"Bəs televiziya işçilərini niyə söz azadlığı adı altında özbaşına qoymuşuq" - ETİRAZ
Tarix: 4-12-2021, 08:48 | Çap et
Mətbuat Şurası və Yazıçılar Birliyinin təşəbbüsü ilə “Azərbaycan dilindən düzgün istifadə: ədəbi-bədii mühit və media” mövzusunda bir neçə gün öncə keçirilmiş toplantının məruzəçisi yazıçı-dramaturq Seyran Səxavət idi. Dəyərli ziyalımızın ana dilimizə həssaslıqla yanaşdığı zatən məlumdur. Bu dəfə isə S.Səxavət 2021-ci ildə cəmi ay yarımlıq müddətdə televiziya kanallarında müşahidə etdiyi dil qüsurları ilə bağlı danışdı. Mövzunun zəruriliyini nəzərə alaraq Seyran müəlimə zəng edib, öz sözləri ilə desək, “reanimasiyada olan dövlət dilimiz”in həyata qayıtması üçün hansı təkliflərlə çıxış etdiyini öyrənmək istədik. Dramaturq “məruzəmdə bütün məsələlərə toxunmuşam. Təkliflər də orda var”, dedi. Ana dilimizin – Dövlət dilimizin qorunmasına çalışan “Şərq” qəzeti də həmin məruzəni qısa ixtisarla oxucularımıza təqdim etməyi vacib bildi. Ümid edirik ki, oxucular arasında teleaparıcılar, telemüxbirlər, teleredaktorlar, tele-prezidentlər də olacaq. “İki saat danışırsan, amma heç nə demirsən”
Nala-mıxa vurmadan birbaşa mətləbə keçək. Dilin ən qaynar yerindən, kəndlinin televiziyaya verdiyi kiçik müsahibədən:
“Telefonuma zəng daxil oldu, telefonumu açdım, telefonumda mənim nəzərimə çatdırdılar ki, anam avtomobil qəzasında iştirak eləyib. Mən qəzada anamın iştirak etdiyi yerə tələsdim, orda anama baxış keçirdim, anamın üzərində təcili yardım həyata keçirdəndən sonra o, dirçəlməyə doğru getdi”. Bu, Azərbaycan kəndinin dili deyil və Azərbaycan kəndinin dili deyilsə, deməli, Azərbaycan dili də deyil. Bəs onda nədi? Bu, Azərbaycan televiziya məkanının dilidi - evlərimizin ən üzdü qonağı olan televiziyanın. Qəzaya düşmüş anası haqqında müsahibə verən bu kəndli kişi kameranı görəndə kim olduğunu, harda doğulduğunu, hazırda harda yaşadığını tam unudur, televiziya dilində, sığallı-tumarlı, ənlik-kirşanlı, tənginəfəs yarımcan cümlələrlə danışmağa başlayır, o da bizim televiziya məkanı kimi mədəni, təmtəraqlı görünmək istəyir. Kənddən başqa bir müsahibə: “Durduğum yerdə maşınımın arxa nahiyəsindən həmlə edərək maşınımın arxa nahiyəsini əzdi, mən də maddi ziyana düşdüm, maşınımın orası da maddi ziyana düşdü”. Şərhsiz... Uzun sözün qısası: Ölkəmizdə fəaliyyət göstərən televiziyaların “qayğısı və diqqəti” sayəsində Azərbaycan dili elə bir vəziyyətə gəlib çatıb ki, bu dildə ara vermədən iki saat danışarsan və heç nə deməyə bilərsən - bu, əsl dəhşətdir:
Dilimizə kim qarğış edib?
