“Avropa İttifaqının liderləri Gürcüstanın üzvlük prosesini dayandırıb” .....                     “Qaynanam və qaynatamla yola gedə bilmirəm, məni infeksiyalı yerdə yaşadırlar” .....                     Bakıdakı restoranlar bu tarixə qədər toy sifarişi qəbul etməyəcək .....                     Qatillər və qurbanlar, yaxud COP nədən fövqəladə əhəmiyyətlidir? .....                     Yaramıza bint bağlamağa həkim tapılmayacaq... .....                     Başlığı ağlamalı... içi gülməli... .....                     Seçkilərdən sonra Ağ Evin xarici siyasət istiqaməti və ya çətin proqnoz .....                     1 manata alınan zəhər: Üstəlik də bahalaşacaq? .....                     Azərbaycanda bələdiyyə seçkiləri nə vaxt keçiriləcək? .....                     Ermənistan mediasında Azərbaycanla bağlı “sensasiya” .....                     İlham Namiq Kamal sənətinin formulu budur... .....                     "Ölkəmizə qərəzli və riyakar mövqe sərgiləyir" .....                     Minimum əməkhaqqı neçə manat olacaq? .....                     Ermənistan COP29-da hansı səviyyədə təmsil olunacaq? .....                     Problemli kreditdəki 2 dəfəlik fərq: .....                     “Ukrayna SQ-nin Baş Qərargah binasına cavab zərbəsi endirdik” .....                     Deputata məxsus şirkətdən maddi ziyan tələb edilir .....                     İki qonşu ölkənin prezidentləri niyə “işdən çıxarıldı”? .....                     “Xalq Bank”da yeni təyinat olub .....                     Elnur Rzayevin “yol əməliyyatı”: Ötən 1,1 milyon, indi də 1,3 milyon… .....                     Ermənistanla Azərbaycan arasında YENİ SAVAŞ .....                     Məhkum yeniyetmələrin sayının artma səbəbi nədir? .....                     "Maşından düşüb qışqırmaq istəyirəm" .....                     "Mazarina"da işçilərin hüquqları pozulur? .....                     Moskva prosesi başlatdı: Xəzər dənizi ilə bağlı plan var .....                     ABŞ Rusiyaya sanksiyaları sərtləşdirdi: .....                     Trampın yoxsa Kamala Harrisin qələbəsini istəyirsiz? .....                     5 min nəfər işdən azad ediləcək? .....                     Pulu saxlamaq üçün yastığın altı daha təhlükəsizdir, yoxsa bank? .....                     Niyə Tramp HƏ... Harris YOX?.. .....                     İvanişvili Saakaşvilini verib, Qərbdən bunu ala bilər .....                     Şirkət Dövlət Xidmətinin ona qarşı cəriməsini ləğv etdirdi .....                     Əsabəli Mustafayev xəstəxanadan çıxdı: Vəziyyəti necədir? .....                     "Hesabdaroğlu" şirkəti qanunvericiliyin hansı tələbini pozub? .....                     Zurabişvili özünü İŞƏ SALIB: Prokurorluğa getməsə... .....                     Eşqi Bağırov onu şöbə müdiri təyin etdi .....                     Hizbullahın yeni lideri İsrailə qarşı mübarizəni davam etdirəcəklərini bildirib .....                     Baba Tağıyev şirkətində aparılan yoxlamaya mane olub? .....                     İşə düzəltmək adı ilə qadının 5 min manatını MƏNİMSƏDİ .....                     "Söyüşlə danışmağa başladığı üçün dalaşdıq" .....                 

