Keçmiş icra başçısı ilə bağlı ŞOK FAKTLAR - Əyalətdə doğulan oliqarxiya...
Tarix: 13-10-2015, 08:27 | Çap et
dia-az.life “Təzadlar” qəzetinə istinadən tanınmış yazar Əhəd Şıxəlinin redaksiyaya təqdim etdiyi aşağıdakı araşdırmasını ixtisarla təqdim edir: Hörmətli redaksiya! Obyektivliyinizə inanaraq sizə xeyli müddətdir apardığım araşdırmanın məhsulu olan bir yazını təqdim edirəm. Yazı məhkəmə, polis və aidiyyəti dövlət qurumlarının müvafiq rəsmi sənədləri, zərərçəkmiş və hüquqları pozulmuş şəxslərin izahatları, rəsmi dövlət orqanlarına ərizələri əsasında hazırlanmışdır. Deməyim odur ki, hər iddianın və mülahizənin arxasında rəsmi sənəd və sübut təqdim etməyə hazıram... *** Beləliklə, adını yazının lap sonunda çəkəcəyim qəzetlərin birində çoxdandır qohumlar arasında başlanmış bəlkə də kiçik bir narazılığı alovlandırmaya xidmət edən yazıları izləyirdim. Əslində, bu yazılara şərh verməkdən uzağam, nə yazdığını qəzet bilər, bir də bunu yazdıranlar. Amma məni təcrübəli bir yazar kimi bir məsələ düşündürürdü: hər bir KİV, rəhmətlik Vladimir İliç Leninin təbirincə desək, təbliğat və təşviqat vasitəsidir... Amma inanın, o rəhmətlik dirilib gəlsə (sağ qalmış keçmiş kommunistlər hələ də elə bilirlər ki, lenin sağdır) bu yazılardan heç nə baş açası deyil. Çünki bir yazı ki, qohumlar və doğmalar arasına nifaq salmağa, düşmənçilik toxumu səpməyə... xidmət edə, o necə təbliğat və təşviqat vasitəsinin məhsulu ola bilər?
“Polad” ləqəbli Mirəli Şixəliyev və qudaları ilə bağlı sensasion faktlar?
Bəli, vəd etdiyim kimi adını bu yazının sonunda çəkəcəyim həmin qəzetdə “”Polad” ləqəbli Mirəli Şixəliyev və qudaları ilə bağlı sensasion faktlar” sərlövhəli sonuncu yazını oxuyanda (üslub, hədəf və məntiq səhvləri, dolaşıqlıq, bir-birini təkzib edən faktları qoyuram bir kənara) əlimdəki qələmin, üzr istəyirəm, kompüterin klaviaturasının qarşısında xəcalət çəkdim. Jurnalist qələmə, yenə də üzr istəyirəm, kompüter klaviaturasına necə xəyanət edə bilər görəsən? Nə isə, yazıda absurd ünvanlardan, yəni mətləbə dəxli olmayan hədəflərdən nümunələr çəkilərək “Məmmədağa İbrahimov işbirliyində olduğu şəxslərə torpaqları əsl sahiblərinin əlindən almağı təklif edib” və “Bu işdə Sumqayıt “MERO”nun rəisinə və “Təzə Bazar” MMC-nin rəhbərinə hakim Şəmsəddin Abasov yaxından köməklik göstərir” kimi yarımbaşlıqlar da pərçim edilib. Və yalnız sonda məlum olur ki, sən demə müəllif mətləbə gəlir və yazır. Sitat: “...Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abasov, Baş Dövlət Yol Polis İdarəsinin Sumqayıt şəhərindəki 1 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin (“MERO”) rəisi “Polad” ləqəbli Mirəli Şixəliyev və Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu Günay Məsimova Novxanı kəndindəki villanın yerləşdiyi torpaq sahəsini (Yadda saxlayın, bu məqama mütləq toxunacağam.Red.