Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                 

Tütün istehsalı ilbəil azalır: Siqaret monopolisti Rüfət Quliyev isə 3 dəfə deputat seçildi - Himayəçisi kimdir?
Tarix: 20-06-2020, 12:11 | Çap et
Tütün istehsalı ilbəil azalır: Siqaret monopolisti Rüfət Quliyev isə 3 dəfə deputat seçildi
Ötən il dekabr ayının 2-də Azərbaycan Milli Məclisi özünü buraxanda hər kəs qanunverici orqanın adı qanunsuz fəaliyyətlə hallanan deputatlardan təmizlənəcəyini düşünmüşdü. Üzərindən 3 ay keçəndən sonra baş tutan seçkilərdə ortaya çıxan nəticələr isə hər kəsi xəyal qırıqlığına uğratmışdı. Adı ən müxtəlif cinayətlərdə hallanan bir çox deputatlar yenidən MSK-dan mandat alaraq Azərbaycan xalqının milli iradəsinin ifadəçisi kimi öz missiyalarını davam etdirəcəkdilər və artıq etdirirlər də. Onlardan biri də 73 saylı Lənkəran seçki dairəsindən 2 dəfə dalbadala deputat mandatı alan Rüfət Quliyev idi.

Məsələ burasındadır ki, rəsmi sənədlərdə iqtisad elmləri üzrə professor və yüzlərlə elmi məqalənin müəllifi kimi görünən Rüfət Quliyev Azərbaycan ictimaiyyətində intellektual fəaliyyəti ilə deyil, ölmüş dostunun xanımından 40 min dollarlıq borc müqabilində 328 min dollar istəməsiylə tanınmışdı. Borcunu 9 mislində tələb etməsini isə onu ayda 8-10%-lik sələmə verməsiylə əsaslandırmışdı. Deputatın bu sələmçiliyi 2016-cı ildə mərhum dostu Namiq Səfərovun yoldaşı Nuranə Səfərovanın Milli Məclisin o dövrdəki sədri Oqtay Əsədova yazdığı məktubla gün işığına çıxmışdı.

Şikayətçi məktubunda deputatın artıq həyatda olmayan dostuna şər atdığını, ona ümumiyyətlə borc vermədiyini iddia edərək yazırdı: “Əvvəla, mənim həyat yoldaşımın maddi durumu elə idi ki, Rüfət Quliyevdən 40 min dollar faizlə pul almasına ehtiyac yox idi. İkincisi, belə bir hal olsaydı, mütləq mən bunu bilərdim”.

Nuranə Səfərovanın bu müraciətindən sonra gözləmək olardı ki, özünün iddiasına görə 300-dən artıq elmi məqalənin müəllifi eyni anda bir neçə universitetin professoru kimi “tanınan” Rüfət Quliyev heç olmasa seçiciləri qarşısında rəzil duruma düşmək istəməyib bu ədalətsiz tələbindən geri çəkiləcək və səhvini düzəldəcək. Rüfət Quliyev isə nəfəsini Milli Məclisin sesiyasında alıb Səbail Rayon Məhkəməsində buraxmışdı.

Maraqlıdır ki, qanunsuz fəaliyyətlə məşğul olan və bu günə qədər sələmçilikdən qazandığı pula görə vergi orqanlarına 5 qəpik ödəməyən deputatın bu tələbi Səbail Rayon Məhkəməsinin hakimi Zaur Əliyev tərəfindən təmin olunmuşdu. Nəticədə ədalətsiz qərar böyük səs-küyə yol açmışdı. Ölkənin bir sıra mətbu orqanları bu barədə yazırdı:

“Ümumilikdə 328 min dollar tələb edən Rüfət Quliyev dərhal məhkəməyə müraciət edib və dostunun ailəsinin əmlaklarının, o cümlədən evinin, maşınının üzərinə həbs qoyulmasına nail olub. Səbail Rayon Məhkəməsinin hakimi Zaur Əliyev "iddianın təmin olunmasının tədbiri kimi” belə bir qərar verib”.

