Gədəbəydə əlil məhkəmə hakimləri tərəfindən zəlil edilib - Haqqı tapdanan vətəndaşa yardım edən yoxdur
Tarix: 4-07-2014, 10:29 | Çap et
Azərbaycanda məhkəmələrdə vətəndaşların süründürməçiliyə salınması prosesi hələ də davam edir. Məhkəmələrin birtərəfli qərarlar qəbul etməsi, imkansız şəxslərin günahsız olduğu halda günahlandırılması hələ də qalmaqdadır. Əksər məhkəmələrdə bu problem aradan qaldırılsa da, bəzi hakimlər hələ də əvvəlki əməllərindən əl çəkmir. Redaksiyamıza müraciət edən Gədəbəy rayonunun Arıxdam kənd sakini Məmmədov Məhərrəm Kərim oğlu da bu cür özbaşınalıqlardan şikayətçidir. Hüquqları kobud pozulan vətəndaş sonda dövlət başçısı İlham Əliyevə və Azərbaycan mediasına üz tutub. Müraciətdə bildirilir ki, o vaxtilə Gədəbəy rayonundakı 5 saylı Körpü İdarəsində işləyib. Həmin idarənin göstərişi və Gədəbəy rayon İcra Hakimiyyətinin sərəncamı ilə Ağdamdan Şınıx bölgəsinin cəbhə xəttinə silah-sursat dasıyarkən Gədəbəy rayonunun Qaradağ kəndində avtomobil qəzasına düşüb və 60 faiz sağlamlığını itirib: “Ancaq körpü tikinti sahəsinin səlahiyyətli nümayəndəsi Tomiyev İsaq Səməd oğlu iddia ərizəsi ilə Gəncə Apellyasiya və Gədəbəy rayon məhkəmələrinə müraciət edərək bildirib ki, baş verən bədbəxt hadisə ilə əlaqədar Körpü-Tikinti İdarəsindan mənə verilən akt etibarsız hesab edilsin. Halbuki həmin aktı idarənin özü tərtib etdib”.
Körpü-Tikinti İdarəsi əlil işçisini imtiyazlardan məhrum etmək istəyir
Şikayətçi deyir ki, İsaq Tomiyev bu idarənin səlahiyyətli nümayəndəsidir və bu sənədləri özü qəsdən gizlədir: “ Eyni zamanda mənə idarə tərəfindən 3 il pul odənilib. Əgər mənim sənədlərim saxta idisə, hansı əsasla idarə mənə pul ödəyirdi? İsaq Tomiyevin mənə qarşı qaldırdığı iddia ərizəsi tamamilə əsassızdır. Həmin aktı tərtib edənlər hal-hazırda yaşayırlar. Mən Şəmkir rayon Mərkəzi Xəstəxanasında, Kür qəsəbə Xəstəxanasında yatıb müalicə almışam və verilən ilkin sənədlərin hamısı doğrudur. Eyni zamanda İsaq Tomiyev idarənin səlahiyyətli nümayəndəsi olmasına baxmayaraq, öz iddia ərizəsində qeyd edir ki, Məmmədov Məhərrəm Kərim oğlu qəzaya uğrayan zaman nə üçün polis, prokurorluq orqanları bu işə baxmayıb? İsaq Tomiyev onu da bilməlidir ki, hərbi sirri açmaq olmaz. Hərbi sirr Ali Baş Komandanın əmri, yaxud Müdafiə Nazirliyinin gostərişi ilə açılmalıdır. Eyni zamanda müharibə şəraitində sərhəd rayonunda olduğumuz üçün Tomiyev İsaq Səməd oğlunun mənə qarşı qaldırdığı iddia ərizəsi qərəzlilik və qeyri-normativ qanunlara söykənib. Gəncə şəhər Körpu-Tikinti İdarəsinin səlahiyyətli nümayəndəsi İsaq Tomiyev Azərbaycan Konstitusiyasının 12-ci maddəsinə zidd olaraq iddia ərizəsi yazıb. Vətən, torpaq uğrunda sağlamlığımın 60 faizini itirmişəm. Vətənə can yandıran oğullara qayğı, hörmət budurmu? Əgər qanuna müvafiq deyildirsə, nə üçün onlar mənim 3 il aylıq pulumu qismən ödədilər, amma indi ödəmirlər? Məni sürundürürlər. Bundan əlavə, istehsalatda bədbəxt hadisə bas verdiyinə görə Gədəbəy rayon Məhkəməsinin hakimi Maarif Kazımov mənə verilən aktın doğru olması barədə qərar çıxarıb”.
