Dünənə qədər xəyal kimi görünən Turan Birliyinin təməli Bakıda atıldı - Azərbaycan və Türkiyədən mühüm qərar
Tarix: 4-09-2014, 11:11 | Çap et
DİA.AZ: - Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri heç də sıradan rituallaşmış ənənə kimi qəbul olunmamalıdır. Məlumdur ki, qardaş ölkədə yeni seçilən prezident və baş nazirlər ilk əvvəl Şimali Kipr və Azərbaycana səfər edərək hansı dövlətlərlə dostluq, qardaşlıq münasibətlərində olduqlarını car çəkirlər.
Amma Ərdoğanın bu dəfəki səfəri təkcə ənənəyə sədaqətin davamı kimi yozulmadı. Elə bunu Türkiyənin yeni prezidentinin Bakıda səsləndirdiyi fikirlərindən də sezmək olardı. Bu səfər həm də regionda yeni gücün formalaşmasından xəbər verir. Söhbət Azərbaycan və Türkiyənin ittifaqından gedir. Artıq iki qardaş ölkə arasında heç bir mübahisəli mövzu mövcud deyil. Və bu iki ölkə öz xarici siyasətlərini eyni qaynaqdan müəyyən etmək barədə çox mühüm bir razılığa gəliblər. Bu isə həm böyük bir tarixi hadisə, həm də elə dünənə qədər yalnız romantik millətçilərin xəyal etdiyi TURAN BİRLİYİNİN təməli hesab oluna bilər.
Bu birliyin isə qısa müddət ərzində genişlənəcəyi və möhkəmlənəcəyi də şübhəsizdir. Bildirək ki, artıq «Turan Ordusu» adlı türk dövlətlərinin hərbi birliyinin də təməli atılıb. Və ilk dəfə idi ki, Azərbaycan və Türkiyənin yaxınlaşması fonunda Turan zonasının siyasi ittifaqının təzahürləri də nəzərə çarpdı.
Bunu zəruri edən isə yetərincə məqamlar var idi.
Artıq Qərbin əsas birliyi kimi diqqətə gələn Avropa Birliyinin Xristian Tacirlər İttifaqı mahiyyətindən uzaq getmədiyi gün kimi aydındır. Əgər belə olmasaydı, məhz müsəlman olması səbəbindən illərdir Türkiyəni AB kandarında saxlayan Qərbin liderləri eyni qadağanı Serbiyadan zorla qopardıqları müsəlman Kosovoya və Avropanın göbəyində yerləşən müsəlman Albaniyaya da tətbiq etməzdilər.
Qərbə alternativ qüvvə kimi çıxış edən Rusiyanın isə Avrasiya Birliyi sevdası ilə özünə Qərb və ABŞ-la savaşa yalnız əsgər toplama cəhdində bulunduğu da tam olaraq ortadadır. Yəni qoca Rusiyanın yenə də müstəmləkələrə, müstəmləkələrdən topladığı əsgərlərə ehtiyacı var. Hələ buna qədər də ciddi demoqrafik problem yaşayan Rusiyanın bu gün hətta Ukrayna cəbhəsi kimi mühüm məntəqəyə belə təmiz qanlı rusları deyil, məhz çeçen və digər Rusiyanın azsaylı xalqlarından toplanmış muzdluları cəlb etməsi də Kremlin əsl məramlarından xəbər verməkdədir.
Bu arada Rusiya prezidenti Vladimir Putinin əslində Avrasiya Birliyinə cəlb olunanlara müttəfiq kimi deyil, elə Ermənistana yanaşdığı kimi - Rusiyanın uzantısı olaraq münasibət bəslədiyi də tam olaraq ortaya çıxmış oldu. Putinin Qazaxıstan dövlətçiliyini aşağılaması Rusiyanın əsl niyyətinin təzahürü idi. Artıq vəziyyət o həddə çatıb ki, hətta Putin dünənə qədər bu kimi açıqlamaları həval etdiyi Jirinovskiyə belə fürsət tanımaq istəmədi. Onun jirinovskisayağı açıqlamasının qeyri-ciddi qəbul edilməsi isə yanlış olardı.