Uşaqların maestrosu
Tarix: 7-11-2019, 12:19 | Çap et
Uşaqların maestrosu
"Oyun oyuncaqlarım”, "Qurban olum”, "Olmasın”, "Quşlar”, "Mübarək”, "Tonqal” və digər mahnıları "Bənövşə” uşaq xorunun ifasında səslənəndə istər-istəməz bəstəkarının Əfsər Cavanşirov olduğunu xatırlayırsan. Bizi uşaqlıq illərimizə qaytaran, şirin-şirin ovudan mahnılar bu gün də oxunanda qəlbimizdən bir nisgil keçir. Bəli, böyük bir nəsil məhz bu mahnıları eşidərək, zümzümə edərək böyüyüb. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Əfsər Cavanşirovun yazdığı həmin mahnılar bu gün də radio dalğalarından, efirdən səslənir və dinləyicilərinə xoş ovqat bəxş edir.

Görkəmli bəstəkar Füzuli rayonunun Horadiz kəndində doğulub. O, Qarabağın adlı-sanlı Cavanşirlər nəslindən idi. Erkən yaşlarından valideynlərini itirən Əfsər xalası Zərəfşan xanımın himayəsi altında böyüyüb. Həyatın çətinliyi, valideynlərinin itkisindən doğan ağırlıq onu yaşından erkən böyüdüb. 1948-ci ildə orta məktəbi və 2 saylı uşaq musiqi məktəbini bitirib. Musiqi sənətinə olan sevgisi və istedadı onu elə bu sənətin yolçusu olmağa yönləndirib. Bakı Musiqi Texnikumuna daxil olub. 1952-ci ildə texnikumu bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olub. Professor Cövdət Hacıyevin sinfində oxuması onun gələcəkdə istedadlı bəstəkar kimi yetişməsində rol oynayıb. Gənc bəstəkar elə Konservatoriyanı bitirən il Dövlət Teleradio Verilişləri şirkətinin "Bənövşə” uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri təyin olunur.

Sərbəst yaradıcılıq yoluna qədəm qoyduqdan sonra Əfsər Cavanşirov həm iri həcmli, həm də miniatür janrlarda əsərlər yazıb. Bəstəkarın yaradıcılığında əsasən simfonik musiqi janrı yer alıb. O, 7 simfoniya, pоеmalar, akakapеlla xоru və uşaq xoru üçün əsərlər, simli kvartet, romanslar, xor əsərləri və s. yazıb. Xüsusən bəstəkarın «Ən əziz ad» vokal simfonik poeması, «Gəncliyin səsi» kantatası, xalq çalğı alətləri orkestri üçün «Azərbaycan Vətənim mənim» uvertürası dinləyicilərin rəğbətini qazanıb.

Uzun illər Dövlət Tеlеradiо Verilişləri Şirkətinin "Bənövşə” uşaq xоrunun və rəqs ansamblının bədii rəhbəri olan bəstəkar böyük bir musiqiçi nəslinin yetişməsində rol oynayıb.

"Bənövşə”

1958-ci ildə Azərbaycan Dövlət Televiziya və Radiosunun nəzdində yaradılan «Bənövşə» uşaq xoru məhz Əfsər Cavanşirovun adı ilə bağlıdır. "Bənövşə” Uşaq Xorunun yaranmasının maraqlı tarixçəsi var. Belə ki, Azərbaycan Dövlət Televiziyasının sədri Teymur Elçin bəstəkarı çağıraraq, televiziyanın nəzdində uşaq xoru yaratmağı təklif edir. Ə.Cavanşirov razılıq verdikdən sonra 1958-ci il sentyabr ayının 15-də Azərbaycan Dövlət Televiziyasının nəzdində "Bənövşə” Uşaq Xoru yaradılır. Xorun ilk bədii rəhbəri Əfsər Cavanşirov olur. "Bənövşə” Uşaq Xorunun yaranmasının əsas səbəblərindən biri bu idi ki, bəstəkarlar böyük əsərlər yazmaqla bərabər, uşaqlar üçün də mahnı yazsınlar. Təbii ki, bu mahnıları ifa edə biləcək bir kollektiv də lazım idi. Bununla da ”Bənövşə” Uşaq Xoru yaradılır. Artıq bir çox bəstəkarların yazdığı uşaq mahnıları bu kollektivin ifasında səslənirdi.

