Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini prezident Emmanuel Makronun bu ilin sonuna qədər İrəvana səfər edib-etməyəcəyi barədə suala cavab verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfir Makronun baş nazir Nikol Paşinyandan belə dəvət aldığını xatırladıb:
“Bildiyiniz kimi, son aylar Fransanın daxili siyasi həyatında kifayət qədər çətin keçdi. İndi hökumət artıq formalaşıb. Burauzun illər Ermənistanın dostu olan bir sıra siyasi xadimlər, o cümlədən baş nazirimiz daxildi. O, bu səfirliyi 1995-ci ildə Avropa işləri üzrə kiçik nazir kimi açıb. Liderlərimiz daimi ünsiyyət saxlayırlar. Oktyabrın 3-də baş nazir Paşinyan Parisdə olub, orada Frankofoniya sammitində iştirak edib və Makronla nahar edib. Sammitdə iştirak edən onlarla dövlət və hökumət rəhbərləri olsa da, prezidentimiz Ermənistanın baş naziri ilə nahar etməyi seçdi. Bu, Ermənistanın bizim üçün nə qədər önəmli olduğunu göstərir”.
Səfir bununla Fransanın Ermənistanı dəstəklədiyini ifadə etsə də, Makronun ilin sonuna kimi İrəvana gəlib-gəlməyəcəyi barədə konkret fikir açıqmayıb.