Nuranə Səfərova spikerə yazırdı ki, deputat bu yolla ona və iki övladına həyat yoldaşından qalmış əmlakları ələ keçirmək istəyir: "Deputat Rüfət Quliyev həyat yoldaşımın ölümündən, mənim də kimsəsizliyimdən sui-istifadə edərək, 40 ildən çox yaxın dostluq etdiyi şəxsin başsız ailəsinə qarşı açıq şəkildə təqiblər həyata keçirir. Özünün deputat statusuna da məhəl qoymayaraq, hərəkətinə hüquqi “əsas” yaratmaq üçün primitiv formada öhdəlik müqaviləsi hazırlatdırıb məhkəməyə təqdim edib. Həmin müqavilədə də göstərilib ki, guya, həyat yoldaşıma faizə pul verib. Deputat nə vaxtdan sahibkarlıq fəaliyyəti ilə məşğul olur? Faizə pul vermək lisenziyalı fəaliyyətdir. Məgər Rüfət Quliyevin lisenziyası vardı?
Deputat bu fəaliyyətinə görə vergi ödəyibmi? Göründüyü kimi, qanunsuzluqları saymaqla bitmir”.

Nuranə Səfərova onu da qeyd edirdi ki, iddia tələbinin predmetini ödənilməli olan əsas və faiz borcu, yəni pul təşkil edir, amma hakim Zaur Əliyev deputatın istəyilə onun bütün əmlakımın üzərinə həbs qoyub: "Halbuki, təmin tədbiri yalnız iddianın predmetinin üzərinə həbs qoyulmasını mümkün edir. Bu iddianı qaldırarkən deputat Rüfət Quliyev sələmçilik fəaliyyəti ilə məşğul olduğunu etiraf edib. İddia ərizəsinə əlavə etdiyi öhdəlik müqaviləsində Rüfət Quliyevin faizə pul verdiyi yazılıb – özü də nə az, nə çox 8-10 faizə. Buna görə də uydurma "40 min dollar” məbləğini faizlə şişirdərək, 328 min dollara çatdırıb”.

Nuranə Səfərova məktubunun sonunda Milli Məclisin sədrindən xahiş edirdi ki, deputat Rüfət Quliyevin əməlləri parlamentin İntizam Komissiyasının iclasında müzakirəyə çıxarılsın, onun əməllərinə hüquqi qiymət verilsin: "İnanın ki, Rüfət Quliyevin mənim çoxsaylı əmlakımı ələ keçirməsi ilə əlaqədar etdiyi təzyiqlər nəticəsində son əlac kimi, intihar həddindəyəm”.

Bir sözlə, Nuranə Səfərovanın MM spikerinə yazdığı məktubunda dilə gətirdiyi mətləblər məşhur “Danabaş kəndinin əhvalatı” hekayəsindəki baş qəhrəman Xudayar bəyin öz ölmüş dostunun mülkiyyətinə tamah salmaq epizodunu xatırladırdı. Onun qanunsuz tələbinə hüquqi don geyindirən Səbail Rayon Məhkəməsinin hakimi Zaur Əliyevin çıxardığı hökm isə hekayədəki “bir kəllə qənd, 3 manat pul” prinsipiylə işləyən kənd axundunun ədalətindən çox da fərqlənmirdi.

2016-cı ildə ciddi ajiotaja səbəb olan bu hadisə, belə görünür ki, ictimai qınaq nəticəsində qismən həllini tapsa da, yenə müəyyən suallarla yadda qalmışdı. Belə ki, Nuranə Səfərovanın 2016-cı ilin avqust ayında MM sədri Oqtay Əsədova yazdığı məktubunda alındığını belə, inkar etdiyi əsas borcun dəyəri 40 min dollar göstərilirdi. Səbail Rayon Məhkəməsinin həmin ilin noyabr ayında çıxardığı hökmə görə isə, bu borc 40 min yox, 81 min 850 dollar imiş. Məhkəmə deputatın sələm üçün tələb etdiyi 246 min 800 dollar da faiz tələbini isə qanunsuz olduğuna qərar vermişdi. Bununla belə, əsas borc 40 min dollar əvəzinə 81 min 850 dollar olaraq göstərilmişdi. Belə çıxırdı ki, yekun məhkəmə qərarı da əsas borcun üzərinə faiz dəyərini də əlavə edib. Özü də az yox, 100%-dən artıq. Amma bu faiz dərəcəsi əsas borc olaraq qəbul olunmuşdu.

