Daha bir ölkə elan etdi: .....                     Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb .....                     “Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir .....                     “Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” .....                     Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır .....                     Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi .....                     Ermənistan: ümüdsiz olsa da, silahlanır... .....                     “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı .....                     “İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? .....                     "Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb .....                     “Ferrum Kapital”ın problemləri .....                     Paşinyanın rədd edilən istəyi: .....                     NATO Baş katibi Ukrayna məsələsini müzakirə etmək üçün ABŞ-a səfər edəcək .....                     Naxçıvan Dəmir Yolları İdarəsində HƏR ŞEY SATILIB... .....                     Güneyli fəal həbs edildi .....                     "Siz kimdən çəkinirsiniz? Fuad Nəcəflidən?" .....                     Dövlət fondu ofis icarəyə götürdü .....                     Taksi şirkətlərinin PUL OYUNU... .....                     Emin Ağalarov qonorarını açıqladı .....                     Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... .....                     "İşlə təmin olunmağıma sevinsəm də, bu sevincim uzun çəkmədi..." .....                     Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub .....                     “Nar”dan “Sərfəli cümə” təklifi .....                     Moskva Ukraynaya qarşı yeni silahlar işə salır .....                     Polkovnikin oğlu ev dustaqlığına buraxıldı .....                     Sərkisyan Bakının hədəfində: .....                     “Şeirlərim dərsliklərə düşür, kitablarım hamısı alınıb” .....                     “Lotu Quli”yə “pul atan” “Rafiq Masallinski”nin qulağı kəsildi .....                     "BMT-nin qətnamələrini görməzdən gələn müstəmləkəçilər... .....                     Azərbaycan büdcəsinə neft gəlirləri azalacaq: .....                     “Alim olan da, olmayan da eyni maaş alır” .....                     Ermənistan Qarabağdan gedən erməniləri qoynuna alır .....                     Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında .....                     Naxçıvandakı həbsə İLGİNC REAKSİYA .....                     Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı .....                     Nərimanov İH və “Gold Məkan” yenidən hakim qarşısında .....                     "Vətəndaş A" serialında söyüş açıq formada verilib? .....                     ABŞ səfiri söylədi, İrəvan etiraf etdi .....                     “Səmimi fransız dostluğunun” acı meyvələri .....                     Oğuzda Şəhid ailəsi buna görə narazıdır .....                 

Baltalı qovğanın yeni epizodu – “Medera” nədən montaj studiyasına dönmüşdü?
Tarix: 7-09-2024, 08:50 | Çap et
Baltalı qovğanın yeni epizodu
Ağadadaş Ağayevin "Medera” hospitalını məhkəməyə verməsi təbiidir. İlk gündən bəlliydi ki, bu qovğada tərs bir şeylər, əndazələrin aşılması hadisəsi var.

İyul ayının üçüncü ongünlüyündə baş verən dava-dalaşın tərəfləri tanınmış sənətçi və klinikanın gözətçisi olsa da, ölkəni başına götürmüş qalmaqalda bir ilk baxışdan gözə görünməyən tərəf də vardı.

Bu, məhz “Medera” klinikasıydı. Adi bir məişət hadisəsini ölkənin ictimai-siyasi gündəminə pərçim edən, 7-dən 77-yə qədər hər kəsin bildiyi, müzakirə etdiyi bir ixtilafa dönüşdürən klinika rəhbərliyi olmuşdu.

Söz yox, yaşadığı ağrı-acı üzündən əsəblərini cilovlaya bilməyən sənətçi də, ona artıqlaması ilə cavab göstərən mühafizəçi də qatıldıqları davaya görə məsuliyyət, özü də cinayət məsuliyyəti daşıyırlar, amma klinika rəhbərliyinin məsuliyyət payı daha böyükdür.

Ona görə də Ağadadaş Ağayevin vəkili baş vermis hadisənin videogörüntülərini, onun klinikada müayinə və müalicəsi ilə bağlı məlumatları razılığı olmadan, qanunsuz formada ictimailəşdirildiyini, bunun hüquq normalarına zidd olduğunu bəyan edərkən haqlıdır.

Vəkil düz deyir, həmin görüntülər gerçəkdən də A.Ağayevin şəxsi həyatının gizliliyini pozub, onun şərəf və ləyaqətinə, ictimai nüfuzuna ciddi, bərpaolunmaz zərər vurub.

Təsəvvür edin ki, 42 ildən bəridir ölkənin şou-biznes sferasında populyar olan, hər kəsin tanıdığı bir sənətçi klinika rəhbərliyinin səyi nəticəsində ictimaiyyətə cinayətkar kimi təqdim edildi və xalqda yaradılmış ilk rəy sona qədər eyni cür qaldı, hələ də elədir.

