Hacıqabulda məmur özbaşnalığı - Vətəndaş intihar həddində...
Tarix: 2-07-2020, 08:27 | Çap et
“Artıq bu məmurların əlindən son çarə olaraq ya özümüzü öldürməliyik, ya da bizə kömək edin!”
Bu sözlər Hacıqabul rayon Pirsaat kənd sakinləri olan Həmidovlar ailəsi tərəfindən ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanıma ünvanlanan müraciətdə öz əksini tapıb. Şikayətçilər bir sıra vəzifəli şəxslər tərəfindən incidildiklərini,uzun illər istifadələrində olan mülkiyyətlərinin zor gücünə əllərindən alındığını bildirirlər. “Ailədə 7 nəfərdən ibarətik və hazırda Hacıqabul rayonu Pirsaat qəsəbəsində yaşayırıq.Babam Həmidov Aslan Müslüm oğlundan bizə yaşadığımız ünvanda yerləşən 3 nömrəli ictimai iaşə (yemakxana) obyekti miras qalıb.Həmin obyekt keçmiş Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "Azərittifaq"-ın balansında olub. Uzun illər istifadəmizdə etdiyimiz, ,ailəmizin yeganə dolanacaq mənbəyi olan obyekti və ərazisini maddi cəhətdən imkanımızın olmaması səbəbindən özəlləşdirə bilməmişik.” Şikayətçilər bildirir ki, dövlət səviyyəsində aparılan ağacəkmə kompaniyaları zamanı obyektin ətrafında onlarla ağac əkiblər və böyük yaşıllıq zonası yaradıblar. Ərazinin abadlığı və yaşıllığı sonradan ailənin baş bəlasına çevrilib. Hazıra nazir olmaq istəyən məmurlar Həmidovlar ailəsini yeganə dolanacaq mənbəyindən məhrum etmək, ərazini ələ keçirmək üçün hərəkətə keçiblər. Hal hazırda Hacıqabul rayon İcra Hakimiyyətinin əməkdaşları -Memarliq idarəsinin məsul şəxsi Salman, Navahı kənd bələdiyyəsinin sabiq sədri Hüseyn, eləcə də ƏMDK-si yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşları F.İbrahimov,A.Axundzadə,xüsusilə özünü böyük fəxrlə Kərəm Həsənovun qudası kimi qələmə verən və onun adından sui-istifadə edən 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşı olan Cəfərov Ziyadxan Mirzəxan oğlu qabaqcadan plan quraraq müəyyən məbləğdə pul qarşılığında gizlin şəkildə mütəşəkkil dəstə halında obyektin yola yaxın ərazisini "yaşayış məntəqələrinin torpaqları" adı altında Hacıqabul rayon İH-nin sərəncamından Qasımov Ramin Könül oğlunun adına 108 saylı çıxarış tərtib edərək zəbt etmək istəyirlər. Hazırda bizimlə qonşu olan Qasımov Ramin Könül oğlu ilə məsələni humanizm prinsipləri çərçivəsində ailəvi şəkildə həll etməyə çalışdıq.Lakin Qasımov Ramin israrla bildirir ki, "mənim rayon icra hakimiyyətində,Polis şöbəsində,Ədliyyə Nazirliyində çox hörmətli, nüfuzlu qohumlarım,tanışlarım və dostlarım var.Kobud və qeyri etik şəkildə vurğuladı ki, gedin dərdinizi kimə istəyirsinizsə onada deyin.Heçkim mənə heçbnə eləyə bilməz.O yer mənimdir,heçkimdən qorxmuram.” R.Qasımov rüşvətxor sahə müvəkkili Hüseynov Rasim və hazırki Navahı kənd bələdiyyə sədri Səidə adlı şəxsə zəng vuraraq yaşadığımız ünvana göndərib. Nəzərinizə çatdırımki,Hüseynov Rasim adlı sahə müvəkkili Qasımov Raminin yaxın qohumudur.Dəfələrlə onlara cənab Prezidentin