Hacıbala Abutalıbov villaları sökülən məmurların hədəfində... - Bakı merinə hətta qarğış da edirlər...
Tarix: 3-06-2015, 09:53 | Çap et
Dövlət başçısı İlham Əliyevin Bakıda baş vermiş yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında səsləndirdiyi fikirlərdən irəli gələn tədbirlərin həyata keçirilməsi günün aktual mövzularındandır.
Məlumat üçün bildirək ki, prezident İlham Əliyev sözügedən toplantıda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə yanaşı ictimai əhəmiyyət daşıyan digər problemlərə də toxunmuşdu. Kifayət qədər maddi imkanlara sahib olan məmurların qanunsuz şəkildə tikintilər apardığını önə çəkən prezident bununla bağlı konkret fakt və ünvan da göstərmişdi: "İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur. Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq parkı"nın bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Mən 7-8 il əvvəl ora getmişdim. Görmüşəm ki, Dostluq parkında ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın. Bütün tikilən villalar qanunsuzdur. Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun. İndi o gün gəlirəm, görürəm ki, yenə də düz Dostluq parkının yanında, yamacda villalar tikilir. Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı". Qeyd edək ki, dövlət başçısının bu açıqlamasından dərhal sonra sözügedən ərazidəki bütün villaların sökülməsinə start verilsə də həmin tikililərin sahibləri gözlənildiyi kimi səssiz qalmağa üstünlük verdilər. Son rəsmi məlumatlara görə, hazırda Dostluq parkında sökülən villaların yerində ağacəkmə kampaniyası həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı altında reallaşan iməcliklərdə şəxsən iştirak edən mer Hacıbala Abutalıbov isə istisnasız olaraq bütün qanunsuz villaların söküləcəyini vəd etdi. Mer bəyan edib ki, həmin parkda bəzi villalar sökülüb, yerində isə müxtəlif şam ağacları əkilib. Ağacəkmə kampaniyasında 2 mindən çox insan iştirak edib və kompaniya çərçivəsində 10 min ağac əkilib. Amma villaların hamısı hələki sökülməyib. Söküntü bundan sonra da davam edəcək. Merin sözlərinə görə, indiyə qədər 42 villa sökülüb. Onların sahibləri isə hələ də üzə çıxmır. Etibarlı mənbələrdən "Unikal" qəzetinə sızan informasiyalarda isə baş verənlərin Hacıbala Abutalıbova böyük zərbə olacağını düşünmək üçün ciddi əsaslar yaradır. Qaynağımız iddia edir ki, dəyəri milyonlarla ölçülən və Hacıbala Abutalıbovun nəzarəti altında buldozerlərin qabağına verilərək sökülən villaların sahibləri buna görə Bakı meri ilə "haqq-hesab" çəkməyi planlaşdırıb. Daxil olan məlumatda bildirilir ki, həmin tikililərin sahibləri üzə çıxmasalar da onların kimliyi artıq bəllidir. Belə ki, söküntüdən öncə Hacıbala Abutalıbov "gizli oliqarxlar"ın siyahısını tərtib edib və hələlik ictimaiyyətə bəlli olmayan villa sahiblərinin adlarını lazımi instansiyalara ötürüb. Bundan xəbərdar olan villa sahibləri isə indiki halda üzə çıxmamaq taktikasına sadiq qalsalar da bu səssizliyə sona qədər sadiqlik nümayiş etdirmək fikrindən uzaqdırlar: "Onlar üzləşmiş olduqları gözlənilməz və arzuolunmaz situasiyaya görə Bakı merini günahkar bilirlər. Odur ki, ələ düşən ilk fürsətdəcə Hacıbala Abutalıbovu cəzalandırmağı düşünən həmin güclər paytaxt merinə qarşı birləşiblər". Əməkdaşlarımızın apardığı araşdırmalar zamanı o da bəlli olub ki, sökülən villaların sahibləri respublikada kifayət qədər tanınan və böyük təsir gücünə malik olan məmurlar və onların yaxın qohumlarıdır. Bu isə Hacıbala Abutalıbova qarşı təşəkkül tapan güclərin lazımi anda təhlükəli ola biləcəyindən xəbər verir. Bununla belə, onların yaxın zamanlarda nələrsə edə biləcəyi də inandırıcı görünmür. Ən azından ona görə ki, məsələ birbaşa ölkə prezidentinin nəzarətindədir və bu səbəbdən də "gizli oliqarxların" gün işığına çıxaraq Hacıbala Abutalıbova açıq şəkildə meydan oxuyacağı istisnadır. Sadəcə olaraq, onların Bakı merini "vurmaq" üçün əlverişli situasiyanın yetişməsini gözləməkdən başqa çarələri qalmayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|