“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                     Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                     Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər .....                     "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər .....                     "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." .....                     1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                 

Ağstafa icra hakimiyyəti üçün başağrı dönəmi... - Prezidentin çağırışı ilə hüquqi müdaxilə
Tarix: 6-07-2015, 09:06 | Çap et
Ağstafa icra hakimiyyəti üçün başağrı dönəmi...
DİA.AZ: - Bir neçə ay əvvəl Azərbaycan Respublikasının prezindeti İlham Əliyev mərkəzi və yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslərin ciddi cəzalandırılması ilə bağlı fikirlər səsləndirdi. Bundan sonra bir çox rayonlarda, o cümlədən Ağstafada da yoxlamalar aparmağa başladı. Bu müxtəlif sahələri əhatə etdi.

Hazırda isə yoxlamalar BTC boru kəmərininn keçdiyi rayon və kəndləri əhatə edir. Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir.

Daha sonra xəbərdə bildirilir: "BTC boru kəməri Ağstafa rayonunun Saloğlu, Ağgöl qəsəbəsi, Aşağı Göyçəli, Qırlı, Poylu, Qıraq Kəsəmən, Zəlimxan kəndlərini əhatə edir. Bu kəndlərdə isə onlarla icarədarın adına torpaqların 10 il bundan qabaq icarə müqaviləsi əsasında götürülməsi və milyonlarla vəsaitin mənimsənilməsinə şəraitin yaradılmasından söhbət gedir. Hətta, bu faktların açılmasına səbəb kimi Respublika Prokurorluğuna, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət olunduğu, bunun əsasında rayon prokurorluğunun araşdırma aparması bildirilir. Düzdür, bir müddət əvvəl “Bələdiyyələrlə bağlı araşdırmalar zamanı aktlarda qanunsuzluqlara rast gəlirik. Araşdırma nəticəsində ciddi qanunsuzluqlar aşkar olunduqda mütləq onun hüquqi qiymətləndirilməsi məsələsi gündəmə gəlir. Respublika prokurorluğuna göndəririk” – demişdir, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə. Amma hazırda göstərişin Mehdi Səlimzadədən gəldiyi inandırıcı görünmür. Çünki, Ağstafa BTC-nin keçdiyi kəndlərdə istifadəçi icarədarların istifadəsinə düşən boru xəttinə aid ərazilərdə aparılan yoxlamaların yuxarıdan istiqamət aldığı qənaəti yaranır. Bundan əlavə, bir neçə il bundan qabaq bələdiyyələrin qanunsuz olaraq torpaq satışı həyata keçirmələri, bələdiyyədə baş verən özbaşınalıqlar ölkə prezidenti İlham Əliyev tərəfindən gündəmə gətirildi. Çünki, prezident İlham Əliyevin bələdiyyələr tərəfindən torpaq satılmasına dair qadağanı əks etdirən 2006-cı ildə imzaladığı sərəncamın tərəfləri bir çox bələdiyyə sədrləri tərəfindən pozulub, əvvəlki tarixə torpaq satılıb.

Məsələn, 2004-cü ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kənd bələdiyyəsinə sədr olan Şahin Əhmədov 2001-ci il tarixinə özündən əvvəlki bələdiyyə sədri Zeynəb Vəliyevanın adına akt tərtib edərək dövlət əmlakının mənimsənilməsi halına yol verməsidir. Belə ki, guya kənd sakini Əhmədov Sübhi Həşim oğlunun adına olan torpaqdan keçən neft boru kəmərinə görə ona 75 min manat pul verilməli imiş. Bələdiyyə sədri Sübhi Əhmədovu aldadıb. Bir ay sonra Sübhi Əhmədovun adından qanunsuz etibarnamə əldə edilib. Bundan Sübhi Əhmədovun xəbəri olmayıb. Kənd bələdiyyə sədri qanunsuz etibarnamə əsasında Sübhi Əhmədovun adına olan 75 min manatı Şahin Əhmədov Qazax rayon Mərkəzi Bankından çıxararaq mənimsəmişdir. Hələ də bu moxinasiya Əhmədov Sübhi Həşim oğlu üçün onun adına olan torpaqdan neft-boru kəmərinin keçdiyinə dair müəmmalı olaraq qalır. Əslində, Sübhi Əhmədovun adına olan torpaq sahəsi başqa şəxsin adına olub, Sübhi Əhmədovun adına saxta olaraq rəsmiləşdirilib. Hətta o da bildirilir ki, Şahin Əhmədov bu kimi bir neçə işə Rayon İcra Hakimiyyətinin 1-ci müavini Ramiz Tatarov və icra hakimiyyətində şöbə müdiri işləyən Şaiq Qurbanov tərəfindən məcbur edilib. Həmin vaxt rayonun icra başçısı Cümşüd Musayev olub. Hazırda Cümşüd Musayev Rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışır".