50 ildən artıq müddət ərzində bəstəkarın rəhbərlik etdiyi bu xor kollektivində bir neçə nəsil formalaşıb. Azərbaycan dinləyicilərinin böyük məhəbbətini qazanmış «Bənövşə» Uşaq Xorunda müxtəlif illərdə xalq artistləri Xuraman Qasımova, Flora Kərimova, Mələkxanım Əyyubova, Əməkdar artistlər Firuzə İbadova, Azərin, Zülfiyyə Xanbabayeva kimi neçə-neçə istedadlı vokalçı və xanəndə yetişib. Məhz buna görə də Əfsər müəllimi elə gəncliyindən "uşaqların maestrosu” adlandırırdılar.

Ə.Cavanşirov 1982-ci ildə respublikanın Əməkdar Mədəniyyət İşçisi və "Qabaqcıl maarif xadimi” fəxri adlarına layiq görülüb.

Bir çox bəstəkarların da mahnıları var ki, ilk dəfə məhz "Bənövşə” Uşaq Xorunun ifasında səslənərək "yaşamaq” hüququ qazanıblar. Məsələn, uşaqların da, böyüklərin də sevə-sevə dinlədiyi "Yeni il gəldi” mahnısı.

Mahnının yaranmasının maraqlı tarixşəsi var: 1960-cı ildə, Yeni il şənliyi ərəfəsində Azərbaycan Dövlət Televiziya və Radiosunun təzə yaranmış "Bənövşə” uşaq xoru üçün bəstəkar Musa Mirzəyev sözləri Hikmət Ziyaya məxsus olan "Yeni il gəldi” adlı mahnı bəstələyir. Mahnı uzun müddət Bədii Şuradan keçə bilmir. Nəhayət, bir neçə il keçdikdən sonra mahnı Bədii Şura tərəfindən təsdiqlənir və uşaq xoruna ifa edilməsi üçün icazə verilir. Elə ilk səslənmədən öz melodikliyi, uşaq ruhuna yaxınlığı ilə digər mahnılardan seçilir. Yalnız 1965-ci ildə "Bənövşə” uşaq xoru və solist Gülnarə Həşimovanın ifasında mahnı lentə alınır və o videoyazı bu günə kimi Azərbaycan Televiziyasının "Qızıl fond”unda qorunur.

Vaxtilə "Bənövşə” uşaq xorunda oxuyan və bu gün tanınmış simalar var ki, onların bir çoxu bu mahının ifaçıları olmaq imkanı qazanıblar. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Şəfəq Əliyeva, Əməkdar artist Firuzə İbadova, Xalq artisti Azərin və estrada müğənnisi Elnarə bu mahnını sevə-sevə ifa edərək öz repertuarlarında yaşadırlar. Hazırda Yeni il şənliklərində bu mahnı əsas musiqilərdən biri kimi səsləndirilir.

Xor üçün mahnılar

Əfsər Cavanşirov vəfat etdikdən sonra - 2006-cı ildə tanınmış müğənni Mübariz Tağıyevin təqdimatı ilə "Bənövşə” Uşaq Xoruna Zülfiyyə İbrahimova bədii rəhbər seçilir.

Zülfiyyə İbrahimova həyatını "Bənövşə” ilə bağlayan illəri belə xatırlayır: "Mən 2000-ci ildə "Bənövşə” Uşaq Xorunda köməkçi xormeyster kimi işə başladım. Əfsər müəllim məni evinə dəvət edərək, ritmik xüsusiyyətimi

yoxlayıb, dirijorluq bacarığımı nəzərdən keçirdi. O, məni bir ay ərzində kollektivə götürməli idi. Ancaq elə ilk dərsdən qəbul etdi. Məşqin sonunda mənə "sənədlərini hazırla” dedi. Əsas o idi ki, Əfsər müəllim dirijorluq istedadına baxmırdı. Əlbəttə, musiqiçi olmağın, musiqini duymağın kollektiv üçün şərt idi. Amma "Bənövşə” Uşaq Xorunda uşaqları sevməyin mütləq idi. Çünki Əfsər müəllim özü də uşaqları çox sevirdi.