Elə buna görə də artıq Qazaxıstan və Azərbaycan arasında ciddi siyasi məsləhətləşmələrin başlandığı söylənilir. Bu dəfə isə Rusiyanın durumu daha da çətin olacaq. Çünki bir dəfə Rusiya Turan Birliyinin qarşısını ala bilib. SSRİ dağıldıqdan sonra Ukrayna-Belorusiya-Rusiya ittifaqına alternativ olaraq dərhal Turan Birliyinin yaranacağını görən Kreml sonradan bu birliyə Qazaxıstanı və ardından da digər SSRİ respublikalarının əksəriyyətini cəlb etməklə MDB-ni yaradaraq situasiyadan çıxmağa müvəffəq oldu.
Bu dəfə isə artıq ruslar açıq oynayırlar və Ukrayna cəbhəsindəki uğursuzluqları fonunda düşdükləri vəziyyətin təsiri altında hətta Putinin simasında dünənə qədər Rusiyanın əsas müttəfiqi hesab olunan Qazaxıstana belə həmlələr edilir. Buna qədərsə Jirinovski Rusiyanın təcili şəkildə Qazaxıstanı işğal etməsinin vacibliyini bildirmişdi.
Yəni keçmiş SSRİ məkanında durum tamam fərqli bir axarla getməkdədir. Və bu axar enində-sonunda Turan Birliyini qarantiyə alır. Elə Bakıda olarkən Azərbaycan və Türkiyənin eyni siyasi dəst-xətti yürüdəcəyini bəyan edən iki qardaş ölkənin prezidentləri də bunu çılpaq formada hiss etdirdilər.
Paralel olaraq Azərbaycan-Qazaxıstan danışıqları da intensivləşib. Artıq Rusiya təhdidini üzərində hiss edən Qazaxıstan üçün Azərbaycan bir çox mənalarda vacib bir ünvandır. Azərbaycana həm qardaş ölkə kimi baxan Qazaxıstan buna qədər də qardaşlığını dəfələrlə ortaya qoyub. Nursultan Nazarbayevin Gömrük İttifaqına qoşulmağa hazırlaşan Ermənistana Qarabağ şərtini qoyması da bu türk ölkəsi liderinin hansı məram və niyyətdə olmasının təzahürü idi. Ümumiyyətlə, Nazarbayev Orta Asiya türk dövlət başçıları arasında daha çox milli dəyərlərə verməsi ilə hər zaman diqqətə gəlib.
Bu gün isə Qazaxıstan üçün Azərbaycan tək qardaşlıq ünvanı yox, həm də Rusiya asıllığını aradan qaldıra bilməsi üçün bir tranzit məntəqə - dünyaya çıxışdır. Və dəfələrlə Azərbaycanın məhz bu kimi məqamlarda Rusiyaya zidd getməsi faktı da Qazaxıstanı hər mənada ürəkləndirib. Bu bir faktdır ki, Rusiyanın izolə vəziyyətinə saldığı Gürcüstana yeganə nəfəslik rolunu oynayan Azərbaycan buna görə Kremlin hədəfinə çevrilsə də, bütün təzyiqləri uğurla dəf edə bilib. Bu gün isə eyni uğurla Azərbaycanın Qazaxıstana qardaşlıq edəcəyi, Qazaxıstanın enerji resurslarının dünya bazarına çıxışınıi təmin edəcəyi şübhəsizdir. Bu həm də yenidən Bakı-Aktau xəttinin gündəmə gəlməsi anlamını da daşımış olur.
Təbii ki, belə bir şəraitdə Turan Birliyini yeganə çıxış yolu kimi görən Azərbaycan, Türkiyə və Qazaxıstana Qırğızıstan, Özbəkistan və Türkmənistanın da dəstək verəcəyi heç şübhəsizdir. Hər halda, bu gün hər üç ölkədə Rusiya hökmranlığının yorğunluğu kifayət qədər hiss olunandır.
Bəli, artıq türk dövlətləri köhnə qaydalarla, yəni ayrı-ayrılıqda yaşaya bilmirlər. Türk dövlətlərini əsarətlərinə almaq istəyənlər də köhnə qaydalarının işlək olmamasının fərqindədirlər. Bu isə tam olaraq İNQİLABİ ŞƏRAİTİN yetişməsi anlamına gəlir. Turan inqilabı asatanasındayıq. Bu inqilabın ilk carçıları isə Ərdoğan və İlham Əliyev oldu…
DİA.AZ Analitik Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|