Əgər ölkədə ana və uşaq ölümlərinin qarşısını almaq istəyiriksə... - Nazirliyin nəzər-diqqətinə...
Tarix: 3-10-2015, 09:40 | Çap et
Sumqayıt şəhər 1 saylı Doğum Evinin fəaliyyətində müşahidə olunan ciddi qanun pozuntularına dair ardıcıl dərc etdiyimiz materialların nəticəsi olaraq, bu səhiyyə müəssisəsinin rəhbərliyi tərəfindən bəzi ehtiyat tədbirləri görülməkdədir. Bu barədə Doğum Evində baş verənlər barədə məlumatı olan mənbənin təqdim etdiyi növbəti açıqlamalarda bildirilir. Qeyd olunur ki, ümumilikdə müəssisənin fəaliyyətində radikal dəyişikliklər müşahidə olunmasa da, bir tərəfdən mətbuata və digər əlaqədar instansiyalara daxil olan ifşaedici məlumatların ictimailəşdirilməsi, digər tərəfdən də Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyində olmuş dəyişiklik və bu əsasda şəhərdə intensiv şəkildə həyata keçirilən məlum islahatlar fonunda, Doğum Evinin rəhbərliyi qəfil baş verə biləcək yoxlamalara hazırlıq məqsədilə müəyyən addımlar atıb. Mənbə belə tədbirlərdən biri olaraq, Doğum Evində yığılan pulların toplanma və paylaşdırılma mexanizmində müşahidə edilən müəyyən dəyişikliyi göstərir. Artıq qeyd olunduğu kimi, müxtəlif mənbələrdən aldığımız məlumatlarda da təsdiq olunur ki, müəssisənin baş həkimi Sevda İsgəndərli burada doğuşların qəbulunu əsil biznes fəaliyyətinə çevirib. Az əvvəl əldə etdiyimiz məlumatlarda bildirilirdi ki, bu müəssisənin qəbul şöbəsində doğuşa gələn xanımlardan dərhal 350 manat məbləğində ödəniş etmək tələb olunur. Hətta maraqlananlara belə bir məlumat da verilir ki, həmin məbləğin 80 manatı doğuşu qəbul edəcək həkimə, 40 manatı kiçik personala və qalan 230 manatı da baş həkimə çatır. Şöbəyə gətirildikdən sonra, ana olmağa hazırlaşan xanımlar növbəti pul ödənişlərini də yerinə yetirirdilər. Yenicə doğmuş qadının xəstəxanada ən azı 3 gün qalması tələb olunur ki, bunun da müqabilində ödəniləcək məbləğ təxminən 200-300 manat civarında müəyyənləşdirilib. Doğum evində işləyən tibb bacıları, baxıcılar və digər işçilərə də bu müddət ərzində 100 manata qədər pul xərclənir ki, nəticədə hər doğuş təxminən 700-800 manata qədər başa gəlir. Lakin hal-hazırda bu prosedurlar bir qədər mərkəzləşdirilirb. Belə ki, hazırda Doğum Evinin qəbul şöbəsində xəstələrdən qətiyyən pul alınmır. Yalnız qəbul və doğuşdan sonra həkim-ginekoloqların hər biri konkret olaraq öz pasientlərindən pul alırlar. Alınan məbləğin rəhbərlik və personal arasında bölüşdürülməsi də məhz həmin həkimlər tərəfindən həyata keçirilir.
Bununla belə, yeni aldığımız açıqlamalarda müəssisənin fəaliyyətində yer almış qanun pozuntuları ilə bağlı bəzi ifşaedici məqamlara baş həkim Sevda İsgəndərlinin hələ də əhəmiyyət verməməsi diqqət mərkəzinə çəkilir. Məsələn, belə məqamlardan biri personalın tutduğu vəzifəyə peşə və təhsil uyğunluğu ilə bağlıdır. Mənbə bildirir ki, Doğum Evində tibb bacısı vəzifəsində çalışan Təranə Şahverənova əslində bu işi icra etmək hüququna malik deyil. İddiaya görə, bu tibb bacısının işə qəbul zamanı təqdim etdiyi təhsil haqda sənəd 2005-ci ildə verilsə də, hələ də Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmayıb. Hətta bu sənədin təsdiq üçün nazirliyə təqdim olunub-olunmaması da şübhə altındadır. Ümumiyyətlə isə, Sumqayıt şəhər 1 saylı Doğum Evində sənədləşmə məsələlərində bu kimi “xırda” saxtakarlıqlara tez-tez rast olmaq mümkündür. Daha bir nümunə kimi, mənbə rəhbərlik tərəfindən personal arasında gecə və gündüz iş saatlarının bölgüsü zamanı növbəlilik prinsiplərinin pozulduğunu göstərir. Bildirilir ki, Umgülsüm adlı tibb bacısı guya ki, infarkt keçirməsi səbəbilə davamlı olaraq yalnız gündüz növbəsinə təyin olunur. Halbuki, bu xanımın müvafiq vəziyyətlər üçün tələb olunan və Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilən tibbi arayışı yoxdur. Sadəcə olaraq baş həkimlə müəyyən şərtlər əsasında əldə olunmuş razılıq belə bir imtiyazı təmin etmiş olur. Mənbənin deməyinə görə, baş tutacaq hər hansı təftiş zamanı bu kimi özbaşınalıqlara kifayət qədər rast gəlmək mümkün olar...
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
|