O, hər hansı bir əsəri işləməzdən əvvəl uşaqlarla ünsiyyət qururdu, onlarla əsər haqqında danışırdı. Hər bir xırdalıqların üzərində işlədikdən sonra əsəri başa salırdı.

Məşq zamanı yaxşı oxuyan uşaqlara həmişə konfet paylayırdı. Onları bir-bir çağırır, «sən bu gün yaxşı oxudun, solonu yaxşı ifa etdin»- deyə onları «mükafatlandırırdı». Ümumiyyətlə, o, uşaqlara çox həssas yanaşırdı. Deyirdi ki, uşaqları incitmək olmaz. Düz oxumasalar da, onlara həssas yanaşmaq lazımdır. Qoy inciməsin, növbəti dərsə də həvəslə gəlsin”. Z.İbrahimova da Əfsər müəllimin yolunu eyni ilə davam etdirdiyini deyir: "Mən Əfsər müəllimlə 5 il – 2000-ci ildən 2005-ci ilə qədər işlədim. O, uşaqların səs diapazonunu gözəl bilir və onlar üçün mahnılar yazırdı. Bunu hər bəstəkar bacarmır. Bəzən uşaqlar üçün elə əsərlər yazırlar ki, onların səsi zildə və ya bəmdə aydın eşidilmir. Ancaq Əfsər müəllim bu baxımdan çox həssas idi. "Bənövşə” Uşaq Xorunda bir çox istedadlı insanlar, gözəl müğənnilər, müəllimlər, bəstəkarlar yetişdi. Bəlkə də gələcəklərini musiqi ilə davam etdirməsələr belə, "Bənövşə” Uşaq Xoru mənəvi qida kimi onların həyatında böyük bir rol oynadı. Amma onların əksəriyyəti bu gün ölkəmizin tanınmış musiqiçiləri, müğənniləridir”.

Z.İbrahimova deyir ki, Ə.Cavanşirovla birlikdə çalışdığı illər ərzində "Bənövşə” Uşaq Xorunda sənətin bütün incəliklərini öyrənib: "Nəzəriyyəni bilsəm də, praktika mənə daha çox kömək edirdi. Fikrimcə, Əfsər müəllim Azərbaycanda uşaqlar üçün çoxsəsliliyi gözəl duyan və səs diapazonlarına uyğun olaraq yazan bəstəkar idi. Əfsər müəllimin yazdığı bütün əsərlər tam xor üçündür. O əsərləri elə bir vəziyyətdə yazırdı ki, musiqini çoxsəsli ifa edərkən, heç bir səs bir-birinə mane olmurdu və hər bir səsin öz melodik həddi var idi.

Bəzi bəstəkarlar çox qəliz yazırlar və uşaqlar mahnını ifa edərkən çətinlik çəkirlər. Amma Əfsər müəllimin üçsəsli əsərində üç səsin hər birinin öz melodik həddi var idi. Ona görə uşaqlar da o mahnını ifa edərkən heç bir çətinlik çəkmirdilər”.

Z.İbrahimova ustadının əməyini yüksək dəyərləndirərək qeyd edir ki, Əfsər müəllim uşaq musiqilərinin yaranmasında böyük işlər görüb: "Heç bir kollektiv bu qədər ömür sürməyib. Elə kollektivlər var ki, yaranır və bir müddət sonra dağılır. Bunun səbəb maddi çətinliklə bərabər, peşkarlığın olmamasıdır. Amma "Bənövşə" Uşaq Xorunun bu günə qədər fəaliyyət göstərməyinin əsas səbəbi həm dövlətin dəstəyi, həm də Azərbaycan Dövlət Televiziyasının nəzdində olmasıdır. Çünki, heç bir kanalda uzun müddət fəaliyyət göstərən uşaq kollektivi yoxdur.

Z.İbrahimova söyləyir ki, görkəmli bəstəkarın bir çox tələbələri hazırda səhnəmizin xalq və ya əməkdar artistləridir: "Mən bu gün də Əfsər müəllimin əsərlərini uşaqlarla işləyirəm. Hərdən məndən soruşurlar ki, niyə məhz Əfsər müəllimin əsərləri ilə işləyirsən? «Mən təkcə Əfsər müəllimin əsərləri ilə yox, bütün bəstəkarların əsərləri ilə işləyirəm, ancaq Əfsər müəllimin əsərləri daha çox uşaqların səslərinə uyğun olaraq yazılıb. Ona görə də uşaqlar bu mahnıları rahatlıqla oxuyurlar”- deyə cavab verirəm”.

"Bənövşə” Uşaq Xoru bu gün də fəaliyyətini uğurla davam etdirir. Yenə onu yaradan bəstəkarın ruhuna, xatirəsinə sadiq qalaraq gələcəyin istedadlı musiqiçilərini, müğənnilərini yetişdirir.
//kaspi.az//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Avropa İttifaqının liderləri Gürcüstanın üzvlük prosesini dayandırıb” - Aİ səfiri
Bu gün, 02:06
“Qaynanam və qaynatamla yola gedə bilmirəm, məni infeksiyalı yerdə yaşadırlar” – GİLEY / VİDEO
Bu gün, 01:52
Bakıdakı restoranlar bu tarixə qədər toy sifarişi qəbul etməyəcək - SORĞU
Bu gün, 01:49
Qatillər və qurbanlar, yaxud COP nədən fövqəladə əhəmiyyətlidir? - Bahəddin Həzi yazır...
Bu gün, 01:48
Yaramıza bint bağlamağa həkim tapılmayacaq... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:44
Başlığı ağlamalı... içi gülməli... - BELƏ HARA GEDİRİK?
Bu gün, 01:22
Seçkilərdən sonra Ağ Evin xarici siyasət istiqaməti və ya çətin proqnoz - GƏLİŞMƏ
Bu gün, 01:19
1 manata alınan zəhər: Üstəlik də bahalaşacaq? - Milli Məclisdə anlaşılmaz mövqe...
Bu gün, 01:14
Azərbaycanda bələdiyyə seçkiləri nə vaxt keçiriləcək? - Səlahiyyəti 2024-cü il dekabrın 23-də başa çatır...
Bu gün, 01:11
Ermənistan mediasında Azərbaycanla bağlı “sensasiya” - XƏSTƏ TƏFƏKKÜR...
Bu gün, 01:06
İlham Namiq Kamal sənətinin formulu budur... - FOTO
Bu gün, 01:02
"Ölkəmizə qərəzli və riyakar mövqe sərgiləyir" - deputat
Bu gün, 00:58
Minimum əməkhaqqı neçə manat olacaq? - Maaşlar artırılacaq
Bu gün, 00:54
Ermənistan COP29-da hansı səviyyədə təmsil olunacaq? - Görünəni odur ki...
Bu gün, 00:05
Problemli kreditdəki 2 dəfəlik fərq: - Hansı rəqəm düzdür?
Bu gün, 00:02
“Ukrayna SQ-nin Baş Qərargah binasına cavab zərbəsi endirdik” - Kadırov
Dünən, 23:58
Deputata məxsus şirkətdən maddi ziyan tələb edilir - TƏFƏRRÜAT
Dünən, 23:56
İki qonşu ölkənin prezidentləri niyə “işdən çıxarıldı”? - ŞƏRH
Dünən, 22:24
“Xalq Bank”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 22:18
Elnur Rzayevin “yol əməliyyatı”: Ötən 1,1 milyon, indi də 1,3 milyon… - İLGİNC FAKTLAR
Dünən, 22:12
