DİA.AZ: - Əməkdar artist Abbas Bağırov istirahət üçün Türkiyəyə səfər edib. DİA.AZ-ın məlumatına görə, “Çukur” serialının fanatı olan sənətçi İstanbula getmişkən çəkiliş məkanını da ziyarət edib. O, sözügedən məhəllədə video çəkərək izləyiciləri ilə bölüşüb.
Onun çəkdiyi kadrlar serialdan bir hissəni xatırladıb.
Qeyd edək ki, “Çukur”da baş rolu aktyor Aras Bulut İynemli canlandırır. Ekran işi sentyabrda üçüncü mövsümü ilə tamaşaçıların görüşünə gələcək.