"Tam səmimi deyirəm, teatra gələn tamaşaçı dəhşət çoxdur"
Tarix: 30-11-2021, 08:19 | Çap et
İki ilə yaxın pandemiya sükutu teatrlarımızı nə günə qoydu?
Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən koronavirus səbəbindən fəaliyyətinə qadağa qoyulan mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların fəaliyyəti yenidən bərpa olunub.
İki ilə yaxın müddət qapalı qalan mədəniyyət ocaqlarının yenidən öz işinə başlaması teatr sevənlərin sevincinə səbəb olub.
Maraqlıdır, uzun fasilədən sonra teatra getməyənlər yenidən bu vərdişlərini bərpa edə biliblər?
Cebhe.info bir neçə teatrla əlaqə saxlayıb, hazırkı durumu öyrənib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova bildirib ki, tamaşaya bir ay qalmış biletlər bitir:
“Pandemiyadan sonra teatrlara, tamaşalara böyük maraq var. Dekabr ayının 25-də “Paris Notr-Dama ithaf” tamaşasına bilet qalmayıb. Noyabr ayının tamaşalarında da vəziyyət belə olmuşdu, bir ay öncədən biletlər satılıb qurtarmışdı. Gözlədiyimizdən də artıq həvəs var, pandemiyada tamaşaçılar teatrdan ötrü çox darıxmışdılar və indi onların həqiqətən darıxdığını hiss edirik. Həm özləri mənəvi qida alırlar, həm də bizə çox xoş olur. Biz pandemiya şərtlərinə çox ciddi əməl edirik, tamaşaçıların hər biri tibbi maskalardan istifadə edir, “COVID-19 pasportu” olmayan heç kim teatra buraxılmır. Biletlərin qiymətləri də əvvəlki kimidir, yerləşmə sırasından asılı olaraq 6-10 arasında dəyişir”.
Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı da teatra böyük marağın olduğunu deyib:
“Bildiyimiz kimi, oktyabrın 1-dən etibarən teatrların fəaliyyətinə icazə verilib. Lakin bu, o demək deyil ki, elə həmin gündən etibarən tamaşaların nümayişi mümkün olub. Çünki iki ilə yaxın müddət teatr bağlı qaldı. Teatr canlı sənət olduğuna görə tamaşaların intensiv məşqlərinə ehtiyac var idi. Ona görə də oktyabrın 1-dən 15-dək cari repertuarda olan tamaşalar səhər və axşam, gündə iki dəfə olmaqla məşqlər keçirildi. Ayın 15-dən isə tamaşaların nümayişinə başlanıldı. İlk nümyaişdən bu vaxta qədər ay yarım vaxt keçib və bu müddətdə deyə bilərik ki, tamaşalara insanlar tərəfindən çox böyük maraq var. Karantin müddətində ictimaiyyət arasında teatrların bağlı olması ilə əlaqəli həm aktyorların, həm də tamaşaçıların narahatlıqları olurdu. Biz bunu anlayırdıq.
Amma teatrların fəaliyyətinin bərpası haqqında qərarı nə Mədəniyyət Nazirliyi, nə də teatr rəhbərliyi vermədiyi üçün yalnız açılışı gözləməli idik. Əlbəttə, karantin qaydalarına riayət olunur, “COVID-19 pasportu” olmadan heç kim teatra buraxılmır, teatr zallarında tibbi maskadan istifadə isə məcburidir. Təlimata əsasən, sosial məsafəni gözləmək məqsədilə biletlərin yalnız 50 faizi satışa çıxarılır.
Dediyim kimi, tamaşalara maraq böyükdür, bizim cari repertuarda olan tamaşaların məşqləri başa çatmaq üzrədir. Cümə, şənbə və bazar günləri tamaşalar mütəmadi olaraq nümayiş olunur. Yarımçıq qalan tamaşaların məşqləri bitmək üzrədir. Yeni ildən etibarən isə Azərbaycan və dünya dramaturgiyasından çox maraqlı tamaşalar var ki, onların da premyerasını biz gələn mövsümdə, il ərzində həyata keçirəcəyik”.
Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmovanın verdiyi məlumata görə, onlar tələbatı nəzərə alaraq nümayişlərin sayını artırıblar:
“Tam səmimi deyirəm, teatra gələn tamaşaçı dəhşət çoxdur. Bilmirəm bunun üçün pandemiyamı olmalıydı? Biz əvvəl başlayanda 3 seansla başlamışdıq, indi 4 seansla davam edirik.
Bizdə həmişə teatra maraq çox olub, uşaqlar teatrı sevirlər. Uşağın çöhrəsindən onun teatra marağını, sevgisini hiss edirsən ki, onlar tamaşalara məcburiyyətlə gəlmirlər. Tamaşaçı problemimiz yoxdur. Tamaşalarımızı pandemiyadan əvvəl 3 seans nümayiş olunurdu, 2 seans Azərbaycan dilində, 3-cü seans rus dilində. İndi 3 seans azərbaycan dilində, 4-cü seans rus dilində olmaqla tamaşalarımız 4 seansda göstərilir.
Böyük maraq və tələbat var. Dekabr repertuarı yayımlanan kimi artıq tamaşaçılar bilet sifariş edirlər. Repertuara yeni nümunələr də əlavə eləmişik. Bizim tamaşaçıların əksəriyyəti də daimi tamaşaçılardır. Çalışırıq ki, uşaqlar hər dəfə yeni mövzular, yeni tamaşalar görsünlər”.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva da vəziyyətin ürəkaçan olduğunu vurğulayıb:
“Bizdə heç vaxt tamaşaçı qıtlığı olmayıb. Xüsusilə, pandemiya müddətində bir il yarıma qədər davam edən fasilədən sonra teatra çox böyük axın var.
Fəaliyyətimizi bərpa edəndən sonra iki yeni tamaşa qoymuşuq, premyerasını da keçirmişik. Biri oktyabr ayında “Qıpçaq rəqsləri” baleti, ikinci isə bir neçə gün bundan öncə Fikrət Əmirovun musiqisinə “Nizami” baletidir. Bunu Nizami Gəncəvinin 880 illik yubileyinə həsr eləmişik.
Adətən, həftədə 3 dəfə, çərşənbə, şənbə və bazar günləri olmaqla tamaşalar nümayiş olunur. Bütün tamaşalar da pandemiya qaydalarına əməl olunmaq şərti ilə anşlaqla keçir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|