Əhmədzadənin maliyyə işləri təftiş edilərsə... - İTTİHAM
Tarix: 19-02-2019, 09:18 | Çap et
Xarici ölkələrdəki var dövləti hələ də dillərdən düşməyən Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Meliaorasıya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ötən həftə dövlət başçısı İlham Əliyev Prezidentin ehtiyyat fondundan 30 milyon manat vəsait ayırdı. Ötən ilin aprelində isə sözügedən səhmdar cəmiyyətə 22 mln manat ayrılmışdı. 2014 dekabrında isə 19,5 milyon manat ayrılmışdı. Ölkə başçısı İlham Əliyev tərəfindən ayrılmış bu vəsaitlər təbii ki, məqsədli şəkildə, kənd təsərrüfatının inkişaf etdirilməsi, yerlərdə meliorasiya və suvarma sistemlərinin işinin müasirləşdirilməsi üçün nəzərdə tutulub. Məsələn 2014 cü ildə bu sahəyə ayrılmış 19,5 milyon manat vəsait 630 min nəfərə yaxın olan 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 300 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ayrılmışdı. 2018 ci ilin mart ayında isə Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün kanalın yenidən qurulması layihəsi çərçivəsində tikinti işlərinin başa çatdırılması və daha 7551 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitdən 22 358 000 manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. 2019 cu ilin fevralın 15 də isə sözügedən cəmiyyətə Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitdən 30 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. Xatırlatmaq istərdik ki, bu son illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış vəsaitin bir hissəsidir. Bu sahəyə ayrılmış xırda, yəni 2-3-5 milyonları da nəzərə alsaq son illərdə yüz milyonlarla vəsaitin xərcləndiyini görmüş olarıq.
Bəs bu qədər vəsaitlə görülmüş işlərin həcmi üst-üstə düşürmü? Ayrılmış vəsaitlərlə respublikanın meliorasiya və su təsərrüfatı sistemində görülən işləri müqayisə etdikdə daha çox Əhməd Əhmədzadənin xaricdəki hələ bizlərə bəlli olan əmlaklarının sayı daha çox üst-üstə düşür. Təbii ki, bu sahədə müəyyən işlər də görülür. Amma görülən işlərdə dövlət vəsaitlərinin mənimsənilməsi hallarına da yol verilir ki, bu da Əhməd Əhmədzadə və onun özü kimi qocaman idarə müdirlərinin varlanmasına gətirib çıxarır. Götürək elə cənab Prezidentin son sərəncamında nəzərdə tutulmuş qış otlaqlarının su təminatı sistemlərinə nəzarət idarələrini. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin strukturuna 7 qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri daxıldir. Onlar əsasən respublikanın cənub qərb,aran,mil-muğan və cənub şərq bölgələrini əhatə edir. Bu idarələrdən bir neçəsinin,daha doğrusu tanıdığımız bir neçəsinin fəaliyyətinə qısa nəzər salmaq istərdik.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin strukturuna daxıl olan ən böyük idarələrdən birincisi Ceyrançöl Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı idarəsidir ki, müdiri Nizami Vəliyevdir. Artıq neçə illərdir bu idarənin müdiri vəzifəsini daşıyan Nizami Vəliyevi iş yerində tapmaq çox çətin məsələdir. İdarənin Tovuz rayonunda yerləşməsinə baxmayaraq Ceyrançölün ərazisi Gürcüstan sərhədlərindən başlayaraq Kür çayının sol sahili boyu Şəmkir və Samux rayonları ilə yanaşı Mingəçevir Su Anbarına qədər uzanan bir ərazidə yerləşir. Sözügedən idarənin nə qədər işçisinin olması heç kimə bəlli deyil. Buraya respublikanın qərb bölgəsindən qışlamaq üçün yüzlərlə fermerlər,mal-qara sahibləri üz tutur. Nizami Vəliyev isə Ceyrançoldə yerləşən otlaq sahələrini, fermaları su ilə təmin etmək üçün mal qara sahiblərinə haqq qoyur.Yaz ayları başlayan kimi Ceyrançöldə hektarlarla qarpız və yemiş əkənlər su üçün ancaq Nizami Vəliyevi görməli olurlar. Məlumata görə Ceyrançöldə Nizami Vəliyevə məxsus yüz hektarlarla torpaq sahələri var ki, ancaq icarəyə verir. Burada icarə haqqlarını kimlər müəyyənləşdirir, kimlərin cibinə gedir onu təbii ki, Nizami Vəliyev daha yaxşı bilir.
Bozdağ Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi də Ceyrançöldən heç fərqlənmir. Mingəçevir şəhərində yerləşən bu idarənin funksiyası nədən ibarətdir,əhaliyə harada nə kimi xidmət göstərildiyi bəlli deyil. Müdiri Akif İbrahimov olan bu idarənin də işçilərinin sayı bəlli deyil. Amma Akif İbrahimov uzun müddətdir ki, bu vəzifənin başındadır.Məlumatlara görə Akif İbrahimov vaxtının çoxunu Kür çayının sahillərində yeyib-içməkdə keçirir.Mingəçevir və Bərdə şəhərlərində obyektlərə sahib Akif İbrahimovun məlumata görə Bakı şəhərində də mülklərə sahibdir.
Mil-muğan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi də İmişli rayonunda yerləşir. Bu idarin də əhatə dairəsi heç kimə bəlli deyil. İdarənin müdiri Allahverdi Əliyev də uzun müddətdir ki, bu vəzifənin başındadır. Məlumatlara görə Allahverdi Əliyevin İmişlidə və ətraf rayonlarda obyektləri, fermer təsərrüfatları var ki, idarə ancaq bu fermer təsərrüfatlarına çalışır. 50 min hektar ərazidəki otlaqlarda əsasən İmişli, Saatlı, Lerik, Yardımlı, Biləsuvar rayonlarından qışlama dövrü üçün gətirilmiş heyvan sürülərini, yataqları və kommunikasiyaları su ilə təmin ediən bu idarə. fermer təsərrüfatlarının, daha dəqiq desək, onların bəslədikləri davarların, otlaq sahələrinin su ilə təminatı ilə məşğul olur. Daha dəqiq desək onlara su satır.Nəzərə alsaq ki, bu təsərrüfatlarda, xırda və iribubuynuzlu heyvanların çoxluğu Allahverdi Əliyevin də gəlirlərinin çoxalmasına sirayət edir.Məlumata görə Allahverdi Əliyevin də paytaxtda bir neçə evi,bahalı maşınları var ki, bütün bunları məhz işlədiyi idarədə mənimsədiyi dövlət vəsaitlərinin hesabına əldə edib.
Pirsaat Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsi o birilərindən heç nə ilə fərqlənmir. Hacıqabul rayonunun Pirsaat qəsəbəsində yerləşən bu idarəyə iyirmi ildən çoxdur ki, Mafizət Cəfərov adlı şəxs rəhbərlik edir. Gözdən -könüldən uzaq bu idarə də işçilərin sayı bəlli deyil, görülən işlərdən isə danışmağa dəyməz. Verilən məlumatlara görə Mafizət Cəfərovun Hacıqabul rayonunda və Şirvan şəhərində restoranları, Pirsaatda femalları, Bakıda evləri və ət mağazası var. bütün bunların hamısıni isə Mafizət Cəfərov budcədən ayrilmış vəsaitləri müxtəlif yollarla mənimsəyərək şəxsi biznesini çiçəkləndirib.
Maraqlı burasıdır ki adları çəkilən idarələrdə ən başlıca yeyinti elan olunmuş tenderlər vasitəsi ilə həyata keçirilir. Məsələn bu idarələr hər il, carı və əsaslı təmir üçün tikinti materiallarının alınması üçün tenderlər elan edirlər. Bu tenderlərdə kimlərin qalib olması o qədər də maraqlı deyil. Maraqlı olan odur ki, əsalı təmirə tender keçirildikdən sonra cari təmir üçün tender elan etməyə ehtiyac qalırmı? Axı qanuna görə əsaslı təmirə dövlət hər beş ildən bir vəsait ayırır və əsaslı təmir olunmuş hər hancı obyektə carı təmir üçün vəsait ayrılmır. Belə çıxır ki,bu idarələrdə tikinti işləri neçə illərdir dayanmır. Digər tenderlərə nəzər salaq. Nəqliyyat vasitələrinin, mexanizmlər üçün ehtiyyat hissələrinin, mexaniki və elektrik avadanlıqlarının, nasos-güc avadanlıqlarının, hidrotexniki qurğuların ehtiyyat hissələrinin, elektrik mühərriklərinin əsaslı təmiri üçün keçirilən tenderlərdə nə qədər vəsaitlər oynayır, kim alır, kim satır,bəlli deyil. Bəlli olan odur ki, Əhməd Əhnədzadə və onun komandası ildən ilə varlanır,imkanları respublikanın hüdudlarından kənara çıxır.
Sonra da dövrü mətbuat yazır ki, Meliaorasıya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin Avropa ölkələrində biznes şəbəkələri var. Bu biznes şəbəkələri Əhməd Əhmədzadəyə məxsus olmayıb,bəs kimə məxsus olmalıdır? Əhməd Əhmədzadənin adlarını çəkdiyimiz bu idarələrinin müdirlərinin Azərbaycanda sahib olduqları var dövləti hər hansı bir müəllim, həkim, sadə zəhmətkeş insan bir ömür boyu çalışsa da əldə edə bilməz. Amma göründüyü kimi Əhməd Əhmədzadə və onun komandası qazanır.Haqqında yazılanlara baxmayaraq, yenə pullar ayrlır, milyonlarla. Qış otlaqlarının suvarma sistemlərini yaxşılaşdırmaqla bərabər, xaricdəki biznesi də genişləndirmək üçün. Necə deyərlər pul, pul gətirər. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
|