Ən maraqlısı isə odur ki, şikayətçi Nuranə Səfərova da məhkəmə prosesində öz ifadəsini dəyişmişdi. O, Oqtay Əsədova yazdığı məktubda deputatın mərhum Namiq Səfərova 40 min manat verdiyi iddia etdiyini, halbuki belə bir hadisənin baş vermədiyini bildirdisə, məhkəmə prosesində borcun verildiyi və miqdarın 81 min 850 dolar olduğunu “etiraf etmişdi”. Lap məşhur lətifədə deyildiyi kimi, “boynuna almışdı ki, “Kapital”ı Marks yox, özü yazıb”.

Yəni xanımın 3 ay ərzində bir-birinə zidd olan 2 iddiası təzyiqə məruz qalaraq əslində olmayan borc öhdəliyi altına girdiyi qənaəti yaradırdı. Prezident İlham Əliyevin də dediyi kimi, indiyədək ölkədəki məhkəmə-hüquq sistemimizin zalımın məzlum üzərində hegemonluğunu təmin edən zülm aparatı olaraq fəaliyyət göstərdiyini nəzərə alanda bu versiya xeyli inandırıcı görünürdü.

Rüfət Quliyevin deputat mandatını qanunsuz iqtisadi fəaliyyətində qalxana çevirməsi ehtimalı onun üzə çıxan başqa əməllərində də özünü büruzə vermişdi. Məlum olduğu kimi, o, Azərbaycanda siqaret monopoliyasını əlində saxlayan "European Tobacco-Baku” şirkətinin sahibidir. 2000-ci ildə keçmiş Bakı Tütün Fabrikinin əsasında yaradılan bu şirkət ucu-bucağı görünməyən binaya sahibdir. Uzaqdan baxanda, bu fabrik binasında çox ciddi istehsalat prosesinin getdiyini düşünmək olar. Ölkənin ciddi saytlarından hesab olunan Qafqazinfo.az-ın 2017-ci ildə apardığı araşdırmadan isə başqa mətləblər ortaya çıxır. Belə məlum olur ki, arxasında Araz Ağlarovun dayandığı tütün monopoliyasının əsl işi xaricdən hazır məhsul gətirib, bu fabrikdə paketləşdirməkdən ibarət imiş. Başqa təbirlə desək, bu böyüklükdə binanın işini əslində adi sexlə də əvəzləmək mümkündür. Bu bina isə xırda isə böyük iş görüntüsü qazandırmaq üçün tütün monopoliyasının işinə yarayır.

Gəlin, “Qafqazinfo”-nun araşdırmasına nəzər salaq:

“Əvvəla, ondan başlayaq ki, ölkədə demək olar ki, yerli istehsal yoxdur.

İki yerli şirkət, "European Tobacco-Baku” və " Cahan Tobacco” siqaret istehsalı sahəsində daha çox məşhurlaşıb. Birinci şirkət, 2000- ci ildə yaranıb. Rəhbərliyini həyata keçirən şəxs isə Milli Məclisin deputatı Rüfət Quliyevdir.

Şirkətin fəaliyyəti ətrafında bir çox suallara aydınlıq gətirmək üçün deputata müraciət etsək də, onun köməkçisi Əzizbala Mustafayev suallarımıza cavab verə bilməyəcəyini qeyd etdi. Sadəcə bildirdi ki, şirkətin idarəçiliyində dəyişiklik baş verir. Ona görə də məlumat verə bilmirlər.

