Gömrük qapıları kimə həvalə olunacaq: Aydın Əliyev yola salınır... - GÖZLƏNTİ
Tarix: 29-06-2015, 10:03 | Çap et
Gömrük sistemində hökm sürən problemlər gün keçdikcə daha da artır. Ölkəyə xaricdən mal idxal edən iş adamları gömrük əməkdaşları tərəfindən səbəbsiz yerə incidilir və onlardan rüsumdan əlavə ödənişlər tələb edilir. Belə olan halda Dövlət Gömrük Komitəsinin (DGK) işçiləri ilə iş adamları arasında narazılıq yaranır. Narazılıqların səngimədiyini görən komitə sədri Aydın Əliyev bir neçə gün əvvəl iş adamları ilə görüş keçirdi. Gömrük xidməti general-leytenantı sahibkarlarla görüşlərin ümumi işə faydasını, eləcə də gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin dərinləşməsində yardımçı olduğunu qeyd edib. Komitə rəhbəri görüşün məqsədinin bu sahədə sahibkarların fikirlərini öyrənmək, onları düşündürən məsələləri və yeni təklifləri dəyərləndirmək olduğunu bildirib. Qeyd edək ki, Dövlət Gömrük Komitəsində sahibkarlarla bu tip görüşlər ənənə halını alsa da, gömrük sistemindəki problemlər bitib-tükənmək bilmir. Gömrük orqanlarından şikayətlərin çoxalması artıq yuxarı dairələri də narahat etməyə başlayıb. Bunun nəticəsi olaraq son vaxtlar gömrükdə monopoliyanın aradan qaldırılması və qeyri-rəsmi rüsumların yığışdırılması kimi ciddi mexanizmlər müzakirə olunmaqdadır. Bu sahədəki özbaşınalığın qarşısının alınması üçün gömrük rusumlarının aşağı salınması, vergidənkənar ödəmələrin yığışdırılması təklif edilir. Həmçinin, ölkəyə idxal olunan məhsullara vergi güzəştlərinin tətbiqi də təkliflər sırasındadır. Bildirilir ki, bu kimi təkliflərin reallaşması həm rəqabət mühiti yarada bilər, həm də iş adamlarında bu sahəyə olan marağı artırar. Təəssüf ki, irəli sürülən təkliflərə hələ də bir cavab verilməyib. Bu sahədəki boşluqdan istifadə edən Dövlət Gömrük Komitəsinin əməkdaşları gömrük keçid məntəqələrində xaricdən Azərbaycana mal idxal edən şəxslərə əlavə problemlər yaradırlar. Araşdırmalara görə, xaricdən idxal edilən məhsulları ölkəyə keçirmək üçün sahibkarlar qazanclarının bəzən 70 faizə qədərini əvvəlcədən gömrükdə qeyri-rəsmi rüsum kimi verməli olurlar. Sahibkarlar üçün ixrac olunan malları sərhəddən qeyri-rəsmi ödənişsiz keçirmək mümkün deyil. Bəlkə buna görədir ki, neft və neft məhsulları istisna olmaqla, ölkədən xaricə ixrac olunan malların həcmi ildən-ilə azalır. İddialara əsasən, yerli gömrükçülər milyardların büdcədən gizlədilməsi, əvəzində şəxsi ciblərə axan vəsaitin həcminin artırılması üçün ən müxtəlif üsullar fikirləşib bu sahədə "təkmilləşdirmələr" aparıblar: "Gömrükdə idxal-ixrac statistikasının saxtalaşdırılmasında əsasən iki formadan istifadə olunur. Birincisi, "sövdələşmə" olduqdan sonra ya gətirilən məhsulun həcmi azaldılır, yaxud da onların dəyəri idxal olunan ölkədəki dəyərdən daha aşağı göstərilir ki, vergidən yayınma imkanları olsun. Büdcədən gizlədilən məbləğ, nağd şəkildə sahibkardan alınır. İkincisi, gətirilən mallar ümumiyyətlə qeydiyyata alınmır. Gömrükdə qurulan başadüşülməyən sistem yalnız sahibkarlara deyil, eləcə də dövlət büdcəsinə, ölkənin iqtisadi inkişafına ciddi zərbə vurur". Bayaq vurğuladığımız kimi, ölkəmizin gömrük sistemində yaşanan xoşagəlməz hadisələr yuxarı instansiyaların məsələyə müdaxilə etməsi ilə nəticələnib. Yayılan məlumatlara əsasən, bu sahədəki qanuna zidd halların aradan qaldırılması üçün müxtəlif yollar təklif edilir. Məsələn, bir müddət əvvəl gömrük yüklərinin ASAN Xidmət vasitəsilə bəyan edilməsinə başlanıb. Bu məsələyə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev belə münasibət bildirmişdi: "Gömrük ödənişlərinin banklar vasitəsi ilə köçürülməsi, elektron hökumət sahəsində görülən işlər, xidmət çərçivəsində sənədlərin qəbul olunmasını sürətləndirmək istəyirik. Belə hesab edirəm ki, sahibkarlıq inkişaf etdikcə, gömrük işçilərinin sayıqlığı daha da artırılmalı, və bu sahədə modern texnologiyalar və üsullar öyrənilərək tətbiq olunmalıdır". Qurumun digər səlahiyyətlərinin bir hissəsinin də ASAN Xidmətə verilməsi gözlənilir. Bəzi mənbələr hesab edir ki, belə olsa, komitə sədri həm böyük qazancdan məhrum olacaq, həm də səlahiyyətlərinin əsas hissəsini itirəcək. Özəl mənbələr bildirir ki, bu sahədə planlaşdırılan tədbirlər komitə sədrinin vəzifədən kənarlaşdırılmasına hesablanıb: "Yuxarıların hədəfində olan komitə rəhbəri ən yaxın vaxtlarda görəvdən alına bilər. Onunla bərabər bəzi müavinlərinin də işdən çıxarılması gözlənilir. Ümumiyyətlə, son illər Dövlət Gömrük Komitəsinin fəaliyyəti qənaətbəxş hesab olunmur. Komitədə struktur dəyişikliyi qaçılmazdır. Başqa sözlə deyilsə, tezliklə bu komitənin ləğvi məsələsi gündəmə gələ bilər". Yazıda qeyd olunan məsələlərlə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|