Mahir Aslanov Baba Tağıyevə savaş elan edib - Deputatla keçmiş deputatın çəkişməsi
Tarix: 23-05-2015, 13:28 | Çap et
Bu gün elə millət vəkilləri var ki, seçiciləri onların üzünə həsrət qalıblar. Çünki deputatların bir çoxu yalnız parlament seçkiləri ərəfəsində, yəni təbliğat-təşviqat kampaniyası zamanı namizədliyini irəli sürdükləri ərazinin sakinləri ilə görüşür, onlara müxtəlif vədlər verirlər. Seçki prosesi yekunlaşdıqdan sonra isə millət vəkillərini gündüz çıraqla da tapmaq mümkün olmur. Bu cür deputatlardan biri də 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisin üzvü seçilən Mahir Məhəmmədəli oğlu Aslanovdur.
Əldə etdiyimiz bilgilərə görə, deputat 2010-cu il parlament seçkiləri ərəfəsində seçicilərinə çoxsaylı vədlər versə də, geridə qoyduğumuz 5 il ərzində bir dəfə də olsun ona etimad göstərən şəxslərlə görüşməyib, seçiciləri narahat edən problemləri dinləməyib. Bu və digər bir sıra önəmli məqamlarla bağlı redaksiyamızı məlumatlandıran mənbə iddia edir ki, Mahir Aslanov Milli Məclisdə nadir hallarda səsi çıxan deputatlardandır: "Elə bu səbəbdən də Goranboy və Naftalan camaatı deputat kimi Mahir Aslanovun fəaliyyətindən narazıdır. Belə ki, Goranboy və Naftalanda nadir hallarda görünən, orda olanda isə vaxtını icra hakimiyyətinin binasında keçirən deputatın əhali ilə görüşməməsi onlarda ciddi narazılıq yaradıb. Deyilənlərə görə, Mahir Aslanov rayonun problemləri ilə bağlı ona göndərilən şikayətlərə də baxmır. Onun qəbuluna düşmək isə müşkül məsələdir. Görünür, Mahir Aslanov vaxtının böyük bir hissəsini biznesinin inkişafına sərf etdiyindən millət vəkili kimi üzərinə düşən işlərinin icrasında maraqlı görünmür". Deputatın özündə bir çox sahəni birləşdirən nəhəng biznes şəbəkəsinə sahib olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Mahir Aslanova məxsus olan "Kəpəz Group" tikintidən tutmuş, mebel satışına qədər bir çox fərqli sahəni əhatə edir: "Bu şirkət 1992-ci ildə fəaliyyətə başlayıb. "Kəpəz Group" tikinti, mebel (istehsalı və daşınması), daşımaçılıq, restoran (klub), mehmanxana biznesi, həmçinin, təmir və dizaynlaşdırma sahələrində fəaliyyət göstərir. Şirkət hazırda Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan , Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Bundan başqa, Mahir Aslanovun onlarla iri yük daşımaçılığı ilə məşğul olan TIR-ları var. İnqilab küçəsində yerləşən "Kəpəz Mebel Evi", "Kəpəz" otel və "Happy İnn" otellər şəbəkəsi də ona məxsusdur. Eyni zamanda, millət vəkilinin paytaxtın müxtəlif ərazilərində bir neçə hündürmərtəbəli binası var".
Deputatın oğlu Məhəmmədəli Aslanovun "Bank of Azerbaijan"ın Müşahidə Şurasına rəhbərlik etdiyini deyən məlumatlı şəxsin iddiasına görə, Mahir Aslanovun oğlu əvvəllər "Bank Technique" ASC-də mühüm postda təmsil olunub: "Deputatın digər oğlu Famil Aslanov isə hüquq-mühafizə orqanlarında çalışır. Lakin buna baxmayaraq, o, bu ilin yanvar ayında idarə etdiyi 10 GV 888 dövlət nömrə nişanlı "Maserati" markalı avtomobili ilə yol hərəkət qaydalarını pozduğu üçün saxlanılıb. Nəticədə onun maşını Badamdarda yerləşən cərimə meydançasına aparılıb. Mahir Aslanovun biznes imperiyasına gəlincə, bu barədə deyilir ki, deputatın Nəsimi rayonu Abbas Səhhət küçəsində yerləşən "Happy İnn" oteli bəzi idarə, təşkilat və müəssisələrin pul "yuduqları" otel kimi tanınır. Bu otel hər zaman müştəri bolluğu ilə seçilib. Ölkəmizə gələn qonaqlar məhz "Happy İnn" otelinə yerləşdirilirlər. Bir sözlə, əldə olunmuş "razılaşma"ya əsasən ölkəmizə gələn idmançılar və mədəniyyət nümayəndələri bu oteldə məskunlaşırlar. Deyilənlərə görə, əcnəbi qonaqların məhz Mahir Aslanova məxsus olan oteldə yerləşdirilməsi "danışıqlar"da iştirak etmiş tərəfləri tam şəkildə təmin edir.
"Kəpəz Mebel Evi"nin dövriyyəsinin kifayət qədər böyük olduğunu qeyd edən məlumatlı şəxs bildirir ki, Mahir Aslanovun nəzarətində olan tikinti şirkəti paytaxtın müxəlif ərazilərində bina işnası ilə məşğul olur. Və həmin binalardakı mənzillər əhaliyə dəyərindən baha qiymətə təqdim olunur: "Bu arada, onu da nəzərinizə çatdırım ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov millət vəkili Mahir Aslanovun əmisi oğludur. İcra başçısı 1976-cı ildə Naftalan şəhərində doğulsa da, əslən Goranboy rayonunun Qaşaltı kəndindəndir. Deyilənlərə görə, Natiq Aslanov orta məktəbi zəif oxuyub. Bu səbəbdən də onun Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına öz biliyi ilə daxil olması ciddi şübhə doğurur. Çünki rəsmi sənədlərdə onun bu ali məktəbə nə vaxt daxil olması göstərilməyib və 1993-1994-cü illərin qəbul sənədlərində də Natiq Aslanovun adına rast gəlinmir. Yalnız 1998-ci ildə ali məktəbi bitirdiyi qeyd olunub. Onun hərbi xidmətdə olmasına dair də heç bir bilgi yoxdur. Belə ki, vaxtilə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasınının hərbi kafedrası olsa da, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının həmin hərbi kafedranı bitirib-bitirmədiyi haqda hər hansı informasiya verilmir. Onun hərbi xidmətə yararsızlığı barədə o vaxtkı hərbi komissar Asif İmanovun imzası ilə sənəd alması haqda müəyyən söyləntilər dolaşmaqdadır. Əgər bu fakt doğrudursa, o zaman Natiq Aslanovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı postunda çalışması qanuna ziddir. Çünki hərbi xidmətə yararsız olan şəxsin bu cür mühüm vəzifədə təmsil olunması qanunla yasaqlanıb".
Mənbənin "Gündəlik Bakı" qəzetinə bildirdiyinə görə, rəsmi məlumatlarda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının 1998-ci ildə ali məktəbi bitirdiyi, 2000-2004-cü illərdə "Kəpəz" firmasında alqı-satqı üzrə menecer işlədiyi öz əksini tapsa da, Naftalan sakinləri Natiq Aslanovun uzun müddət əmisi oğlu Mahir Aslanovun mebel sexində dülgər işlədiyini qeyd edirlər: "Deyilənlərə görə, Goranboy və Naftalan ərazisindəki əsas gəlir mənbələri Mahir və Natiq Aslanovların, həmçinin onların son vaxtlar Dövlət Neft Şirkətində (ARDNŞ) sürətlə irəli çəkilən qohumu Bədəl Bədəlovun nəzarətindədir. Naftalanlılar da təsdiqləyə bilərlər ki, icra başçısı ilə Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlov yeznə-qayındırlar. Bu səbəbdən də əmioğlular Bədəl Bədəlovla qohumluq əlaqələrindən istifadə edərək, Naftalan və Goranboy ərazisindəki biznes obyektlərini, xüsusən də Naftalandakı sanatoriyaları, ticarət mərkəzlərini və restoranlar şəbəkəsini bütövlükdə Dövlət Neft Şirkətinin rəhbər şəxslərinin adına bağlamaqla özlərini mümkün təhlükələrdən sığortalamağa çalışırlar".
Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz digər informasiyada isə deyilir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı son vaxtlar şəhərin mərkəzi küçələrində marketlərin tikintisinə start verib. Belə ki, Natiq Aslanovun rayonun əsas gəlirli sahələrini qohumlarının ixtiyarına verdiyini iddia edən məlumatlı şəxs bildirir ki, icra başçısı əmisi oğlu Mahir Aslanova biznesini inkişaf etdirmək üçün Naftalan rayonunda münbit şərait yaradıb: "Deyilənlərə görə, Naftalan Vannası Sağlamlıq Mərkəzinə gedən yolun üstündə icra başçısı, millət vəkili və Aslanovlarla yaxın qohum olan bir neçə şəxsin iri obyektləri tikilib. O da qeyd olunur ki, icra başçısı Naftalanın dövlət torpaqlarını zəbt edib və burda həm özü, həm də Mahir Aslanov üçün şəxsi təsərrüfatlar yaradıb. Bu təsərrüfatlar içərisində heyvandarlıqdan tutmuş balıqçılıq sahəsinə qədər hər nə desəniz var və həmin təsərrüfatları başçının yaxın qohumları idarə edir. Əldə etdiyimiz bilgilərdə deyilir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin abadlaşdırılması üçün ayrılan 150 min manat vəsaiti təyinatdankənar xərclərə sərf edib. Müvafiq sənədləşdirmədə qeyd olunan küçələr və yollara isə sadəcə yamaq vurulub. Yəni hansısa təmirdən söz gedə bilməz. İcra başçısı Naftalanın küçələrinin, yollarının təmir edilməsini isə özünə yaxın olan "İlqar-MR" MMC-yə həvalə edib və həmin şirkətin hesabına 150 min manat vəsait köçürülüb. Ortada isə ciddi bir iş yoxdur".
Millət vəkili Mahir Aslanovun "Avropa Qapıları" şirkətinin rəhbəri Baba Tağıyevlə gərgin münasibətdə olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, deputat bir neçə ildir ki, Baba Tağıyevi zərərsizləşdirməyə çalışır: "Mahir Aslanov daim qapı və mebel istehsalı sahəsində inhisarçıya çevrilməyə çalışıb. Bu məqsədlə o, sahibi olduğu "Kəpəz Mebel Evi"nin imkanlarını bir qədər də artırıb. Lakin hər dəfəsində onun qarşısına Baba Tağıyevin "Avropa Qapıları" şirkəti çıxıb. Bu səbəbdən də uzun müddətdir ki, Mahir Aslanovla Baba Tağıyev arasında gərgin rəqabət gedir. "Avropa Qapıları" şirkətinin rəhbəri deputat olduğu dönəmlərdə Mahir Aslanov ona güc gələ bilməsə də, bu gün Baba Tağıyevin millət vəkili olmamasından istifadə edən Mahir Aslanov əzəli rəqibini ram etməyi planlaşdırır. Bu məqsədlə deputat yaxın münasibətdə olduğu mətbuat orqanlarına minnətçi düşüb. Belə ki, o, həmin kütləvi yinformasiya vasitələrindən "Avropa Qapıları" və onun sahibi haqda tənqidi materiallar yayımlamağı xahiş edib. Deyilənlərə görə, artıq Baba Tağıyev Mahir Aslanovun ona açıq savaş elan etməsindən xəbərdardır. Odur ki, sabiq millət vəkili də əks hücuma keçməyi planlaşdırır. Bunun üçün o, əlverişli məqamı gözləyir. Bir sözlə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, bu gün sabiq deputatla hazırkı deputat arasında soyuq savaş gedir. Bunun kimin qələbəsi ilə nəticələnəcəyini isə dəqiq demək çətindir. Yaşayarıq, görərik…"
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02 |
|
|
|
|