Ağstafanı diziüstə qoyan Tatarov rejimi... - Başı biznesinə qarışan başçı rayonda hər deyən olmur...
Tarix: 14-09-2015, 08:33 | Çap et
DİA.AZ: - Redaksiyamıza Ağstafada yerli məmurların özbaşınalığı ilə bağlı məqalə göndərilib. DİA.AZ həmin məqaləni bəzi ixtisarlarla təqdim edir:
“Dəfərlərlə qeyd olunub ki, rayonlarda bir çox icra hakimiyyətinin başçıları həftənin bir, ötsə iki günü rayonda olub, qismən idarəetmə işləri ilə məşğul olur. Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev həftənin birinci və ikinci günləri rayonda olur, digər vaxtlarda Bakıda özünün biznesinin başında olur. Rayonun idarəetməsini təhvil verib, I müavini Tatarov Ramizə.
Tatarov idarə, müəssisə, sahibkarlıq subyektlərindən rüşvət toplamaqla rayonda mağaza, obyekt yerləri, həyətyanı ev sahələrini satmaqla talançılıqla məşğul olur, Məhərrəm Quliyevə hər həftənin birinci günü “hesabat” verir.
Bu Tatarov Ramiz Ağstafada neçə ailələri yazıq edib, çörəyə möhtac, susuz, qazsız, torpağı əlindən alınmış onlarla şəxs bu gün də Tatarov Ramizə qarğışçıdır. Bu şəxs Ağstafanın icra başçısı olmuş Cümşüd Musayevin (hazırda Cümşüd Musayev rayon statistika idarəsinin rəisidir) dövründə onlarla bələdiyyə sədrini birlikdə bədbəxt edib. Bələdiyyə sədrlərinin əli ilə milyon manatlarla vəsaiti mənimsəyiblər, indi bələdiyyələri rayon prokurorluğu yoxlayır, günahı da bədbəxt bələdiyyə sədrlərində axtarırlar. Halbuki, Cümşüd Musayev Tatarov Ramizlə birlikdə bir neçə il bələdiyyələrə ayrılan dotasiyaları mənimsədilər. Bələdiyyə sədrlərinə saxta sənəd tərtib etdirib imza atdırdılar. İndi onlar işləyir, bələdiyyələr tutulası olur.
Zamanında Cümşüd Musayevlə Tatarov Ramiz çox yaxın idi (Hazırda da belədir, amma özlərini düşmən kimi təqdim edirlər). Cümşüd Musayevin qardaşı Eldar Musayev Rəsul Quliyevin dostu, ADP-nin üzvü idi. Guya Heydər Əliyevdən sonra Rəsul Quliyev hakimiyyətə gələcəkdi. Cümşüd Musayev Bakıya mötəbər vəzifəyə, Tatarov Ramiz rayon icra hakimiyyətinin başçısı olacaqdı. İndi belələri rayonu talayır, yetim-yesir tutulası olur”.
Bu cür sərt ittihamların ardından məqalə müəllifi davam edir: “Ümumiyyətlə, yeraltı və yerüstü qaz kəmərlərini Kolayr kəndində yerləşən Su Paylayıcı stansiyasından rayonun bütün kəndlərinə gələn 330 mm-lik su borularını doğradıb, qara bazarda satdıran Ramiz Tatarov bu gün rayonda aparılan abadlıq, regionların sosial-iqtisadi dövlət proqramından irəli gələn işlərə öz töhfəsini verə bilərmi?! Təbii ki, “yox” cavabı yetərsaydır! Rayon mərkəzindən 70 km aralıda Gürcüstanla sərhəddə yerləşən Sadıqlı kəndinə gedən 530 mm-lik qoşa qaz kəmərlərini çıxartdırıb, satdıran şəxsə bu gün rayonun idarəçiliyini həvalə etmək olarmı?! Təkrar “yox” fikri səslənər! Elə isə Qravi çay hövzəsindən Ceyrançöl ərazisinə çəkilmiş Tovuz Su Təchizatı İdarəsinin balansında olan 46.8 km 620 mm-lik və 377 mm-lik su kəmərlərini sökdürüb satdırmasına özü himayədarlıq edən Tatarov Ramiz nədən cinayət məsuliyyətinə cəlb olunmur, əksinə rayonun bu gün idarəetməsi ona həvalə olunur?!..
2009-2010-cu illərdə Ağstafada aparılan yenidənqurma işlərini Cümşüd Musayev Tatarov Ramizə həvalə etdi. 800 min manat vəsait Ağstafa şəhər İcra nümayəndəliyinin vasitəsi ilə mənimsənildi. 800 min manat vəsait R.Tatarova məxsus Tatlı kəndində daş karxanasına Ağstafa şəhər İcra nümayəndəliyinin imzası ilə köçürüldü, vəsaiti Tatarov, Musayev tendemi mənimsədi. Heç bir abadlıq işi görülmədi. İndi belə şəxslərdən biri millət vəkili, digəri rayona təkrar rəhbərlik etmək həvəsinə düşüb. Tatarov Ramizin təhriki ilə rayonun Ağgöl qəsəbə sakini 120 min manat dəyəri olan cinayət işinə təhrik edilib. Yenə saxta sənədlər tərtib olunub, neft boru kəmərinə dair vəsait mənimsənilib. Rayonda aparılan yoxlamalar bu şəxsin yuxusunu ərşə çəkib. Bu cinayət hadisəsindən ona cəmi 5 min manat verilib. Həmin şəxs məcbur razılaşıb, pula isə özünə köhnə bir Vaz 2107 markalı avtomobil alıb. Cinayətin üstü açılmaq üzrədir. Həmin şəxsin bildirdiyinə dair o hər dəqiqə rayon prokurorluğuna çağrılıb, izahat verə bilər. Adını hələlik qeyd etmədiyimiz şəxsi də Tatarov Ramiz, Musayev Cümşüd bədbəxt edib. Belə də Cümşüd Musayevin Ağstafa rayonunda bir neçə apteki var. Bu apteklərdən hər gün dərman alan şəxslər bədbəxt olur. Səbəbi də budur ki, apteklərdə saxta dərmanlar satılır. Ardı var...”
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|