"Atam anama deyirdi ki, oxusan səninlə yollarımı ayıracağam"
Tarix: 14-12-2021, 09:56 | Çap et
Xalq artisti, sevilən müğənni Rübabə Muradovanın qızı Qəmər Mülk Muradova Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir: -Qəmər Mülk xanım, istərdim uşaqlıq illərinizdən danışmaqla söhbətimizə başlayaq. Necə bir ailədə, mühitdə böyümüsünüz? -Mən müğənni ailəsində böyümüşəm. Anam erkən başlamışdı oxumağa, mənim ağlım kəsəndən o oxuyurdu. Çünki özü ilə məni Gəncəyə və bir çox bölgələrə qastrol səfərlərinə aparırdı. O vaxt mən hələ məktəbə getmirdim. Atam müəllim idi. Anama deyirdi ki, oxusan səninlə yollarımı ayıracağam. Çox ağır xasiyyətli insan idi. Anamızın üzünü heç görmürdük, elə qastrollarda, konsertlərdə olurdu. Mən də çox nadinc qız idim, dəhşət nadinc idim, dərsdən qaçıb, evimizin altında kinoteatr var, ora gedərdim. Onun üstündə anam məni bir dəfə möhkəm döyüb. Ölənə qədər qorxmuşam ondan, inanırsınız. Çox vahiməli, zəhmli qadın idi. Bir şey edirdin onun yadında qalırdı, deyirdi ki, sən filan şey etdin də bir dəfə. -İki bacı olmusunuz. Ananız sizlərin də musiqi sahəsinə gəlməyinizi istəyib? -Xeyr, qətiyyən! Əlibaba Abdullayevin ansamblına özbaşına getmişdim, orada oxuyurdum, oynayırdım. Bir gün Əlibaba dedi ki, valideynlərinizə deyin, sizi Moskvaya aparacağıq. Mən heç qorxumdan anama deyərəm? İcazəsiz getmişəm axı! Əlibaba zəng edir anama ki, uşağı hazırlaşdır, 3-4 gündən sonra Moskvaya çıxırıq. Anamın da məsələdən xəbəri yox idi. Deyir ki, xeyir ola? Mən kimi hazırlaşdırmalıyam? Əlibaba da deyir ki, Rubuş, sən bilmirsən ki, Qəmər Mülk mənim ansamblımda rəqs edir? Anam deyir ki, xeyr, bilmirəm. Əlibabaya deyib ki, Qəmər qələt edib özbaşına ansambla gəlib. Anam məni o qədər döydü ki, ömrümdə heç vaxt oxumaq istəmədim. Bacım Şahnaz 8 aydır ki, dünyasını dəyişib. Allah ona rəhmət etsin. Bir dəfə gəldi ki, ana, bizi televizora çıxarırlar. Dedi ki, hə, sən də oxumaq, oynamaq istəyirsən? Amma onu döymədi, nənəm qoymadı (gülür). Oxumağa da qoymadı onu. Heç vaxt razı olmurdu ki, biz incəsənətə gedək, oxuyaq, oynayaq. İndi hamıya fəxri adlar verirlər, amma o vaxtlar çox çətin idi, gedib kalxozlarda, savxozlarda, pambıq sahələrində oxuyurdular. Anam danışır ki, heyvan tövlələrini səhnə üçün hazırlayırdılar. -Hansı sənət sahibi olmağınızı istəyirdi? -Deyirdi ki, get müəllimə ol, yaxşı bir müəssisədə həkim ol. O vaxt həkimlik, mühəndislik və müəllimlik ən çox müraciət olunan ixtisaslardan idi. -Rübabə xanım ömrünün yarıdan çoxunu Opera və Balet teatrına bağlayıb. Uşaq ikən onunla birlikdə tamaşalara gedirdiniz? -Əlbəttə! “Ərəbzəngi”-yə, “Leyli və Məcnun”-a, “Əsli və Kərəm” tamaşalarına getmişəm. Bir dəfə yox dəfələrlə gedib baxmışam. Elə olub ki, evdə heç kəs olmayıb, bacımı da, məni də götürüb gedib operalara baxmışıq. Onun silsilə mahnılarını zümzümə edib oxumuşuq, “Heydərbaba”-sını, “Gəl bizə yar”-ını. Yadımdadır, Bəxtiyar Kərimov gəlirdi bizə, oxuyurdu, biz də qoşulub onlarla birgə oxuyurduq. Onlara mane olmayaq deyə bizi qovurdu otaqdan. Opera tamaşalarının çoxunu evdə məşq edirdi. Rəhmətlik Şəfiqə Axundova və oğlu Talehlə birlikdə “Gəlin qayası” operasını evimizdə məşq etmişdilər. -Rübabə Muradova həyatda nədən nigaran getdi? -Həyatdan nigaran yox, həsrətli getdi. O Ərdəbildə doğulmuşdu, öz torpağını, həyətlərini, evlərini, əmilərini, dayılarını istəyirdi. Hərdən nənəmlə oturardılar, söhbət edərdilər, ağlaşardılar. Deyirdi