Seyran Səxavət hazırda dövlət dilimizə münasibətdə baş verənlərin İkinci Dünya müharibəsində konslagerlərdə insanlar üzərində aparılan amansız təcrübələri xatırlatdığını deyir:
- Yumşaq desək, televiziya kanalları Azərbaycan dilinin varlığında görünməmiş «cərrahiyyə əməliyyatları» aparmaqla onu zəiflədir, nəticədə dilin «astması» diaqnozu ilə üzbəüz qalırıq. Dünyanın hər yerində dilin yaradanı, cilalayanı, inkişaf etdirib qoruyanı xalqdı - əgər xalq öz dilini, dərinə getsək, özünü unudub televiziya dilində danışmağa başladısa, bu, başlanğıc deyil, sondur. Şifahi xalq ədəbiyyatı ilə azdan-çoxdan qaynayıb-qarışmış biri kimi deyə bilərəm ki, adamları göyün yeddi qatına qaldıran alqışlar olduğu kimi, insanların yeddi qatından keçən qarğışlar da var. Bu qarğışların içində ən dəhşətlisi ikicə kəlmədən ibarətdir: Dilin qurusun! Dilimizə kim qarğış eləyib - bizə ancaq etiraz eləmək qalır: Ağzından çıxsın qoynuna düşsün! Ölkəmizdə müəllimləri, həkimləri, hətta mollaları da attestasiyadan keçirirlər. Bəs televiziya işçilərini niyə söz azadlığı adı altında özbaşına qoymuşuq? Ümumiyyətlə, Dövlət dilimizə - ana dilimizlə bağlı münasibətdə ölünü də özbaşına qoymaq olmaz, yoxsa kəfəni yırtıb çıxar və bir də görərik ki, bu ölülər dünyanın hər yerindən boy verib görünən, nəhəng Palıd ağacının - Azərbaycan dilinin dibinə neft tökürlər ki, qurusun, bilərəkdən, ya bilməyərəkdən - fərq etməz. Hər yoldan ötəni gətirib ona ekran etibar eləyəndə, o da özü kimi üzdəniraqları qonaq sifəti ilə (təbii ki, hamıya aid deyil) dəvət edib Azərbaycan dili ilə mazaqlaşacaqdı da. Onlar hardan bilsin ki, cümlə qurmaq Dövlət qurmaq qədər çətindir?!.
Aldı görək televiziyalarımız nə dedi
Yazıçı-dramaturq məruzəsində qeyd edir: “Ölkəmizdə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu (Nəsimidən ayıbdı axı…) və mənim aləmimdə bu işlərə birbaşa cavabdeh olan Milli Teleradio Şurası var. Özü də hər iki təşkilatın adının əvvəlində Milli…Milli… Bu, milli olmadı ki, cənablar. Bəs, siz hara baxırsınız? Sizlərin bu gün hara baxdığını dəqiq bilməsəm də, deyərdim ki, zəhmət olmasa, Dövlət başçısına tərəf baxın… Prezident İlham Əliyev noyabrın 1-də Azərbaycan dilinin qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Yeri gəlmişkən deyək ki, belə sənədin imzalanması ilk deyil; yəqin ki, axırıncı da olmayacaq. Dilimizin saflığının ən yüksək səviyyədə dəstəklənməsi sevindirir, ancaq gəlin görək bu sevinci ürək dolusu yaşaya bilirikmi? Cavab xeyli qəlizdir və qəlizləşə-qəlizləşə də gedir. Bizim borcumuz bu gedişatın qarşısını almaqdır. Birinci növbədə, Azərbaycan dilinin kövrək ərazisinə diqqət yetirsək vəziyyətin ürəkaçan olmadığını görəcəyik. Əgər siz də mən baxan tərəfdən baxsanız, qarşınızda nəhəng döyüş meydançasını xatırladan bir görüntü açılacaq: mühasirədə qalan və mühasirəyə alanlar. Gəlin hər şeyi öz adı ilə deyək: mühasirədə qalan Azərbaycan dilidir. Mühasirəyə alanlar isə aşağıdakılardır: Televiziyalar. Radiolar. Saytlar. Mətbuat. İndi isə Azərbaycan dilinin ağır vəziyyətdə olduğuna sizləri inandırmaq üçün keçək faktlara. Aldı görək televiziyalarımız nə dedi:
“Soyğunçuluğa imza atmış oğrular”. Belə çıxır ki, oğrular heç kəsə məlum olmayan qanun-qayda ilə soyğunçuluq eləyəndən sonra bu məsələni sənədləşdirir və altına da imza atırlar ki, bəli, oğru bizik. Heç elə də şey olar?!. Dünyanın heç yerində görünməyən məntiqsizlik zirvəsi. “Səhər yeməyini həyata keçirmək”. Sözüm yoxdu… “Yanğınsöndürənlər alova müdaxilə etdilər”. Sözüm yoxdu… “ Verilişimiz gözəl baş tutdu”. Ümumiyyətlə, «baş tutdu» sözündən birdəfəlik imtina etmək lazımdır, çünki bu söz birləşməsi mini təxribatdır, dilimiz bunsuz da yaşaya bilər. ”Güllələrə məruz qalerıx”. Bunu da televiziya dilində danışmaq istəyən xalq deyir. “Messi rəqiblə toqquşub yerə yıxıldı”. Mən bu yaşa gəlmişəm, kiminsə göyə yıxılmağını eşitməmişəm. “Havanın hərarəti (istiliyi) müsbət (isti) otuz iki dərəcə isti təşkil edəcək”. “Külək topun hərəkətlənməsinə səbəb olur”. “Tualet təmizləməkdə güclü mütəxəssis (təmizləyici toz nəzərdə tutulur)”. “Jüri finalının biletləri satılacaq”. Jüri finalı nə deməkdi, axı?.. “Sahibsiz it məktəbdən gələn uşağı dişlədi”. İt dişləmir, tutur. “Həyətində işləyən altmış yaşlı qadını ilan sancdı”. İlan ağcaqanad deyil ki, sancsın - ilan vurur. “Camaatı təxliyyə etdilər”. Köçürdülər. “Axtarışı həyata keçirirlər”. Televiziya məkanında «həyata keçirmək» sözünün bəxti açılmaq bilmir ki, bilmir. “Çoxlu izdiham gördük”. İzdiham elə çoxluq deməkdi (adam çoxluğu), əgər belədirsə «çoxlu izdiham» nə deməkdi, hansı dildədi?. “ Qapımızdan gətirdiyimiz toyuğu, hinduşqanı ucuz qiymətə xalqa təqdim edirik”. Bu nə təqdimat mərasimidi axı? Yuxarıdakı sözləri kənddən yarmarkaya gəlmiş adam deyir. “Balıq dadmayan balıq yağı”. “Üstdad kolbasaları”. Üst, orta və alt dad olmur- dad olur, ya da olmur. “Yaxşı, bərpa olub qurtardın?”. Bir kinofilmdən - demək istəyir ki, özünə gəldin? “Topu (futbol) başla tora yerləşdirdi”. (?) “ Hərarət (istilik) doqquz dərəcə şaxta olacaq”(?) “ Evakuator maşını cərimə meydançasına daşıdı”. Daşıdı yox, apardı. Daşımaq başqa şeydi. “Duş qəbul eləyin”. Duşun, yaxud suyun altına girin. Duş yüksək çinli dövlət məmuru deyil ki, onu qəbul edək. “Rəqib oyunçunun komanda yoldaşına ötürdüyü topu qarşılaya bilmədi”. Adamı qarşılayarlar, topu alarlar. “Ətləri (əti) basdırma eləmisiniz?” “Apteki fəaliyyətə salacaqlar”. “Kəpəyə qarşı çempion”… və ilaxır və sair. Bu cür misalların sayını nə qədər desən uzatmaq olar, nəticədə çox uzuuun bir yol alınar - lap elə burdan Şuşaya qədər…Bütün bunlar hələ mənim 2011-ci ildə televiziyadan bir ay, ay yarım müddətində ara-sıra götürdüyüm qeydlərdi. Özünüz hesabınızı götürün də… Orasını da deyim ki, dilimizi güvə kimi yeyən bu cür faktların, hansı ayın neçəsində, hansı televiziyanın hansı verilişində, saat neçədə və kim tərəfindən efirə getməsi də məlumdur. Dilimizin xətrinə zərurət yaransa onu da açıqlaya bilərik. Fevralın 21-də «İdman” kanalında "Saraqoza" - "Real Betis" futbol komandalarının görüşündə şərhçi deyir: Bu hücum öz inkişafını tapa bilmədi. Cümlədə altı söz işlənib, halbuki ordakı fikri iki sözlə də ifadə etmək olar: hücum alınmadı. Demək istəyirəm ki, cümləni yerli-yersiz sözlərlə həddindən artıq ağırlaşdırmaq, yükləmək olmaz. Elektrik naqillərini həddindən artıq yükləyəndə qısa qapanma yaranır. Cümlə də dilin naqilidi, onu da həddindən artıq yükləyəndə qısaqapanma yaranır - Dilin qısa qapanması. “Xəstə dildə sağlam düşüncə olnur”
S.Səxavət qeyd edib ki, yuxarıda sadalanan saysız-hesabsız faktların hamısı yalnız televiziya məkanından götürülüb və radiolardan, saytlardan, yazılı mətbuatdan götürülmüş faktlar hələ açıqlanmayıb.
