Kərəm Mustafayev üçün QARA ZOLAQ... - Deyilənə görə...
Tarix: 9-10-2024, 10:49 |
Çap et
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun keçmiş komandanı, hazırda ehtiyata göndərilmiş general-polkovnik Kərəm Mustafayev həbs oluna bilər. Bu barədə dia-az.life-ya mötəbər mənbələrdən informasiya daxil olub. Xəbərdə deyilir ki, keçən günlərdə artıq bir neçə dəfə hüquq-mühafizə orqanları tərəfindən dindirilən Kərəm Mustafayevin həbsi üçün yetərincə zəmin mövcuddur.
dia-az.life xatırladır ki, yayılan xəbərlərdə generalın ifadəsindən sonra onun qardaşı Nemət Mustafayevin də təcili Bakıya ifadə vermək üçün çağrıldığı iddia olunurdu. Bu isə məsələnin kifayət qədər ciddi xarakter daşımasına işarə idi.
Qeyd edək ki, Kərəm Mustafayevə qarşı bir neçə ittiham xarakterli ididalar yerli KİV-də səslənib.
dia-az.life xatırladır ki, Kərəm Mustafayev bu il iyulun 5-də vəzifəsindən azad olunaraq, ehtiyata göndərilib. Onun yerinə general-mayor Sənan Seyidov təyin olunub.