İcra başçısı ondan narazı olanları belə zərərsizləşdirir... - Gədəbəydə özbaşınalıq...
Tarix: 24-06-2015, 09:49 | Çap et
Ramiz Yediyarovun Gədəbəydə məmur özbaşınalıqlarını, sakinlərə edilən zülmü indiyədək görünməmiş bir həddə çatdrmağı artıq heç kəs üçün yenilik deyil. Bununla belə rayondan almaqda davam etdiyimiz məlumatlarda, bu zülmün yeni-yeni təzahürləri öz əksini tapır. Xatırlayırsınızsa, Gədəbəydə sahibkarlara və yerli iş adamlarına qarşı törədilən müxtəlif hüquq pozuntularına dair dərc etdiyimiz materiallarda vətəndaş Əliyev Oqtay Qara oğlunun da adı kifayət qədər tez-tez diqqət mərkəzinə gətirilirdi. Bununla bağlı bir müddət əvvəl biz artıq xəbər vermişdik ki, Ramiz Yediyarovun qanunsuz əməlləri rayonda sahibkarlıq fəaliyyəti göstərən Oqtay Qara oğlunu intihar həddinə çatdırmışdı. Bu xüsusda redaksiyamıza müraciət etmiş Oktay Qara oğlu bildirmişdi ki, o, Gədəbəy şəhəri, M.Quliyev küçəsində mülkiyyətində olan 0.006 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 girişli, 38.5 kv.m sahəsi olan, 1 mərtəbəli qeyri yaşayış binasının (mağaza) tam mülkiyyət hüququna malikdir. Lakin bu ilin fevral ayının əvvəllərində, Gədəbəydə bir müddət əvvəl inşa olunmuş və Ramiz Yediyarova məxsus olan Ticarət Mərkəzinin işə salınması məqsədilə, ona da bir çox digər sahibkarlar kimi, öz obyektini təhvil verərək, başçıya məxsus Ticarət Mərkəzinə köçmək təklif olunmuşdu. Oktay Qara oğlu bu təklifi qəbul etmədikdə isə, RİH-nin əməkdaşları onun obyektinin onsuz da söküləcəyini bəyan etmişlər. Bundan sonra Gədəbəy Rayon İcra Hakimiyyəti 10 fevral 2015-ci il tarixində rayon Məhkəməsinə həmin obyektin məlum Ticarət Mərkəzinə köçürülməsinə dair iddia ilə müraciət etmişdi. İki gün sonra isə, Oqtay Qara oğlunun obyekti ağır texnikanın iştirakı ilə sökülüb, yerlə-yeksan edilmişdi. Hətta bu zaman obyektin sahibkar tərəfindən Rabitəbankdan götürülmüş kreditə görə girovda olması belə nəzərə alınmamışdır. Qeyd edək ki, Oqtay Qara oğluna məxsus olan sökülmüş obyektin qiyməti hələ 2014-cü ilin yanvar ayında rəsmi ekspert rəyinə əsasən 50000 (əlli min) manat məbləğində müəyyən edilmişdir. Tez-tez redaksiyamıza gələn sahibkar probleminin həll olunmadığını və dəfələrlə icra hakimiyyətinə getməsinə baxmayaraq başçının qəbuluna düşə bilmədiyini söyləmişdi. Lakin son hadisələr bir daha təsdiq etmiş oldu ki, şikayətçi qismində Ramiz Yediyarovun qəbuluna düşə bilməyən vətəndaşların bəxti, bu qəbula düşə bilənlərdən daha çox gətirmiş sayıla bilər. Elə Oqtay Qara oğlunun başına gətirilənlər də, bu gün Gədəbəy rayonunda sanki hansısa totalitar bir rejimin hakimiyyətdə olduğu və bu rejimin də qəddar bir diktator tərəfindən idarə edildiyi təəssüratını təsdiq edir. Belə ki, vətəndaşın müxtəlif instansiyalara davamlı müraciələr edərək öz haqqını tələb etməsi, görünür Ramiz Yediyarovun əsəblərinin gərginləşməsinə səbəb olub. Buna görə də, başçı və yaxud da onun adamları Oqtay Qara oğlunun Gədəbəyə artıq növbəti gəlişi üçün əvvəlcədən müəyyən tədbirlər planı işləyib-hazırlayıb. Məhz bu plana əsasən, iyun ayının 22-də növbəti dəfə Gədəbəy RİH başçısının qəbuluna düşmək və bir daha öz haqqını tələb etmək niyyətilə rayona gəlmiş Oqtay Qara oğlu, gözləmədiyi halda RİH-nin əməkdaşları tərəfindən əhatəyə alınaraq, söyüş və təhqirlərlə qarşılıqlı hərəkətlərə təhrik olunur. Lakin bu provakasiyaya getməməsinə rəğmən, Oqtay Qara oğlu yenə də “hadisə yerinə” yetişmiş polis əməkdaşları tərəfindən saxlanılır və dərhal da Gədəbəy rayon Məhkəməsinə aparılır. Bundan sonrası isə, necə deyərlər işin texniki tərəfidir. Ramiz Yediyarovun Gədəbəy rayon Məhkəməsinin sədri Ceyhun Əhmədova bircə zəngi və budur, Oqtay Qara oğlunun 15 gün müddətinə həbsi ilə bağlı qərarın artıq mürəkkəbi də quruyub. Oqtay Qara oğluna qarşı guya ki, RİH əməkdaşlarının təhqir olunmaları ilə bağlı ittiham irəli sürülüb. Maraqlıdır ki, son dərəcə gülünc olduğu halda belə, məhkəmə bu ittiham üzrə cavabdehi təqsirkar “bilib”. Yoxsa Oqtay Qara oğlu harda olduğunu bilmirdi, yaxud da o, hər an özünə qarşı bir təxribat törədiləcəyini göz önünə almamışdı ki, belə bir səhvə yol versin? Təbii ki, bu növbəti şər və haqsızlıq aksiyasının yeganə məqsədi Oqtay Qara oğlunu və onun timsalında bütün digər şikayətçiləri də “sındırmaq”, onların “gözlərinin odunu almaq”dır. Lakin bu da boş niyyətdir. Biz ölkənin Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ali Məhkəmənin, bütün hüquq müdafiəçilərinin diqqətini Gədəbəydə yer almış növbəti repressiya faktına cəlb etmək istəyirik. Bəlkə də kimlərsə düşünə bilər ki, 15 günlük həbs cəzası müqabilində “repressiya” kəlməsi lazım olduğundan bir qədər daha sərt səslənir. Ola bilər, amma biz heç də Oqtay Qara oğlunun repressiyaya uğradığını iddia etmirik. Bu gün Ramiz Yediyarovun Gədəbəydə repressiyaya məruz qoyduğu məhkəmə sistemidir, hüquq-mühafizə orqanlarıdır, qanunlarımızdır! Artıq Gədəbəydə qanunçuluğumuzun, dövlətçiliyimizin reabilitasiyasına ehtiyac vardır! İnsan hüquqlarının pozulması halları isə, bu rayonda artıq çoxdan gündəlik həyat tərzinə çevrilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
|