Sumqayıt Texnologiyalar Parkının işçisi şok faktları ifşa etdi - 15-20 min manat "paket" maaş alırlar
Tarix: 15-05-2015, 08:59 | Çap et
DİA.AZ: - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyev səlahiyyətlərinin əsas hissəsini itirdikdən sonra onun nəzarəti altındakı müəssisələrin bir çoxunda narazılıq halları müşahidə edilməyə başlayıb. Qeyd edək ki, məmurun biznes şəbəkəsinin özəyini təşkil edən müəssisələrdən biri də Sumqayıt Texnologiyalar Parkıdır (STP). Burda çalışan işçilər zaman-zaman iş şəraitinin ağırlığı və əməkhaqlarını vaxtında ala bilməmələrinə etirazlarını kəskin formada bildiriblər.
Buna baxmayaraq, STP rəhbərliyi fəhlələrin hüquqlarını tapdalamaqda davam edir, onlara qarşı haqsız münasibət göstərir. DİA.AZ bildirir ki, müəssisədə çalışan və adının gizli qalmasını xahiş edən şəxsin "Gündəlik Bakı" qəzetinə verdiyi məlumatda işçilərin hüquqlarının kobud şəkildə pozulduğu bildirilir: "Əksər hallarda əmrlə ümumi zavodu işə cəlb edirlər, amma əlavə iş saatına görə heç bir ödəniş olunmur. Hər insanın xeyir, şər işi düşə bilər. Belə məsələlər üçün icazə alanda aylıq maaşımızdan tuturlar. Əlavə təqdimat yazıb işə çağıranda yalnız oklad (maaş) hissəsindən pul ödəyirlər. Oklad isə 500-600 manat civarındadır. Maaş sistemi düzgün qurulmayıb. Bir işçinin əməkhaqqı okladı 200-300 manat olduğu halda, ona 700-800, hətta 1000 manat "paket" verirlər. Digər işçilərə isə 200 manat "paket" təqdim edirlər. Bir şöbədə eyni işi görən adamlar fərqli-fərqli əməkhaqqı alır. Bunu necə başa düşmək olar? Bu, açıq-aşkar ayrı-seçkilikdir. Axı hər ikisi eyni işi görür, nəyə görə onların arasında fərq qoyulmalıdır? Müəssisə rəhbərliyi işçilərin əməyinə düzgün qiymət vermir, ədalət prinsipləri pozulur. İcraçı direktor Sahib Musayev STP-nin fəaliyyətini bərbad hala salıb. Sumqayıt Texnologiyalar Parkında yaxşı vəzifələrdə işləyən şəxslərin əksəriyyəti Etibar müəllimin, eləcə də icraçı direktorun yaxın adamlarıdır. Onlar maaşlarını artıqlaması ilə alır. Adamı, arxası olmayan fəhlələr isə maaşı gecikmə ilə, yaxud əskik alır. Mövcud qanunlara əməl olunmur. Kim texnopark rəhbərliyinə birbaşa və dolayısı yolla yaxındırsa, onun maaşını qaldırırlar. Burda rəhbər işlərdə çalışan şəxslərin bir çoxunun savadı və iş təcrübəsi yoxdur. Sadəcə, adamı olduğu üçün rəis təyin olunub. Belə ədalətsizliyə son qoymaq lazımdır. Nəyə görə sadə işçilərin haqqı tapdalanmalıdır? Xahis edirəm ki, bu məsələni qəzetinizdə işıqlandırasınız. Yuxarılar burda elə bir sistem yaratsınlar ki, əməkhaqqı hamıda eyni olsun və işçilər arasında ayrıseçkilik salınmasın. Bu faktları dərc edin. Mən daha sonra sizə texnoparkın ümumi əməkhaqqı cədvəlini göndərəcəm. Orda hər şey rəqəmlərlə aydın şəkildə göstərilib. Direktordan tutmuş fəhləyə qədər, kim nə qədər maaş, "paket" alırsa, orda qeyd edilib. Düzdür, bəzi adamların "paketi" ora yazılmır. Zavod rəhbərləri, bəzi şöbə müdirlərinə ayrıca şəkildə "paket" paylanır. Onların "paket" maaşı 15-20 min manat arasında dəyişir".
Məsələ ilə bağlı STP rəhbərliyinin münasibətini öyrənmək istəsək də, cəhdlərimiz nəticəsiz qaldı. Hər halda, iri müəssisə ilə bağlı belə ittihamlar ortaya atılıbsa, əlaqədar dövlət qurumları tərəfindən mütləq araşdırma aparılmalıdır. Zavod rəhbərləri və şöbə müdirlərinin ayda külli miqdarda "paket" alması araşdırılması vacib olan məsələlərdən biridir. Qeyd edək ki, bu sistemin mahiyyəti ondan ibarətdir ki, nazirliklərdə, komitə və şirkətlərdə qeyri-rəsmi gəlirlər bir mərkəzə toplanır və ordan əlavə əməkhaqqı adı ilə bölüşdürülür. Bu zaman vəzifəsindən, gördüyü işin "çəkisindən" asılı olaraq "paket" şəklində verilən vəsaitin həcmi də dəyişir. Yuxarı vəzifədə olanlar daha böyük həcmdə "paket" alırlar. Ki, bu da tam qanunsuzdur.
Bu arada, onu da bildirmək istəyirik ki, bir müddət əvvəl "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyevin adı yenidən mətbuatın gündəminə gəlib. Belə ki, o milyardlarla vəsaiti təyinatı üzrə xərcləməməkdə ittiham olunur. Hər şey "Azərişıq" ASC-nin sədri Baba Rzayevin "Azərbaycan" qəzetinə yazdığı məqalədən sonra üzə çıxıb. Məqalə "Azərişıq"ın perspektivlərinə həsr olunub. Baba Rzayev yazıb ki, ASC-də yenidənqurma işləri, yeni texnologiyaların şəbəkəyə tətbiqi, yüksək peşə hazırlığına malik kadrların hazırlanması işlərinə başlanılıb. Onun sözlərinə görə, bu işləri həyata keçirmək üçün qısa vaxt ərzində tədbirlər planı hazırlanıb, texniki təchizat bazası yaradılıb: "Artıq ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin (KTM) yenilənməsi - müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesinə başlanılıb. Yeni güc mərkəzləri həm görünüş baxımından əvvəlkindən fərqlənir, həm də böyük texniki üstünlüklərə malik olmaqla yeni, müasir KTM-lərdir. Bu işlərlə yanaşı, uzun illər istismar olunan ağac dayaqlar yeni dəmir boru dayaqlarla əvəzlənir. Açıq tipli, uzun müddət istismarda olduğu üçün yararsız vəziyyətə düşüb, heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan (ÖIN) izolyasiyalı kabellərlə dəyişdirilir". ASC rəhbərinin sözlərinə görə, bu tədbirlər abonentlərin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaqla bərabər, normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərəcək: "Ölkə ərazisində yeni KTM-lər quraşdırılmazdan əvvəl həmin ərazilərdə abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv inkişaf istiqamətləri öyrənilir və gələcək tələbata uyğun güc mərkəzləri seçilir. Həmin güc mərkəzlərinin qidalandırılması da yeni texnologiyalara əsaslanır. Yeni güc mərkəzlərini qidalandırmaq üçün hava elektrik verilişi xətlərinin yenilənməsi, aralıq məsafənin qısaldılması sahəsində də lazımi tədbirlər görülür. Hazırda rayonlarda 35 kilovoltluq yarımstansiyaların quraşdırılması işləri gedir". Burdan belə məlum olur ki, indiyə qədər rayonlarda, kənd və qəsəbələrdə yararsız, istismar müddəti başa çatmış transformatorlardan istifadə edilib. Kabellər, ağac dayaqlar yararsız hala düşüb. Əhalinin enerji təminatı lazımi səviyyədə deyil. Bir sözlə, ölkənin enerji təchizatında ciddi problemlər var. Halbuki, "Azərenerji"nin rəhbəri ölkədə enerji təchizatının yüksək səviyyəyə çatdırıldığını iddia edirdi. Hesablamalar isə göstərir ki, bütün mənbələr hesabına son illər "Azərenerji" ASC-yə 4 milyard dollara yaxın investisiya yatırılıb. Lakin bunun müqabilində çox cüzi iş görülüb.
Şirkət istehsal etdiyi məhsulu-enerjini maya dəyərindən ən azı 3 dəfə baha satdığı halda, büdcəyə ödəmələr təmin edilməyib, böyük borcları silinib. Bu isə külli miqdarda vəsaitin mənimsənilməsi qənaətini yaradır. Özəl qaynaqların iddiasına görə, adı böyük maliyyə yeyintilərində hallandırılan ASC sədrinin tutduğu postdan kənarlaşdırılması hər an reallaşa bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
|