Əhəd Şıxəli) sahibindən xəbərsiz “Təzə Bazar” MMC-nin rəhbəri Məmmədağa İbrahimova satılmasına şərait yaradıb. Bundan başqa, adıçəkilən hakim əlində olan rıçaqlardan istifadə edərək Qarabağ müharibəsi iştirakçısının (Adı yoxdurmu? Red.Əhəd Şıxəli) da torpağını əlindən almaq niyyətindədir. Belə ki, bununla bağlı əldə etdiyi bilgiləri bizimlə paylaşan məlumatlı şəxsin (kimdir o şəxs, adı yoxdur?.Red.Əhəd Şıxəli) sözlərinə görə, Sumqayıt Apelyasiya Məhkəməsinin hakiminin köməkliyi ilə villanın sahibinin xəbəri olmadan həmin villanın yerləşdiyi torpaq sahəsi Məmmədağa İbrahimova satılıb: “Həmin torpaq sahəsi isə Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusunun imzası və möhürü ilə təsdiq olunub. Belə ki, 05.05.2015-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu Günay Məsimovanın ilə Novxanı kəndindəki villanın sahibinin xəbəri olmadan həmin villanın yerləşdiyi və sahəsi 0,2627ha (26 sot) olan torpağı, yəni binanın altını AN-0492249 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Məmmədağa Əlimürsəl oğlu İbrahimov 6 min manata alıb... Bu gün veteranın torpağının “Təzə Bazar” MMC-nin rəhbəri Məmmədağa İbrahimov tərəfindən Sabirabad rayonunda qeydiyyatda olan Rauf Ağayevin vasitəsi ilə zəbt olunduğunu deyən məlumatlı şəxs (Adı yoxdur? Red.Əhəd Şıxəli) iddia edir ki, bu işlərin təşkilatçısı birbaşa Məmmədağa İbrahimov və Şəmsəddin Abasovdur... Bununla da onlar müharibə veteranının sənədli-sübutlu torpaq sahəsini əlindən almaq istəyirlər. Bu səbəbdən də Məmmədağa İbrahimov qudası, Sumqayıt “MERO”nun rəisi “Polad” ləqəbli Mirəli Şixəliyev vasitəsi ilə həmin veterana müxtəlif formalı təzyiqlər edir...”. Və sonra adı məchul, torpaq sahəsi məlum olmayan müharibə veteranı hədə-qorxu da gəlir və yazır: “...Lakin bütün bunlara baxmayaraq, veteran hələlik gözləyir. O, olub-bitənləri seyr edir və olayın nə ilə nəticələnəcəyini müşahidə edir. Ancaq bu, o demək deyil ki, veteran acizdir. Xeyr. Onlar hələ həmin veteranı yaxşı tanımır, onun nəyə qadir olduğunu bilmirlər...”. Sən Allah, əziz oxucu, qısa tezislərini təqdim etdiyim bu yazıdan nə başa düşdünüz? “Müharibə veteranı” bir tərəfdən özünə təzyiq edildiyini iddia edir (təzyiqin forması isə məlum deyil), aciz durumda olduğunu ortaya qoyur, digər tərəfdən isə başqalarına hədə-qorxu gəlir: “Onlar hələ həmin veteranı yaxşı tanımır, onun nəyə qadir olduğunu bilmirlər...”. Məşhur bir lətifədə deyildiyi kimi, ay qardaş, sən nə vaxt irəli duracaqsan? Belə çıxır ki, “...sənə etibar edib döyüşə girmək olmaz!”. Bu başqa məsələdir ki, yaxşı, qanundan-qaydadan danışan oğlan, əgər sənə təzyiq varsa, niyə polisə, əmlakın əlindən alınırsa, məhkəməyə... müraciət etmirsən??? Bəs qadir olduğun nə vaxt kara gələcək???
Torpaq alverində “xoruzun quyruğu”
...Amma apardığım araşdırma ilə çox mətləblərə aydınlıq gətirə bildim. Və məhz həmin “müharibə veteranı”nın yaxın dostu, məsləkdaşı olan Sabirabadın keçmiş İcra Başçısı, “Bakı Mərkəzi Bazar”ın qanunsuz sahibi Vaqif Şıxəliyevin düzüb-qoşduğu bu qondarma və dolaşıq mülki mübahisəyə dair Abşeron rayon Polis Şöbəsindən, DƏDRX 4 saylı Sumqayıt Ərazi İdarəsindən aldığım sənədlərdən, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli qərardadından... çox mətləblər aydın oldu. Həm də çox qaranlığa çevrilmiş mətləblərə işıq salındı... Gəldiyim qənaət isə bundan ibarətdir ki, sən demə, bütün bu hoqqabazlığı edən Vaqif Şıxəliyevdir. Vaqif Şıxəliyev təkcə bu işdə əsas füqur, daha doğrusu, qurulmuş oyunun hakimi yox, həm də səhnələşdirilmiş “teatrın” baş rejissorudur. Necə? Buyurun, əlimdə olan rəsmi sənədlər bir daha təsdiqləyir ki, Ulu Öndər Heydər Əliyevin 20 avqust 1993-cü il tarixli fərmanı ilə o, Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilmişdi (iddia var ki, Surət Hüseynovun təqdimatı ilə). Və V.Şıxəliyev heç bir il tamam olmamış görün özünü necə aparmışdır ki, yenə də Ulu Öndərin 14 avqust 1995-ci il tarixli digər bir fərmanı ilə işdə ciddi nöqsanlara yol verdiyinə görə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir... Hər halda, bunlar yazımın əsas qəhrəmanlarından olan Vaqif Şıxəliyevin necə kadr-rəhbər işçi olması barədə təsəvvür yaradır. Hətta ölkə KİV-lərində onun hər yerdə daxili işlər naziri Ramil Usubovun yaxın dostu və adamı kimi təqdim etməsi barədə yazılara da rast gələndə çox təsirləndim və təəccübləndim. Axı general Ramil Usubov kimi bir nüfuzlu nazirin belə şər-şəbədə ilə məşğul olan, öz qudası və öz doğma rəis qardaşı Mirəli Şıxəliyev barədə, onun qudası, keçmiş prokuror Ramiz Nəbiyev barədə... əsassız, bünövrəsi olmayan yazılar yazdıran şəxsə başqa nə deyəsən? Həm də sual verməli olursan: Vaqif Şıxəliyev niyə MTN-nin 20 kq-lıq narkotiklə tutduğu qardaşı oğlu haqqında, Beyləqan rayon Polis Şöbəsinin rəisi Füzuli Şıxəliyev... barədə də həmin yazıları yazdırmır? Təbii ki, ən azı V.Şıxəliyev də bilir ki, həmin sonuncu sualın arxasında daha nələri yaza və misal gətirə bilərdim. Amma hər kəs əməlinə özü cavabdehdir və Şıxəliyevlər nəslinə hörmət və sayğı ilə yanaşıb başqalarının əməl və hərəkətini bu yazıda dilə gətirməkdən uzağam. Çünki mən hər şeyə dəyər verməyi üstun tuturam. *** Yeri gəlmişkən, adını bu yazının sonunda çəkəcəyim qəzetdə sərgilənmiş və Novxanıdakı məlum torpaq davası barədə hələlik qısaca onu deyim ki, həmin torpaq sahəsi, əslində, 20 sot olub və Vaqif Şıxəliyevin ixtiyarında olmuşdur. O, 20 sot torpağı İsmayıl adlı şəxsə satıb. Başqa yolla “əldə etdiyi” 33 sot torpağı isə sonradan keçmiş millət vəkili, hazırda Daşkəsənin RİH başçısı olan Əhəd Abiyevə satıb... Sonradan Əhəd Abiyev həmin torpağı baha qiymətə satışa çıxarıb satmaq istəyəndə məlum olub ki, dostu onu, müəyyən mənada, qalmaqala cəlb edir, belə bir torpaq sahəsi faktiki yoxdur... Və Ə.Abiyev dərhal vəziyyəti başa düşür, Vaqif Şıxəliyevlə ciddi söhbətləri olur. Artıq gec olur! Amma vəziyyətdən çıxış yolu kimi qərara gəlinir ki, gələcəkdə Əhəd Abiyevin adı məhkəmələrdə çəkilməsin deyə, onu keçirirlər Habil Vəliyev adlı vətəndaşın adına... Və bəlkə də əsil həqiqəti və real vəziyyəti qiymətləndirməyi bilməyən sonuncu sonradan Məmmədağa İbrahimovla üz-üzə gəlməli olur. M.İbrahimov isə Vaqif Şıxəliyevin “yorğan davasın”da əsəb itirən qudasıdır. İndi H.Vəliyev süni surətdə “ağrımayan başına buz bağlayıb” və V.Şıxəliyevin qudası ilə davam etməkdə olan intriqasının toruna düşüb, məhkəmələrdədir. Məhkəmə demişkən, Sumqayıt İnzibati İqtisad Məhkəməsi isə özünün 23 sentyabr 2015-ci il tarixli qərardadı ilə H.Vəliyevin torpaq iddiasına... Bilirsiniz nə deyib? Bu barədə növbəti yazıda. *** Növbəti yazıda həm də V.Şıxəliyevin məşhur “Başına daş düşdü...” olayına da videolu aydınlıq gətirəcəyəm... (Davamı var)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|