Maraqlı cəhət ondan ibarətdir ki, 17 ildir fəaliyyət göstərən şirkətin indiyə kimi rəsmi internet saytı belə yoxdur. Yəni bu illər ərzində şirkətin yerli bazarı neçə faiz tütünlə təmin etməsi, xaricə nə qədər tütün məmulatları ixrac etməsini öyrənmək qeyri-mümkündür”.

Qafqazinfo.az həmin araşdırmasında vurğulayırdı ki, Azərbaycanda siqaretin idxalı ilə rəsmi qaydada 3 şirkət məşğul olur. Onlar "İMEKS”, "Krokus LTD”, "AMD Trade” şirkətləridir. Adı çəkilən şirkətlər "B.A.T” tobacco, "İT tobacco”, "CTİ " tobacco kimi beynəlxalq nümayəndəliklərin Azərbaycanda rəsmi distribyütorlarıdır. Azərbaycan bazarını idarə edən bu üç distribyütordan yalnız "İMEKS” şirkətinin əlaqə nömrəsini internetdən tapmaq mümkündür. Şirkətdən hansı siqaretlərin ölkəyə idxal etdiklərini, qiymətlərdəki dəyişikliklərin səbəbini soruşmağa çalışsaq da, cavab almaq mümkün olmayıb.

Yerdə qalan " Krokus LTD” və "AMD Trade” haqqında məlumatlar yoxdur. Yalnız adından məlum olduğu kimi, "Krokus LTD”-nin Araz Ağalarova məxsus olması barədə mətbuatda bir neçə dəfə yazılar gedib. Şirkət 2004-cü ildə Bakıda qeydiyyata alınıb. Baş ofisi Dərnəgül şossesindədir.

"Krokus ltd” Araz Ağalarova məxsus "Crocus International” (Rusiya) qrupunun törəməsidir. 2014- cü ildə Kənd Təsərrüfat Nazirliyinin açıqladığı məlumata görə, "Krokus ltd” Bakıda tütün məmulatı istehsal etmək üçün "European Tobacco-Baku” ASC-nin ərazisində yer icarəyə götürüb. Hətta o ildən sonra "European Tobacco-Baku” nun idarəçiliyinin "Crocus İnternational”a keçdiyi haqqında məlumatlar da yayılıb.

Bazara nəzarət edən bu üç ”gizli əl” in rəhbərliyində kimlərin təmsil olunması haqda da rəsmi məlumat yoxdur. Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, üç distribyütora nəzarəti deputat Cavanşir Feyziyev həyata keçirir. Maraqlıdır ki, şirkətlərin rəsmi qeydiyyat ünvanları da eynidir.

Göründüyü kimi, şirkətlərlə rəsmi əlaqə saxlamaq mümkün olmadığına görə, onlardan qeyd olunan suallara cavab almaq mümkün olmayıb…

Bir məsələ cəmiyyətə aydındır ki, ölkədə yerli tütün istehsalı ilə üçün bütün əlverişli imkanlar mövcuddur. Prezident də 2016-cı il oktyabrın 5-də "Azərbaycanda tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” sərəncam imzalayıb.

Sənədə əsasən, emal müəssisələrinə satılmış quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilməsi müəyyən edilib. Subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.

Yaxın tarixə qısa nəzər salsaq görərik ki, dünyada tütün istehsalçıları arasında Azərbaycanın da müəyyən qədər payı olub. Keçmiş SSRİ-də 1970-ci illərdə Azərbaycanda təxminən ildə 25 min ton tütün istehsal olunub. 1980-ci ildə isə tütün istehsalı 60 min tona çatdırılıb.

Ancaq son 25 ildə istehsal 50 min ton azalıb, son illərdə isə cəmi 3-4 min ton təşkil edir. Kifayət qədər gəlirli sahə olan tütünün istehsalının ölkədə yenidən canlanması məqsədilə də ölkə başçısı sözügedən sərəncamı imzalayıb. Çıxışlarının birində də ölkə başçısı hazırda istehsal olunan 2500 ton tütünün hökuməti qane etmədiyini vurğulayıb.