vətəndaşları incitməməklə bağlı məmurlara sərt xəbərdarlıq etdiyini xatırlatsaq da təssüflər olsun ki, heçbir əhəmiyyət vermədilər. R.Qasımov hal-hazırda "Bakı Gəmiqayırma Zavodunda"işləyir və yüksək aylıq məvacib alır. Hər halda pulunun çox olması və vurğuladığı kimi nüfuzlu qohumlarının olmasına arxalanaraq açıq-aydın qanunları saymır, bizim kimi kasıbların haqqını tapdalayır. Xatırladım ki, ərazini ələ keçirmək üçün hazırlanmış 108 saylı çıxarış 28.06.1998-ci il tarixində tərtib edilib ki,həmin gün də bazar gününə təsadüf edir. Necə olur ki, bazar günü dövlət sənədi tərtib edilir? Həmçinin gizlin şəkildə Navahı kənd bələdiyyəsinin sabiq sədri Hüseyn adlı şəxs və Dövlət Kadastr Xidmətinin əməkdaşları qaranlıq vaxtı heç kimə xəbərdarlıq etmədən obyektdə olublar və obyekt kimi deyil,yola yaxın ərazini yaşayış ərazisi kimi Dövlət Kadastr sistemində qeyd ediblər.” Şikayətçilər bildirir ki, Ramin Qasımov Pirsaat qəsəbəsində rüşvət yolu ilə sabiq kənd bələdiyyəsi Hüseyin və hazirki bələdiyyə sədri Səidə adlı şəxsin vasitəsilə bir neçə ərazini zəbt edərək ələ keçirib. “Xahiş edirik Qasımov Ramin Könül oğlunun,sabiq Navahı kənd bələdiyyəsi Hüseynin,13 Saylı Şirvan Ərazi İdarəsinin əməkdaşı Cəfərov Ziyadxanın, habelə digər vəzifəli şəxslərin hər hansı bir pul qarşılığında yaşadığımız kənd ərazisində ələ keçirdiyi torpaqları və digər əraziləri araşdırasınız.Buradan aydın olurki, yaşadığımız ünvanda yerləşən obyekt və ətrafındakı ərazimizi belə mütəşəkkil dəstə yalnız cinayət xarakterli əməlləri ilə pul qarşılığında vən ya nüfuzlu şəxslərin köməkliyi ilə ələ keçirə bilərlər. 13 saylı Şirvan ərazi idarəsinin əməkdaşı,özünü Kərəm Həsənovun qudası kimi təqdim edən Cəfərov Ziyadxan Navahı kəndinin sabiq bələdiyyə sədri Hüseyn adlı şəxslə əlbir olaraq Dövlət Təhlükəsizlik Xidmətinin məxfi yeraltı rabitə xəttinin,eləcə də Dövlətə məxsus nəhəng su anbarının binasını və ərazisini qeyri-qanuni şəkildə, müəyyən pul qarşılığında Dövlət kadastr Kitabında qardaşının həyat yoldaşı Həmidova Mahirə adlı şəxsin xüsusi mülkiyyətinə keçirmişlər.” Heç yerdə probleminin həll edilmədiyini, Hacıqabul rayonunun vəzifəli şəxsləri tərəfindən təhdid edildiyini bildirən Həmidovlar ailəsi Prezidentə,birinci vitse-prezidentə və Baş Prokura müraciət edərək kömək istəyirlər: “Dövlətimizə və onun ədalətinə inanırıq. Adlarını çəkdiyimiz şəxslər bizləri ailə olaraq özünü öldürmə həddinə çatdırıblar. İndi neyləməliyik- həyatımıza son verməliyikmi,yoxsa onların əlindən məcbur qalıb bu ölkənin vətəndaşlığından imtina edərək hər hansı bir dövlətdən qaçqın kimi sığınacaq almaq üçün müraciət etməliyikmi? Ümid edirəm tezliklə bizim ailəmiz üçün artıq təhlükəli hal alan bu problemin həllində bizə kömək edəcəksiniz.Onların pulu,vəzifəli qohum-əqrabaları varsa,bizim də dövlətimiz və onun ədalətli rəhbərləri var. Sizə inanırıq, güvənirik!” Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|