Uşaqlar moda nümayiş etdirdi, Cəmil oxudu
Tarix: 11-06-2019, 08:22 |
Çap et
DİA.AZ: - ROMANCE Hall-da tanınmış bəstəkar-aparıcı Sədaqət Rəşidqızının təşkilatçılığı ilə “Mister və Miss Kids” model yarışmasının final mərhələsi baş tutub.
DİA.AZ xəbər verir ki, gecənin əsas ulduz qonağı popstar, bəstəkar və müğənni Cəmil olub.
Sənətçi podiumda əcnəbi moda nümayişlərindən görməyə alışdığımız performansı ilə bütün diqqəti özünə çəkməyi bacarıb. Belə şouları dünya ulduzlarından Bruno Mars, Castin Biber və digərləri göstərib.
Göstərdiyi şousu ilə diqqət mərkəzində olan Cəmil eyni zamanda, avanqard Avropa imicində podiuma çıxması marağa səbəb olub. Sənətçi imicində ən xırda detallara kimi avanqard obrazı tamamlamağı bacarıb.