2016-cı ilin rəsmi statistikasına görə, ötən il ölkədə tütün məmulatlarının istehsalı 13,4 faiz azalıb. Qiymətlər isə 52,1 faiz bahalaşıb.

2015- ci ilin statistik məlumatlarından aydın olur ki, bu ildə respublikaya 1779,04 ton tütün xammalı, 11522,84 milyon ədəd siqar, tütündən və onun əvəzedicilərindən hazırlanan siqaretlər, 1274,07 ton tütün əvəzediciləri, homogenləşdirilmiş və ya bərpa edilmiş tütün, tütün ekstraktları və essensiyaları gətirilib. Beləliklə, idxala 297 milyon 850 min ABŞ dolları məbləğində valyuta sərf olunub. İxrac isə cəmi 9 milyon 425 min ABŞ dolları təşkil edib. Aradakı 198 milyon dollarlıq fərqi isə ölkə iqtisadiyyatı üçün dəhşətli rəqəm hesab etmək olar.

Ölkəmiz tütün xammalını əsasən Tanzaniya, Bolqarıstan, Braziliya, Gürcüstan, Hindistan, Xorvatiya, İspaniya, İtaliya, Livan və Macarıstandan alır. İxrac əməliyyatları isə Rusiya, Belarus, Gürcüstan, İran və Misirlə aparılır. İdxal əməliyyatları daha çox Ukrayna ilə Rusiya ilə həyata keçirilir.

Göründüyü kimi, ölkədə tütünün tam istehsalı üçün bütün şərait mövcud olsa da, yerli şirkətlər naməlum səbəblərdən bu işdə maraqlı deyillər. Görünür, onlar idxal prosesindən daha çox gəlir əldə etməkdə maraqlıdırlar. Beləliklə də bazarda monopoliyanı davam etdirmək, rəqabət şəraiti yaratmamaq üçün bütün gizli imkanlardan istifadə edirlər. Ancaq hesab edilir ki, prezidentin məlum sərəncamından sonra ölkədə siqaret bazarında bu dəhşətli vəziyyət aradan qalxacaq. İstehlakçılar ən azı ayda 1-2 dəfə baş verən qiymət bahalaşmasından xilas ola biləcəklər. Azərbaycan iqtisadiyyatı da tütünçülükdən xeyli gəlir əldə edə biləcək. Yaxın gələcəkdə hələ 2015- ci ildə idxala sərf olunan 300 milyon dollara yaxın vəsaitin ən azı ölkədə qalma variantları reallaşa biləcək. İxrac əməliyyatları fonunda isə büdcə külli miqdarda vəsait əldə etmək imkanına sahib olacaq”.

Qafqazinfo-nun bu araşdırmasını gözdən keçirərkən yəqin fikirləşdiniz ki, Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı "Azərbaycanda tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” sərəncamından sonra vəziyyət büsbütün dəyişiləcək. Tütün monopoliyası Azərbaycanda yerli tütünçülüyün inkişafı üçün əlindən gələni əsirgəməyəcək və bu sahəyə xərclədiyimiz pullar ölkəmizdə qalacaq. Təəssüf ki, statistik rəqəmlər başqa şeylər deyir.

Dövlət Statistika Komitəsinin 2017-ci ilin yanvar-avqust aylarına olan məlumatı: Tütün məmulatlarının istehsalında 15,9% azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsi: “2018-ci ilin yanvar-avqust aylarında tütün məmulatlarının istehsalı 2,6 dəfə azalıb”.

Dövlət Statistika Komitəsi: “2019-cu ildə 2018-ci illə müqayisədə tütün istehsalı 4,4% azalıb”.

Əvəzində isə başı növbəti “elmi yazısı”na qarışan tütün inhisarçısı Rüfət Quliyev bu il 3-cü dəfə Azərbaycan MM-nə deputat seçilib.
Ovqat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru