DİA.AZ: - Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva Nyu - York Moda Həftəsində podiuma çıxacaq.
DİA.AZ bildirir ki, top model sentyabrın 7-də azərbaycanlı dizayner Rüfət İsmayılın 2019-cu il üçün hazırladığı “Power of Fire” (“Alovun gücü”) adlı yaz-yay kolleksiyasının tanıtımına əsas model olaraq qatılacaq.
Qeyd edək ki, Günay bunu üçün 6 kiloqram çəki itirib.