Hadisə barədə “Medera” tərəfindən müxtəlif media qurumlarına servis edilən ilk xəbərin başlığı beləydi: “Ağadadaş Ağayev adam baltaladı”.

Sonra onsuz da brend olan bu ad-soyadın sıradan birinə, Ağayev Ağadadaş adlı başqa və adi adama məxsus olmadığını göstərmək üçün müvafiq başlığa “müğənni” sözü də əlavə edildi.

Ardınca təfərrüatlar yayıldı, məlum oldu ki, müğənni heç də kimisə baltayla şaqqalamayıb, üstünə gələn adama 10-15 metrdən balta atıb və balta klinikanın qapısından içəri keçib.

Bütün bu hadisələrin hamısının klinikanın İT mütəxəssisləri tərəfindən montaj edilmiş videogörüntüləri gen-bol yayılırdı.

Sonra iddia olundu ki, A.Ağayevin atdığı balta klinikanın xadiməsini yaralayıb. Ancaq ortada yaralı yox idi, sadəcə, bir qadının adı çəkilirdi. Daha sonra bəlli oldu ki, balta qadını ciddi yaralamayıb, eləcə, sapı qadının ayağına toxunub. Videoların birində görünürdü ki, bir qadın qıvraq hərəkətlə baltanı yerdən götürüb gizlətməyə aparır.

Lap axırda mühafizəçinin 67 yaşlı müğənnini idman fəndi ilə yerə çırpdığını, ona lazım olduğundan artıq zor tətbiq etdiyini əks etdirən görüntülər meydana çıxdı.

Bütün bunları “Medera” klinikası edirdi. Onun şəfa ocağı, yoxsa piar mərkəzi, montaj studiyası olması bəlli deyildi.

O zaman bir çox jurnalistlər məhz bu məqama vurğu edir, klinikanın sönükən ocağa benzin çilədiyini yazırdılar. Amma hamının başı tərəf tutmağa qarışmışdı, bir tirə xalq artistini yamanlayırdı, bir tirə onu müdafiə edir, mühafizəçini haqlı elan edirdi.

Budur, indi yayılmış istintaq materiallarına, həssas məlumatlara, məhkəmənin hökmü olmadan bir insanın cinayətkar adlandırılmasına görə cavab vermək lazımdır.

Maraqlıdır, “Medera” klinikasının rəhbərliyi nəyə görə həm özünü, həm də məşhur sənətçini dilə-dişə salmaq yolu seçib və bu işi belə canfəşanlıqla, hay-küylə, nyu-media fəndləri ilə həyata keçirirdi?

Buna səhih cavabı klinika rəhbərliyi verə bilər. Amma güman ki, onlar zeytun yağı kimi üzə çıxmaq səciyyəsi daşıyan hərəkətlərin qanun pozuntusu və özlərinin ziyanına olduğunu anlamayıblar.

Hazırda ölkədə hamı “Medera”nı Ağadadaş Ağayevin başına gələn hadisəyə görə tanıyır.

Elə Ağadadaş Ağayevin adı çəkiləndə də yada düşən ilk şey onun son 43 ildə oxuduğu mahnılar olmur, əlinə balta götürüb klinikaya hücum etməsi olur.

Bu hadisənin ölkədəki ictimai-siyasi ortamı nə qədər gərginləşdirdiyi, sinfi ziddiyyətləri üzə çıxardığını nəzərə alsaq, bu qovğanı bu şəkildə ictimailəşdirənlərin nə boyda qəbahətə yol verdikləri anlaşılar.

Gerçəkdən də bu hadisəyə görə insanlar cəbhələşmişdilər: orta təbəqədən aşağıda yaşayan insanlar kütləvi şəkildə müğənnini döyən mühafizəçinin tərəfindəydilər və bir “ağ adam”ın cəzalandırılması onlara ləzzət eləmişdi. Eyni zamanda özünü orta təbəqədən yuxarıda sayan adamlar da sənətçini bir proletar tərəfindən incidilən ağa rolunda görür, onun tərəfini tuturdular.

Qoy “Medera”nın cavabdehləri məhkəmədə desinlər, görək, niyə belə hərəkət ediblər.

