Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                 

Oliqarx-məmurların böyük pullar uğrunda acımasız savaşı başlayıb - Tibbi sığortaya ayrılacaq pullara kim nəzarət edəcək?
Tarix: 11-10-2014, 11:56 | Çap et
Oliqarx-məmurların böyük pullar uğrunda acımasız savaşı başlayıb
Tez-tez həkim səhlənkarlığına və xəstə şikayətlərinə şahidlik edirik. Hərdən həkim və pasiyent münasibətlərindəki gərginlik məhkəmə zallarına qədər gedib çıxır. Bəzən haqlı və haqsız tərəfi müəyyən etmək çətinə düşür. Belə anlaşılmazlıqların artmasında bir çox səbəblər var.
Ekspertlər əhalinin icbari tibbi sığortaya cəlb edilməsinin vacibliyini qeyd edirlər. Bu halda həkimlərin də işinə nəzarət güclənəcək, məsuliyyət hissi artacaq. Məlum olduğu kimi, “Tibbi sığorta haqqında” Qanun on beş ildir ki, ortada qalıb. İllərdir qanun qüvvəyə minsə də, onu reallaşdırmaq üçün zamanın yetişmədiyini deyirdilər. Son məlumatlara görə, 2015-ci ildən tədricən əhalinin tibbi sığortaya cəlb edilməsi işinə start veriləcək. Bundan sonra illərdir müzakirəsi ləngidilən digər vacib olan “Pasiyentlərin hüquqları haqqında” Qanunun da qəbulu gözlənilir.
Bir müddət əvvəl analitik.az xatırladıb ki, Azərbaycan vətəndaşlarının sağlamlıq hüquqları ölkə Konstitusiyasının müvafiq maddələrində öz əksini tapıb.
Eləcə də, 1997-ci ildən qüvvədə olan “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda da hər kəsin sağlam həyat sürmək haqqının olduğu vurğulanır. Bütün bunlar əhalinin doğru tibbi xidmət almaq imkanları əldə etməsinə kifayət etmir. Nəticədə insanların çoxu həkimə etimadsızlıqdan əziyyət çəkir, bəziləri isə xarici ölkələrdə həkim axtarışına çıxırlar. Son illər məhkəmə çəkişmələrinin bir qismi xəstə və ya xəstə yaxınlarının hansısa həkimi ittiham etməsi ilə bağlıdır. Çox halda iddiaçı tərəflər haqsız duruma düşür və ya əksinə həkim, tibbi personalın işi dərin araşdırılmır. Bir sözlə, “təmiz” və təqsirkar tərəflərin ortaya çıxması uzanır. Halbuki, dünya praktikasında “malpraktis” adlı hüquqi termin işləyir. Bu termin həkim səhlənkarlığı, məsuliyyətsizliyini ehtiva edir. Başqa sözlə, təqsiri təsdiqlənən həkim mütləq cəzasını alır. Bu işindən uzaqlaşdırılmaq, fəaliyyətini məhdudlaşdırmaq, hətta həbs cəzası ilə yekunlaşa bilər. Həkim lazım gələrsə, maddi, mənəvi zərərin təzminatini da ödəməlidir. Yaxud, əksinə xəstə həkimi nahaqdan təqsirləndirirsə, onun da qarşı tərəfə külli miqdarda mənəvi zərər üçün pul ödəməsi qəbul olunub. Bizdə bu zamana qədər hər hansı həkimin ciddi cəzalandığının şahidi olmamışıq. Yalnız töhmət və müvəqqəti işdən azadolmalar haqqında eşitmişik. Məhz bu cəzasızlıq indiki özbaşnalıq və xəstələrin incidilməsinə gətirib çıxarır. Təkcə Səhiyyə Nazirliyinin nəzdində tibbi komissiya fəaliyyət göstərir. Onun da nə dərəcədə şəffaf işləməsi göz qabağındadır.
Hətta ölkə rəhbəri 2008-ci ildə Dövlət Tibbi Sığorta Ağentliyinin yaradılması barədə sərəncam da imzalayıb. Nəticə isə yoxdur. 6 il keçsə də, hələ də müvafiq agentliyin
harada yaranmasının mübahisələri gedir. Onun Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyi nəzdində və ya müstəqil şəkildə fəaliyyət göstərməsi sual altındadır.
Tibbi sığortanın tətbiqi ilə bağlı araşdırmalar aparan iqtisadçı-ekspert Azər Mehdiyev bildirib ki, icbari tibbi sığortanın tətbiqi mürəkkəb mexanizmdir: “Buna baxmayaraq, tətbiqi vacibdir. İndi səhiyyə sistemindəki böhran, problemlər göz qabağındadır. Amma əhali tibbi sığortaya cəlb edilsə, bu, səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq. Həkim xəstə arasındakı problemlərin çözülməsini asanlaşdıracaq. Son illər Azərbaycanda dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər artıb. Vətəndaşlar üçün müalicə xərcləri həddindən artıq baha başa gəldiyi üçün, icbari tibbi sığortanın tətbiq olunması vacib amilə çevrilir. İcbari tibbi sığorta tətbiq olunarsa, dövlət büdcəsindən ayrılan vəsaitin səmərəliliyi baxımından çox vacib və əlverişli olar. İnsanlar istər dövlət xəstəxanalarında, istərsə də özəl xəstəxanlarda pulsuz xidmət əldə edə bilərlər. Müvafiq sığorta şirkətlərində xəstənin müalicə, müayinə prosesi sənədləşdirildiyindən, həkim məsuliyyəti, diqqəti də artmış olar”.
Ekspertin fikrincə, tibbi sığorta tətbiq olunarkən beynəlxalq təcrübə nəzərə alınmalı, həkimlərə sığorta təşkilatının nəzarəti olmalıdır: “Tibbi sığortanın növbəti ildən başlayaraq tətbiqi üçün proqnozlar müxtəlifdir. Birmənalı bilmək lazımdır ki, bu islahatlar çox mürəkkəb prosesdir. Bununla yanaşı, bir məsələ də var. İşləməyən əhali üçün icbari tibbi sığortanın ödənilməsi məsələləri tam olaraq
dəqiqləşdirilməyib. Hazırda söhbət yalnız işə götürənlərin əməkhaqqı fondunun icbari tibbi sığorta üçün ödənişlərindən gedir”.
Göründüyü kimi, tibbi sığorta məsələsinin reallaşması ilə bağlı hələ də cavabını gözləyən çoxsaylı suallar var. Bunların başında isə bu məsələ ilə məşğul olacaq qurumun necə fəaliyyət göstərəcəyidir.
Şübhəsiz, Şirəliyev həmin qurumun öz nazirliyinə tabe olmasını çox istəyərdi. Amma bu istəyin gerçəkləşib-gerçəkləşməyəcəyi ciddi şübhə altındadır. Əvvəla, hazırda bu məsələ Nazirlər Kabinetində müzakirə edilir və görünə odur ki, tibbi sığorta ilə bağlı ayrılacaq milyonlarla manatın kimin nəzarətində olmasına baş nazir Artur Rəsizadə qərar verəcək. Rəsizadənin qərarının necə olacağına dair isə konkret söz demək çətindir.
Digər tərəfdən, tibbi sığorta ilə bağlı maliyyənin ayrılmasında bir başqa önəmli nazirin - maliyyə naziri Samir Şərifovun da öz maraqlarının olduğu istisna edilmir. Bildirilir ki, Şərifov haqqında sərəncam verilməsinə rəğmən 6 ildir yaradılmayan qurumun Şirəliyevin nazirliyi tərkibində fəaliyyətinə sıcaq baxmır, bu qurumun müstəqil olmasını istəyir. Əks halda maliyyə nazirinin tibbi sığorta üçün lazım olan vəsaitin ayrılmasına asanlıqla icazə verməsi qeyri-real görünür.
Bir sözlə, ortada on milyonlarla manatın gələcək taleyi var, həmin pulun isə kimin nəzarətində olması məsələsinedə bəzi oliqarxların maraqları toqquşur. İstisna deyil ki, bu ilin sonu, yaxud gələn ilin əvvəllərində həmin maraqların toqquşmasından kimin qalib çıxacağı da məlum olsun.
\\ unikal.org \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru