Beyləqan Vaqif Abdullayev üçün bir stadiondur... - İstədiyi manevri edir, istədiyi pulu yeyir... - Dövlət onun "qapısına qol vuracaqmı"...
Tarix: 10-08-2015, 10:08 | Çap et
Beyləqan rayon Poçt Filialındakı oğurluq hadisəsi barədə xəbər vermişdik. Xatırladaq ki, oğrular filialdan 26 min manat pul aparıblar. Bəziləri isə məbləğin 28 min manat olduğunu iddia edirlər. Hadisə olan vaxt rayon Poçt filialının müdiri Rasim Ağayev, müavini və xəzinədarının məzuniyyətdə olduğu müəyyənləşib. Hadisədən sonra müdir müavini və xəzinədar məzuniyyətlərini yarımçıq qoyaraq dərhal rayona qayıdıblar. "Baş verən oğurluqla bağlı səs-küy qopartmaq istəməyən Rasim Ağayev, müavini və xəzinədarı oğurlanan dövlət vəsaitini 7 gün müddətinə tapıb yerinə qoyublar. Məsələnin maraqlı tərəfi poçt filialında bu qədər iri məbləğin olmasından irəli gəlir. Çünki qanuna görə, poçt filialına hər gün daxil olan vəsait axşam saat 17:00-da banka təhvil verilməlidir. Əgər filialda əməliyyatlar çox olarsa, o zaman vəsaitin poçtda qalma müddəti 2 gündən o tərəfə keçməməlidir. Əslində oğurlanan 26 min manat vəsait təxminən 20 gündən artıq qalan əməliyyat pulu imiş. Yəni rəis və müavinləri banka köçürüləcək vəsaitləri saxlamaqla qanunsuzluğa yol veriblər. Poçta daxil olan vəsaitin uzun müddətli saxlanılması Beyləqan filialında ilk hadisə deyil. Belə ki, rəis və müavini həmin vəsaitləri dövlətə köçürtməyərək istədikləri vaxt özlərinə lazım olan nəğd vəsaiti burdan hazır götürə bilirlər. Hətta bəzi vaxtlarda bu vəsaitdən başqa bir biznes sahəsinə 1 aylıq da yatırılır", deyə yayılan məlumatlarda qeyd olunub.
Baş vermiş oğurluq hadisəsini Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları da təsdiq edib. Apardığımız qısa araşdırmalar nəticəsində qeydə alınmış oğurluq hadisəsi ilə bağlı maraqlı məlumatlar əldə etmişik. Məlumatlı mənbələrin iddiasına əsasən, oğurluğu törətmiş şəxslər filialda külli miqdarda pulun olmasından əvvəlcədən xəbərdar olublar: "Rayonda yayılan söz-söhbətlərə görə, oğurluq hadisəsi məhz filial müdirinin əvvəlcədən fikirləşdiyi ssenari əsasında aparılıb. Buna dair kifayət qədər ciddi şübhələr də var. Məsələn, müdirin, müavininin və xəzinədarın eyni vaxtda məzuniyyətdə olmaları heç cür başa düşülən deyil. Çünki bu üç nəfər poçtun ən məsul şəxsləri hesab edilirlər. Onlar növbəli şəkildə məzuniyyətə çıxmalı idilər. Üçünün də eyni anda məzuniyyətdə olması bəzi maraqlı sualların yaranmasına səbəb olur. Digər tərəfdən, onlar oğurlanan vəsaitləri bir həftə ərzində tapıb yerinə qoyublar. Maraqlıdır, nəyə görə? Niyə bu qədər narahatlıq keçiriblər? Deməli, hadisədə bizlərə məlum olmayan ilginc məqamlar mövcuddur. Axı poçt filialında bu qədər vəsait nəyə görə saxlanılırdı? Deyilənə görə, oğurlanan pullar təxminən bir ay ərzində həyata keçirilmiş əməliyyatlardan əldə edilibmiş. Filial müdiri həmin vəsaiti banka köçürmək əvəzinə poçtda saxlayıb. Özünə lazım olanda həmin puldan götürüb istifadə edirmiş". Bizə verilən informasiyaya görə, filial bir şəhər, iyirmi beş kənd poçt şöbəsi vasitəsilə əhaliyə 40-dan yuxarı ənənəvi, qeyri-ənənəvi poçt və bank-maliyyə xidmətləri göstərir. Filial üzrə Müştəri xidmətləri, Aşağı Çəmənli, Binnətli, 1-ci Aşıqlı, Daşburun, Dünyamallar, Eyvazallar, Əlinəzərli, Xalac, Qarallar, Mil-2, Milabad, Örənqala, Yuxarı Aran, Təzəkənd, Kəbirli, Qəhrəmanlı, Yuxarı Çəmənli, 2-ci Şahsevən, Tatallar cəmi 17 poçt şöbəsi Mərkəzi Bankı tərəfindən verilmiş bank-maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı lisenziyalarla təmin olunmuş, bank müəssisələri kimi Vergilər Nazirliyindən qeydiyyatdan keçib: "Bu isə o deməkdir ki, dövlət tərəfindən rayonda poçt sisteminin təkmilləşdirilməsi və inkişafı istimaqətində zəruri tədbirlər həyata keçirilir. Lakin Rasim Ağayev və işçiləri bir sıra qanunsuz əməllərə imza atmaqla inkişafın qarşısını alırlar". Etibarlı mənbələr deyir ki, baş vermiş oğurluq hadisəsinə görə Rasim Ağayev bir neçə dəfə Beyləqan Rayon Polis Şöbəsinə çağırılaraq dindirilib: "Onun şöbədə verdiyi ifadə hüquq-mühafizə orqanlarının əməkdaşlarında bu cinayətdə müdirin özünün də iştirakı barədə şübhələr yaradıb. Hazırda hadisə ilə bağlı araşdırma tədbirləri davam etdirilir. Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları əsas diqqəti külli miqdarda vəsaitin nəyə görə poçtda saxlanmasına, banka köçürülməməsinə yönəldiblər. Əgər istintaq tədbirləri obyektiv şəkildə davam etdirilsə, yəni Rasim Ağayev hüquq-mühafizə orqanlarının əməkdaşlarını nəyinsə hesabına ələ almasa, o zaman cinayət məsuliyyətinə cəlb edilə, hətta barəsində həbs qərarı çıxarıla bilər". Məsələ ilə bağlı Beyləqan Rayon Polis Şöbəsindən, həmçinin poçt filialından əlavə məlumat almaq, eləcə də yazılanları dəqiqləşdirməyə çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı. Gələn saylarımızda baş vermiş oğurluq hadisəsi barədə digər faktları da diqqətinizə çatdıracağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|