ki, ay mama, mən o yelləncəyimi istəyirəm, armud ağacımızı istəyirəm. Bir dəfə gəldi evə, “Səkinə dayı qızı nay-nay” mahnısını oxudu. Nənəm dedi ki, bu mahnını İranda oxuyurlar. Yenə də vətən yadlarına düşdü, oturub ağlaşdılar. Heç yadımdan çıxmaz. Bir gün evimizə zəng gəldi, götürdüm gördüm Məmmədhüseyn Şəhriyardır. Yoğun səslə dedi ki, mənə Rübabəni çağır, mənim balam. Anamı yuxudan oyatdım, Şəhriyarla danışdı. Mən bir neçə dəfə İranda olmuşam. Biləndə ki, Rübabə Muradovanın qızıyam məni yaxşı qarşılayıb, qulluğumda dayanıblar. Oğlumla birlikdə məni Şəhriyarın məzarına aparmışdılar. -Ananız üçün çox darıxırsınız? -Əlbəttə! Ana hər zaman anadır. Deyir- “Ömrüm axıb gözlərinin yaşında, Ağ saçların ağ yaylıqdır başımda, Diz çəkməyə baş əyməyə qarşında, Ana sən bizə hər zaman gərəksən”. Mən yaşlı qadınam, Azərbaycanda şəhid olan balaların analarına baş sağlığı verirəm. Onların ağ saçlarından öpürəm. -İki bacı olmusunuz. Övladları arasında fərq qoyurdu? -Xeyr. Ana bütün balalarını bir istəyir. Ana üçün övlad fərqi yoxdur. Biri sadəcə nadinc olur, ana deyən yolla getmir, yolunu azır. Övlad elə övladdır da. -Rübabə Muradovanın son gününü necə xatırlayırsınız? -Ölümündən 1 həftə əvvəl Bilgəhə sanatoriyaya getmişdik. Ordan gəldi bizə, gecəni bizdə qaldı. Səhəri gün yoldaşım onu apardı evinə. Mənim qaraciyərimdən ağrı tutmuşdu, onunla getmədim. Gecənin yarısı yoldaşım məni yuxudan oyatdı ki, gəl mamagilə gedək, yaxşı deyil. Yolda da deyirdi ki, ölüm haqdır və s. Dedim ki, Kərim niyə belə deyirsən ki? Mənim anam ölmür ki. Anamın yaşadığı bloka girəndə gördüm ki, təcili yardımın həkimləri binadan çıxır. Gördüm ki, anamı kresloda uzadıblar, heç ağlıma da gətirmədim ki, anam dünyasını dəyişib. Bəbəyini qaldırdım, gördüm ki, ağarıb. Fəryadımı təsəvvür edin (ağlayır). Gözəl ana idi, onunla fəxr edirəm. İndi də hara gedirəmsə onun haqda xoş sözlər, fikirlər deyilir. Azərbaycan durduqca Rübabə sənəti, Rübabə səsi incəsənətdə, muğamda hər zaman var olacaq. Mən fəxr edirəm ki, onun qızıyam. -Son günündə yanında ola bilmədiniz. Sizcə o sizə nə vəsiyyət edərdi? -Hər zaman deyirdi ki, zəhmət çəkdim, amma heç nədən doymadım. Zəhmətkeş olduğuna görə sərt qadın idi. -Rübabə xanımın son lent yazısı, “Gəl bizə yar” ifası necə ekranlaşdırıldı? -“Gəl bizə yar” mahnısı mənim iştirakımla ekranlaşdırılıb. Əsərdir o inanın, mahnı deyil. Anam xəstə idi, icazə vermirdi çəkilişə. Ölümünə bir həftə qalmışdı, getdim onlara. Gördüm yenə çəkiliş heyəti gəlib. Yadıma gəlmir kim idi, gəlib dedilər ki, ay Rübabə xanım, gəlin çəkək də sizi. Dedi vallah mənim çəkilişə halım yoxdur. Keçdik o biri otağa. Dedim Rubuş, gör neçə nəfərdilər, gəliblər də, get çəkilişə. Yalvar yaxarla birtəhər onu geyindirdik, mindi maşına, çəkdilər televiziyanın maşınını bulvarın kənarına. Ağacdan tutub “Gəl bizə yar” oxuyan görüntüsü onun son lent yazısı idi, anam onu görmədi. -Rübabə xanımın davamçılarından istərdim danışaq. -Xalam Mahrux Muradova da müğənni olub. Düzdü o gec gəldi sənətə, çünki anam onu da qoymurdu. Tahirə xanım da özünəməxsus oxuyur. Nəvəm Abbasağa da onun yolunu bu gün incəsənət sahəsində davam etdirir. Abbasağa Mədəniyyət və İncəsənət universitetində kino və televiziya fakültəsini bitirib, hal-hazırda da Atv səhər verilişinin aparıcısıdır. Xəstə olmağıma baxmayaraq hər səhər yuxudan oyanıb, onu izləyirəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
|