Obyektiv qərar hakim mafiyası tərəfindən ləğv edilib
Məhərrəm Məmmədov deyir ki, Gədəbəy rayon Məhkəməsinin hakimi işi obyektiv araşdırsa da, ikinci instansiya məhkəməsi ona qarşı tam qərəzli mövqe tutub. İsaq Tomiyevlə münasibəti olan hakim zərərçəkmişi günahkar çıxarıb: “Gəncə Apellyasiya Məhkəməsinin hakimi Fikrət Mehdiyev Gədəbəy rayon Məhkəməsinin hakimi Maarif Kazımovun ədalətli qərarını ləğv etdi. Gəncə şəhər Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov və hakim Fikrət Mehdiyev öz hüquq səlahiyyətlərini icra etmirlər. Azərbaycan Konstitusiyasını, qanunlarımızı maddi maraqları üzündən pozurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə və Azərbaycan Konstitusiyasının 68-ci maddəsinə əsasən, mənə dəyən zərər ödənilməlidir”. Şikayətçi deyir ki, Gəncə Apellyasiya Məhkəməsi qərarı ləğv edəndən sonra iş baxılmaq üçün yenidən Gədəbəy rayon Məhkəməsinə göndərilib. Amma, bu dəfə iş digər hakimə verilib. Həmin hakim isə əvvəlcədən razılaşdırılmış iş görüb: “ Azərbaycan məhkəmə sistemində vəzifəsindən və hüquqi səlahiyyətlərindən sui-istifadə edən hakimlərdən biri də Gədəbəy rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovdur. Belə ki, o, 2 may 2014-cü il tarixdə Gədəbəy rayon Məhkəməsində kecirilən məhkəmə prosesində “Gəncə Körpü Tikinti-l” ASC-nin xeyrinə ədalətsiz qərar verdi. Və bununla da Gədəbəy rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədov öz “oyununu” basa vurdu. Sağlamlığımı itirməyimə, bütün sənədlərimin qaydasında olmasına baxmayaraq, idarənin özü verdiyi aktı sonradan etibarsız hesab etməyə çalışması və bu oyuna məhkəmə hakimlərinin də cəlb edilməsi haqsızlıq, eyni zamanda cinayətdir”.
Zərərçəkmiş hakimlərin cinayətlərinin araşdırılmasını tələb edir
Şikayətçi Gədəbəy rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovun günahlarını və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini də sadalayır: “Ceyhun Əhmədovun Azərbaycan Konstitusiyasının qanunlarından şəxsi maraqları əsasında Azərbaycan dövləti adından qanunsuz qərar çıxarması, Şəmkir rayon Mərkəzi Xəstəxanasından və Kür qəsəbəsindən verilən xəstəlik kağızlarının Ceyhun Əhmədov tərəfindən etibarsız edilməsi, Ağdamdan Gədəbəy rayonunun Şınıx bölgəsinə strateji əhəmiyyətli avadanlıq daşıyarkən qəzaya uğramağıma görə mənə istehsalatdan verilən aktın etibarsız hesab edilməsi, Gəncə şəhər “Körpü-Tikinti-2” ASC-in nümayəndəsi İsaq Tomiyevin məhkəmə prosesində açıq-aşkar “bizim idarə 21 nəfərə aiddir” deməsini diqqətdən qaçırması, Gədəbəy rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovun bütün məhkəmə hakimlərinin verdiyi qərarlarla “oyun” oynamsı və sair”. Şikayətçi bu faktları göstərməklə prezident İlham Əıliyevdən imdad diləyir və pozulmuş hüquqlarının bərpası üçün dövlət başçısının tapşırıq verməsini xahiş edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|