Ermənistanla Azərbaycan arasında YENİ SAVAŞ ANONSU
Dünən, 22:05
Məhkum yeniyetmələrin sayının artma səbəbi nədir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:59
"Maşından düşüb qışqırmaq istəyirəm" - FOTO
Dünən, 21:52
"Mazarina"da işçilərin hüquqları pozulur? - Şirkətin rəhbəri inzibati məsuliyyətə cəlb edildi
Dünən, 21:48
Moskva prosesi başlatdı: Xəzər dənizi ilə bağlı plan var – Zəngəzur detalı
Dünən, 21:45
ABŞ Rusiyaya sanksiyaları sərtləşdirdi: - Siyahıda kimlər var?
Dünən, 19:40
Trampın yoxsa Kamala Harrisin qələbəsini istəyirsiz? - Bakı sakinlərindən ŞOK CAVABLAR
Dünən, 19:36
5 min nəfər işdən azad ediləcək? - Hamı gözləyir
Dünən, 19:00
Pulu saxlamaq üçün yastığın altı daha təhlükəsizdir, yoxsa bank? - AKTUAL
Dünən, 18:56
Niyə Tramp HƏ... Harris YOX?.. - İNCƏLƏMƏ
Dünən, 18:16
İvanişvili Saakaşvilini verib, Qərbdən bunu ala bilər – Gözlənilməz gəlişmə
Dünən, 18:12
Şirkət Dövlət Xidmətinin ona qarşı cəriməsini ləğv etdirdi
Dünən, 18:06
Əsabəli Mustafayev xəstəxanadan çıxdı: Vəziyyəti necədir? - AÇIQLAMA
Dünən, 18:00
"Hesabdaroğlu" şirkəti qanunvericiliyin hansı tələbini pozub?
Dünən, 17:59
Zurabişvili özünü İŞƏ SALIB: Prokurorluğa getməsə... - AĞIR İTTİHAMDIR
Dünən, 17:53
Eşqi Bağırov onu şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:44
Hizbullahın yeni lideri İsrailə qarşı mübarizəni davam etdirəcəklərini bildirib
Dünən, 17:35
Baba Tağıyev şirkətində aparılan yoxlamaya mane olub? - İLGİNC...
Dünən, 17:33
İşə düzəltmək adı ilə qadının 5 min manatını MƏNİMSƏDİ - VİDEO
Dünən, 17:26
"Söyüşlə danışmağa başladığı üçün dalaşdıq" - TƏFƏRRÜAT
Dünən, 17:20
“Uşaqları necə tərbiyə edirlərsə, animasiyaya da o cür münasibət var, xaosdur”
Dünən, 17:15
Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı - KİV
Dünən, 17:00
Qanunsuzluq: İki müharibənin veteranı məktəb direktoru ilə bacarmır - Gəncədəki 39 saylı orta məktəbin direktoru 4 məhkəmə qərarını saymır
Dünən, 16:58
Dörd regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib - SİYAHI
Dünən, 16:50
"Məni döydü, mən də onu bıçaqla vurdum..." - Balaxanıdakı qətlin şok təfərrüatı
Dünən, 16:47
Heydər Əliyev Beynəlxalq Hava Limanı adından saxta REKLAM: - “İtirilmiş baqajı 1 manat 88 qəpiyə alın” dələduzluğu
Dünən, 16:39
"Aghdam City Hotel" fəaliyyətə başladı - MÜJDƏ
Dünən, 16:35
Bakıda 24 yaşlı qız yeniyetməni döyüb pulunu aldı - TƏFƏRRÜAT
Dünən, 16:30
Ceyhun Osmanlının qardaşının ölkədən çıxışına QADAĞA - SƏBƏB
Dünən, 16:27
Sabah Ağadadaş Ağayev hakim qarşısına çıxarılacaq – CİNAYƏT DOSYESİ
Dünən, 16:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru