Bu rəqəm təkcə siyahıyalınma cəlb edilənlərin əməkhaqqı üçün ayrılan vəsait deyilidi. Ümumi olaraq siyahıaylnmaya dövlət büdcəsindən xeyli vəsaiti xərclənsə də, mütəşəkkil və düzgün siyahıyalınma keçirilməməsi ucbatından hazırda ölkədə əhalinin dəqiq məlumat formalaşmayıb. Son nəticədə bu yarıtmaz fəaliyyət dövlətdən dəstək ala bilməyən minlərlə vətəndaşın hökumətdən, dövlət başçısından narazı olmasına gətirib çıxarıb.
Ona görə də Tahir Budaqov bu yartmaz fəaliyyətinə görə yaranmış vəziyyətə cavabdeh olan şəxs olduğuna, dövlət vəsaitini havayı yerə göyə sovurduğuna görə istefa verməli idi. Bunu bacarmırsa, onun layiq olmadığı halda oturduğu vəzifədən kənarlaşdırılması vaxtı yetışməyibmi? Bu sual pandemiya dövründə fəaliyyətinin yarıtmazlığı ortaya çıxan digər vəzifəli şəxslərə də aiddir… AzToday.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|