- Bu cür vəziyyətdə dil doğub-törəməz olur. Doğub-törəməz Dil isə sonsuz qadınlar kimidir, nəsil yavaş-yavaş itir. İnsanın nəsli itdiyi kimi, belə demək mümkündürsə, Dilin də nəsli itir. Çünki Dil insan deməkdir. Çünki İnsan Dil deməkdir. Dildəki bütün xüsusiyyətlər İnsanda, İnsandakı bütün xüsusiyyətlər dildədir. Dili qorumağın ən real yolu onu korlamamaqdır. Əgər korlamasaq, Dilin özünü qorumaq instinqdi - cəhdi daha da güclənər və gəlib bu vəziyyətə düşməz. Azərbaycan dilini çox zəif bilən, ingilis dilində bülbül kimi cəh-cəh vuran adam ən yaxşı halda yarımingilis və dörddə bir azərbaycanlıdır. Bu həm də demoqrafik məsələdir. Çünki sən mənən azərbaycanlı olmasan da, sənəddə bizlərdən biri kimi sayılırsan. Ona görə də hələ 1988-ci ildə Az.TV-dəki «Üzbəüz» verilişində demişdim ki, «öz dilini bilməyən azərbaycanlını mən emiqrant hesab edirəm». Belə «emiqrant» çoxluğuna qətiyyən yol vermək olmaz, yoxsa doğma dilimiz kəkələyər, pəltək olar. Xəstə dildə sağlam düşüncə olmur. Sağlam düşüncəli şəxs təpədən-dırnağa silahlanmış adam kimidir - aralıdan görüntüsü bəs eləyir… İmkan daxilində Azərbaycan dilinin - Dövlət dilimizin ərazisində baş verənlərlə tanış olduq. Vəziyyətin son dərəcə ciddi olduğunu bir daha anladım. Əgər təcili tədbirlər görüb konkret addımlar atılmasa, Ana Dilimiz komaya düşə bilər. Məşhur bir deyim var: Öz ordusunu yedirtməyən xalq, başqasının ordusunu yedirdər. Bu məntiqdən çıxış edərək: Öz dilini qorumayan xalq, başqasının dilində danışmalı olacaq. Uzun illərdi ki, sözləri tumarlaya-tumarlaya təmtaraqla danışırıq, nəticədə dilimizin şirinliyi -şirəsi çəkilir və ilanı yuvasından çıxartmağa qadir olan möhtəşəm Azərbaycan dili əncir qurusuna oxşayır. Mənim aləmimdə televiziyada Azərbaycan dili adı ilə dinləyicilərə sırınan cümlələr, cümlələrin içindəki sözlər çox əzilib-büzülür. Deyəsən, o cümlələrin, o sözlərin böyük əksəriyyətini gecələr Tbilisi prospektində adam şəklində görənlər olub... Dilin namusu elin namusudur - O toxunulmazdır! Bu, deputat toxunulmazlığına bənzəməz - Dilin namusuna toxunmaq, Torpağın namusuna toxunmaq kimi qəbul olunmalıdır! Əks halda Ulu öndər Heydər Əliyevdən yadigar qalan konstitusiyadakı məlum və məşhur maddəni dəyişib belə yazmalı olacağıq: - Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan televiziya məkanının dilidir.
Təklif...
Seyran Səxavət Azərbaycan dilinin korlanmasında əsas səbəbkarın Azərbaycan Televiziya məkanı olduğunu nəzərə alaraq təklif edib ki, birincisi, dilçilərdən və söz adamlarından yaradılmış qrup, televiziyada gedən verilişlərin dili barədə növbətçilik etsin. İkincisi, dillə bağlı nöqsanları televiziya rəhbərinin nəzərinə çatdırsınlar. Üçüncüsü, dillə bağlı nöqsanlar təkrar olduqda televiziya rəmzi məbləğlə - 100 manat cərimə olunsun. Dördüncüsü, dillə bağlı nöqsanlar yenə təkrar olduqda həmin televiziya 100 min manat (yüz min manat) cərimə olunsun. Bu da kömək eləməsə həmin televiziyanın lisenziya məsələsinə yenidən baxılsın və lazım gələrsə fəaliyyəti dayandırılsın. Yoxsa Azərbaycan dili öz fəaliyyətini dayandıracaq. Seçim özümüzündü. S.Səxavət qeyd etdi ki, bu təklifi radiolara, saytlara və yazılı mətbuata da tətbiq etmək olar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|