Mahmudov Usubovun əleyhinə ifadə almaq istəyib – Sensasion iddialar
Tarix: 8-08-2019, 10:40 | Çap et
“Hacı Məmmədovla üzləşdirmədən sonra uzun müddət Zakir Nəsirovun iştirakı ilə heç bir istintaq hərəkəti aparılmadı. Bunun əvəzində MTN-nin yüksək rütbəli əməkdaşları (indi həbsdə olan) qanunsuz olaraq qeyri-rəsmi qaydada mənim iştirakım olmadan onunla görüşərək müəyyən adamların adını çəkməsi müqabilində kömək edəcəklərini vəd etdilər. Nəsirova deyilirdi ki, onun seçimi çox məhduddur, ya ifadə verb canını qurtaracaq, ya da ömürlük həbs cəzası alacaq”. “Yeni Sabah” xəbər verir ki, bunu tanınmış vəkil Adil İsmayılov deyib. O, qeyd edib ki, MTN tərəfindən Nəsirova dəfələrlə təklif olundu ki, Hacı Məmmədovun törətdiyi cinayətlərdə Daxili işlər nazirinin iştirak etməsi barədə ifadə versin.
Bu alınmadıqda isə təklif edildi ki, heç olmasa belə ifadə versin ki, nazirin Hacı Məmmədovun törətdiyi cinayətlərdə iştirak etməsi barədə onun rəhbərlik etdiyi Cinayət Axtarış İdarəsində əməliyyat məlumatları olub: “Bu da alınmayanda təklif olundu ki, yazılı ifadə verməsə də olar, şifahi danışsın. Nəsirov belə bir hal olmadığını bildirərək bundan da imtina etdi.
Bu təkliflər keçməyəndə MTN əməkdaşları daha bir təklif etdi. Nəsirova təklif olundu ki, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin arvadının oğurlanmasının təşkilatçısı və sifarişçisinin Milli Bankın sədri Elman Rüstəmovun olması haqda hadisədən sonra DİN-ə əməliyyat məlumatları daxil olması barəsində ifadə versin.
MTN-çilər öyrənmişdilər ki, Hacı vaxtı ilə narxozda Elman Rüstəmovla oxuyub. Nəsirov belə bir halın olmadığını deyib ifadə vermədi.
Bu təkliflər barəsində təcridxanada mənə danışan Nəsirov dedi ki, təsəvvür edirsən nə vaxtsa nəvələrimlə gəzişərkən bir nəfər bizə yaxınlaşıb üzümə tüpürür və nəvəmin yanında deyir ki, sənin baban məni şərləyib tutdurub”.
A. İsmayılov xatırladıb ki, 2005-ci ilin oktyabr ayında Nəsirov Zakir Qaralova rəsmi ərizə ilə müraciət edərək onu qəbul etməsini xahiş etdi. Burda isə məqsəd qanunsuz həbsi, ona qarşı edilən haqsızlıqlar və MTN əməkdaşlarının etdiyi təkliflər barəsində Baş prokurora məlumat vermək idi: “Lakin baş prokuror onu qəbul etməkdən imtina etdi. Cinayət işinə heç bir aidiyyatı olmayan və işdə prosessual fiqur olmayan Baş prokurorun köməkçisinin imzası ilə 13 oktyabr 2005-ci il tarixli məktub aldı”.
Məktubda aşağıdakılar yazılmışdı.
“Sizin Azərbaycan Respublikası baş prokuroru cənab Zakir Qaralova ünvanladığınız Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş idarəsi tərəfindən istintaq olunan 404/87958 saylı cinayət işi üzrə əsassız olaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmağınız barədə ərizənizə Respublika Baş prokurorluğunda baxılmışdır. Müəyyən edilmişdir ki, hüquqlarınızı müdafiə etmək üçün vəkil Adil İsmayılovun rəhbərliyi ilə daha iki nəfər müdafiəçi istintaqa buraxılmış, onlarla sayı və müddəti məhdudlaşdırılmayan konfedensial ünsiyyət saxlamaları üçün Sizə şərait yaradılmışdır. İstintaq materialları ilə Sizin əsaslı olaraq cinayət məsuliyyətinə cəlb olunmağınız tam sübuta yetirilmişdir”.
A. İsmayılov bildirir ki, istintaqa aidiyyatı olmayan bir şəxsin istintaq başa çatmamış, Nəsirovun əsaslı olaraq cinayət məsuliyyətinə cəlb olunmasının tam sübuta yetirilməsini və bu zaman istintaq materiallarına istinad etməsini başa düşmək mümkün deyildi, bu ən azı təqsirsizlik prezumpsiyasının pozuntusu idi: “Həm də bu məktubdan belə çıxırdı ki, bizim danışıqlarımızdan xəbərdar olan Zakir Qaralov nəinki Nəsirovu qəbul etməyə, hətta ona öz adından cavab yazmağa da qorxur.
O vaxt MTN-də istintaq təcridxanasında vəkillə müvəkkilinin bütün danışıqları yazılırdı və baş prokuror bu danışıqların məzmunundan xəbərdar idi. Bu məktubu aldıqdan sonra Nəsirov bir neçə dəfə rəsmi ərizə ilə ölkə rəhbərliyinə və baş prokurora müraciət etməyə cəhd etdi. Lakin istintaq təcridxanasında onun ərizələrini qəbul etməkdən imtina edildi.
Nəhayət 15 noyabr 2005-ci ildə Zakir Nəsirova yeni ittihamların elan edilməsi ilə əlaqədar müstəntiq onu təqsirləndirilən şəxs qismində dindirdi. Nəsirov istintaqın qərəzli və qeyri-obyektiv aparılmasına görə ifadə verməkdən imtina etdi və fürsətdən istifadə edərək dindirmə zamanı iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş prokurora etiraz etdi.
Müstəntiq mənim tələbimlə etirazı protokola yazmağa məcbur oldu. Qanunun tələbinə əsasən işi aparan müstəntiq həmin etirazı baş prokurora təqdim etməli idi və sonuncu istər-istəməz cavab verməyə məcbur idi.
Etirazda Baş Prokurorun özünün bu işdə ən azı şahid kimi ifadə verməli olduğu göstərilirdi. Belə olan halda isə CPM-nin 109 və 112-ci maddələrinə əsasən baş prokuror istintaqa prosessual rəhbərliyi həyata keçirə bilməzdi .
Etiraz Baş prokurora təqdim edildikdən sonra nə qədər qəribə də olsa, Qaralov özü ona qarşı olan etirazın rədd edilməsi barədə qərar verdi. Mən həmin qərardan məhkəməyə şikayət etməyi təklif etsəm də Zakir Nəsirov razılaşmadı. Dedi ki, sən Azərbaycanda hansısa hakimin baş prokurorun qərarını ləğv edəcəyinə inanırsan? Prosesin sonrakı mərhələləri onun haqlı olduğunu göstərdi”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
|