Daha sonra dia-az.life-a daxil olan məlumatda deyilir: "Digər tərəfdən, prokurorluq QHT xətti vasitəsi ilə kənddə abadlıq və içməli su probleminin həlli üçün verilmiş 120 min manat vəsaitin bəlli olmayan səbəblərdən hara xərclənməsini araşdırır. O cümlədən, Şahin Əhmədov neft-boru kəmərinə yaxın mühafizə zolağına aid torpaqlarda 200 həyətyanı sahə satıb. Bu da prokurorluq tərəfindən araşdırılır. Qanunla ölkə prezidentinin sərəncamına əsasən boru kəmərinin ətrafı istifadə edilə bilməz, bu da nəzərə alınmayıb. Buna əsasən, bu torpaqlara Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən şəhadətnamə verilməyib. Çünki, həmin torpaqlar bələdiyyə mülkiyyətinə aid olan ehtiyat fond torpaqları kateqoriyasına aid olub. Bu torpaqlara isə dövlət aktının verilməsini Dövlət Torpaq və Xəritəçəkmə komitəsi qanunsuz hesab edib. Səbəbi belə izah edilib ki, bələdiyyəyə məxsus ehtiyat fond torpaqları vətəndaşlara həyətyanı uçastka kimi satıla bilməz. Şahin Əhmədov isə vətəndaşlardan 6 il bundan qabaq hər bir həyətyanı uçastkaya görə 300 manat alıb. Həmin torpaqların bələdiyyənin ehtiyat fondundan çıxarılaraq Dövlət Ehtiyatı Fonduna aid edildiyi əsas götürülüb və bu hal qanunazidd bir addım kimi dəyərləndirilib. Bu kimi sual doğuran və qaranlıq maliyyə sövdələşmələrində adı hallanan bələdiyyə sədri hazırda narahat olmağa başlayıb, çünki rayon prokurorluğu yoxlamalar aparır. Rayon prokurorluğunun yoxlaması rayon İcra Hakimiyyətinin I müavini Ramiz Tatarova, o cümlədən Ərazi İdarəetmə orqanları üzrə şöbə müdiri Şaiq Qurbanovu narahat edir. Səbəb Ramiz Tatarov o vaxt rayon torpaq komissiyasının sədri olub, hər şeyi bilir, daha doğrusu özü edib.
Elə bu səbəbdən BTC ətrafında aparılan yoxlamalar borunun 40 metrliyindən keçəcək TANAP xəttinə görə istifadəçi icarədarlara aid torpaqlara dair birdəfəlik kompensasiyaların verilməsində şübhəli məqamları ortaya çıxarmışdır. Məlum olmuşdur ki, H.Əliyev adına BTC və Bakı-Tblisi-Ərzurum kəmərlərinin Ağstafa rayon ərazisindən keçən Qıraq Kəsəmən kəndində istifadəçi Vəliyev Hacıməmməd Hüseyn oğlunun adına olan torpaq sahəsindən boru xətləri keçir. BTC boru xəttinə dair Vəliyev Hacıməmməd Hüseyn oğluna 10 il bundan qabaq yüksək məbləğdə kompensasiya verilib. İstifadəsində olan icarə toprağı Sənaye və Energetika Nazirliyinin elektron bazasında 2066-cı ilə kimi Vəliyev Hacıməmməd Hüseyn oğlunun adına rəsmiləşdirilib. Vəliyev Hacıməmməd Hüseyn oğlu dünyasını dəyişdikdən sonra bu torpaq rəsmiyyətlə həyat yoldaşı Vəliyeva Zeynəbin adına keçib. Hazırda məlum olur ki, 2066-cı ilə kimi icarədar Vəliyev Hacıməmməd Hüseyn oğlunun həyat yoldaşı bu hüquqdan məhrumdur. Yəni, torpaq Zeynəbin adından çıxarılaraq saxta sənədlərlə digər şəxsin adına rəsmiləşdirilib. Bu 2010-cu ildən sonra baş verib. İcarədar Zeynəb Vəliyevanın bundan xəbəri olmayıb. Məqsəd TANAT boru xəttinə görə veriləcək yüksək məbləğdə kompensasiyanın mənimsənilməsidir. Bunu mənimsəmək istəyən şəxs isə təbii ki, havadarı Ramiz Tatarov başda olmaqla, kənd sakini Yaqubəliyev Ələddindir. Qıraq Kəsəmən kənd icra nümayəndəsi Yaqubəliyev Nurəddinin atası Yaqubəliyev Ələddin Əmrah oğlu, Ramiz Tatarovun himayəsi altında icarədar Vəliyev Hacıməmməd Hüseyn oğlunun adına olan torpağa veriləcək kompensasiyanı mənimsəmək istəyir. Amma oğlu icra nümayəndəsi olan Ələddin Yaqubəliyev fikirləşməyib ki, Sənaye və Energetika Nazirliyinin elektron bazasında 2066-cı ilə kimi məlumat bazasındakı sənədlərə əhəmiyyət veriləndə belə biabırçı faktların üstü açılacaq.

2003-cü il Nazirlər Kabinetinin qərarına əsasən, istənilən strateji əhəmiyyət daşıyan boru kəmərinin 250 metr sağ və solu istifadəyə və icarəyə verilə bilməz. Ağstafa rayonunda boru kəmərlərinə görə verilmiş kompensasiyalara baxılsa, onlarla cinayət faktı aşkarlanar. Təbii ki, rayon icra hakimiyyəti başçısının birinci müavini Tatarov Ramiz Cahangir oğlundan soruşulsa ki, siz rayon komissiyasının bu işlərlə bağlı sədri olmusunuz, nə cavab verə biləcəyini isə təsəvvür etmək mümkün deyil. Baxın, qanunsuzluqlar o həddə çatıb ki, bu qanunsuz “çete” özlərinə yeni himayədarı rayon neft kəmərləri idarəsinə rəis gətiriblər. Bu şəxs məhkəmə sistemində yüzlərlə qanuna zidd qətnamə və hökm çıxaran, ölkə prezindeti İlham Əliyevin fərmanı ilə vaxtından əvvəl işdən çıxarılan Qazax rayon Məhkəməsinin sədri İlham Hüseynovdur. Ağstafa və Qazax rayonlarında məhkəmə sədri işləyən İlham Hüseynovdan Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova ölkə prezidenti İlham Əliyevə olunan şikayətlərin təsdiqini tapması onun məhkəmə sistemindən uzaqlaşdırılmasına səbəb olmuşdur. İndi İlham Hüseynov strateji sahə olan kəmərlər idarəsinin rəisi işləyir. Qanunsuz hərəkətlərini davam etdirərək Vəliyev Kənan Hacıməmməd oğlunun da hüquqlarını pozur. Onun icarədar olmasına əhəmiyyət vermədən (müqavilə yolu ilə) istifadəsində olan torpağın digər şəxslərin adına rəsmiləşdirilməsində iştirak edir. Məlumatlara görə, bu faktın özü də Ağstafa rayon Prokurorluğu tərəfindən nəzarətə götürülmüşdür.

Məlumat üçün bildirək ki, mətbuat Ağstafanın “Lenin”i adlandırılan Ramiz Tatarovu “təcrübəli kadr” kimi xarakterizə etmişdi. Hətta, 2000-ci ildə Ramiz Tatarovun Şaiq Qurbanovla birləşərək Ağstafa rayonunda SSRİ dönəmindən çəkilmiş bütün yeraltı su borularını, yerüstü qaz xətlərini doğratdırıb qara bazarda satdırmaları haqqında məlumat vermişdir. Kolayır kəndində yerləşən böyük su paylayıcı stansiyasından rayonun bütün kəndlərinə gedən 330 mm-lik su borularını və rayon mərkəzindən 70 km aralıda Sadıqlı kəndinə gedən 530 mm-lik qoşa qaz kəmərlərini çıxartdırıb satılmasını yazmışdır. Ramiz Tatarovun turbo “brokoniyeri” kimi tanınan bacısı oğlu Balakişinin “komandası” Qravi çay hövzəsindən Ceyrançöl ərazisinə çəkilmiş Tovuz Su Təchizatı İdarəsinə məxsus 47,9 km 620 mm-lik, o cümlədən 377 mm-lik su kəmərlərini buldozerlə çıxartdırıb satdırmasını qeyd etmişdir.

2009-2010-cu illərdə Ağstafada aparılan abadlıq işlərini sabiq icra başçısı hazırda Statistika İdarəsinin rəisi Cümşüd Musayev Ramiz Tatarov və Şaiq Qurbanova tapşırmaqla, 800 min manat dövlət əmlakının talanmasına şərait yaratmasını vurğulamışdı. Rayonu talayan rayon təşkilatlarına hərrac kəsib onlardan rüşvət tələb edən bu şəxslərə qarşı tədbir görülmür, əksinə onların rayon əhalisinə zülm etməsini vurğulamışdır. “Təcrübəli Tatarov, Qurbanov tendemi” elə bir həddə çatıb ki, onlar hazırki icra başçısı Məhərrəm Quliyevi də saymır, kimi fikirləri yazmışdır. Rayonda daş karxanaları, mebel mağazaları, tikinti materialları mağazaları, restoranları, kafe və çayxanaları, mal-qara fermaları, un dəyirmanı, 300 hektarlarla torpaq sahələri olmasını bildirmişdir.

Hazırda görünən odur ki, yenə Ağstafanın “Lenin”ləri heç kimi saymır. Bütün problemlərinin pul ilə həll edirlər. Aparılan yoxlamaları pul ilə bağlamaq istəyirlər. Çünki, təcrübəli Tatarov TQDK-nı da pul ilə ala bilib. TQDK-nın xətti ilə 53 bal toplayan oğlu qəbuldan kənarda qalsa da, sonradan İqtisad Universitetinin Dağıstan filialına qəbul olub. Sonra Bakıya “perevod” edilib. Belə “rəhbərlər”dən Ağstafa əhalisinə xidmət edən olmadığı kimi onlarda Vətən sevgisi də olmaz. Məqsədləri rayonu çapıb-talamaq olan hər iki şəxs nədən məsuliyyətə cəlb olunmur? Korrupsiya tədbirləri nədən onlardan kənarda qalır, bilinmir".

dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru