DİA.AZ: - Dünya şöhrətli amerikalı müğənni və reper Lil Kim ötən gün mükafatlandırma mərasimlərindən birində iştirak edib. O, geyindiyi libası ilə diqqət mərkəzində olub.
DİA.AZ-ın məlumatına görə, Lil Kimin libasının eynisini, Azərbaycanda 2017-ci ilin dekabr ayında xalq artist Aygün Kazımovanın geyindiyi ortaya çıxıb. Geyim “Naz Couture” brendinə məxsusdur.
Qeyd edək ki, Aygün Kazımova da bu libası ilə medianın gündəminə gəlməyi bacarmışdı.