Xalid KAZIMLI - Musavat.Com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Bu gün, 13:26
Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Bu gün, 13:13
“Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Bu gün, 13:10
“Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Bu gün, 13:06
Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır - İLGİNC SƏBƏB
Bu gün, 13:03
Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi - FOTO
Bu gün, 12:54
Ermənistan: ümüdsiz olsa da, silahlanır... - AXI NİYƏ?..
Bu gün, 12:51
“İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
Bu gün, 12:42
“İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
Bu gün, 12:38
"Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb - DETALLAR
Bu gün, 12:36
“Ferrum Kapital”ın problemləri - Bir gündə eyni məhkəmədə səkkiz iddia qaldırılıb...
Bu gün, 12:28
Paşinyanın rədd edilən istəyi: - Bakıya buna görə gəlmədilər
Bu gün, 12:24
NATO Baş katibi Ukrayna məsələsini müzakirə etmək üçün ABŞ-a səfər edəcək
Bu gün, 12:20
Naxçıvan Dəmir Yolları İdarəsində HƏR ŞEY SATILIB... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
Güneyli fəal həbs edildi
Bu gün, 12:09
"Siz kimdən çəkinirsiniz? Fuad Nəcəflidən?" - BU NƏDİ BELƏ?..
Bu gün, 12:07
Dövlət fondu ofis icarəyə götürdü - MƏBLƏĞ
Bu gün, 12:01
Taksi şirkətlərinin PUL OYUNU... - necə qorunaq?
Bu gün, 11:58
Emin Ağalarov qonorarını açıqladı - 100 000 avro...
Bu gün, 11:55
Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
Bu gün, 11:52
"İşlə təmin olunmağıma sevinsəm də, bu sevincim uzun çəkmədi..." - NARAZILIQ VAR...
Bu gün, 11:45
Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub - FOTO
Bu gün, 11:40
“Nar”dan “Sərfəli cümə” təklifi – 50% endirimlə smartfon əldə et!
Bu gün, 11:34
Moskva Ukraynaya qarşı yeni silahlar işə salır - VİDEO
Bu gün, 11:27
Polkovnikin oğlu ev dustaqlığına buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24
Sərkisyan Bakının hədəfində: - İrəvandan həbs mesajı gəldi
Bu gün, 11:23
“Şeirlərim dərsliklərə düşür, kitablarım hamısı alınıb” - Elza Seyidcahan
Bu gün, 11:07
“Lotu Quli”yə “pul atan” “Rafiq Masallinski”nin qulağı kəsildi - həkimlər zorla xilas edir…
Bu gün, 11:00
"BMT-nin qətnamələrini görməzdən gələn müstəmləkəçilər... ada dövlətlərinin sərvətlərini istismar edir"
Bu gün, 10:58
Azərbaycan büdcəsinə neft gəlirləri azalacaq: - bunun iqtisadiyyata təsiri necə olacaq?
Bu gün, 10:57
“Alim olan da, olmayan da eyni maaş alır” – Deputatdan nazirin fikirlərinə REAKSİYA
Bu gün, 10:54
Ermənistan Qarabağdan gedən erməniləri qoynuna alır - Bitdi bu iş...
Bu gün, 10:52
Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında hər hansı ekstremizm faktı aşkar etməyib
Bu gün, 10:49
Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
Bu gün, 10:48
Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR
Bu gün, 10:36
Nərimanov İH və “Gold Məkan” yenidən hakim qarşısında - BUNA GÖRƏ...
Bu gün, 10:34
"Vətəndaş A" serialında söyüş açıq formada verilib? - Rejissordan CAVAB
Bu gün, 10:33
ABŞ səfiri söylədi, İrəvan etiraf etdi - ŞƏRH
Bu gün, 10:30
“Səmimi fransız dostluğunun” acı meyvələri - bəs “balaca bacını” necə aldada bildin?
Bu gün, 10:25
Oğuzda Şəhid ailəsi buna görə narazıdır - "...ayrıseçkilik edilir"
Bu gün, 10:20
Xalq artisti Dubayda belə dincəlir - VİDEO
Bu gün, 10:12
"Elmi adlara əsaslanan mövcud sistemin ciddi problemləri var" - FAKT BUDUR!
Bu gün, 10:09
“Milli azlıqlar hesabatı”nın arxasındakı qara niyyət - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:04
Xanəndə Ramiz Bəşirov vəfat edib - VİDEO
Bu gün, 10:00
Balıqçılar nazirdən şikayətçi düşüb... - "Qaydalar sərtləşdikcə..."
Bu gün, 09:56
Yediyimizi ZƏHƏRƏ DÖNDƏRİRLƏR... - bu gün mühakimə olunacaq...
Bu gün, 09:51
Ustanı döyən “Chrysler”in sahibinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:41
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!
Bu gün, 09:38
Zəngəzur dəhlizi sülh sazişindən çıxarılıb? - Görünəni odur ki...
Bu gün, 09:35
Yeni təcavüz planı belə imiş: Sağ qalmaq üçün ayrılmaq... - Şok faktlar ortaya çıxdı
Bu gün, 09:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru