İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

"Oynaya bilirdimsə, 16 il ərzində oynayardım da"
Tarix: 30-06-2015, 09:29 | Çap et
"Oynaya bilirdimsə, 16 il ərzində oynayardım da"
dia-az.site axar.az-a istinadən aktyor, şoumen Azər Axşamla müsahibəni təqdim edir.

Əgər bir insan kiminləsə sevgisiz birlikdədirsə...

– Daha çox komediya aktyoru, şoumen kimi tanınan adamın Hamleti canlandırmağı çətin olmadı ki?

– Təbii ki, hər bir işdə çətinlik var. “Ən gözəl eşq zor olandır” deyirlər. Bir işə ki əmək sərf olunmur, o işin bəhrəsi də olmur. Çətinlik oldu, amma bu, eləyə bilməmək çətinliyi yox, eləmək çətinliyi idi. Şükürlər olsun ki, indi Hamleti rollarımın sırasına qırmızı hərflərlə yaza bilərəm. Bəxtiyar Xanızadəyə təşəkkürlər...

– Çoxdankı arzunuz idi Hamleti oynamaq...

– Elə də böyük bir arzu deyildi. Amma istək var idi. Bu istəyi yaradan da Bəxtiyar Xanızadə idi – 96-cı ildə. Sonra teatrdan uzaqlaşdım. 16 il teatrdan kənarda fəaliyyət göstərdim. Ayrı-ayrı rejissorlar tərəfindən Hamlet tamaşasını qurmaq təklifləri gəldi. Sadəcə, o vaxt Bəxtiyar müəllim demişdi ki, Hamleti necə qurmaq istəyir, mən o quruluşda qalmışdım, başqa quruluşda Hamleti görə bilmirdim. Şükürlər olsun ki, bu, 16 il sonra olsa da, həyata keçdi.

– “Hamlet” kimi bir klassik dram qəhrəmanını canlandırmaq, bir də “Qız atası” serialında Çingiz rolunu... Mənə elə gəlmir ki, bunun ikisinə də sevgi eynidir. Yəqin, birini qonorar üçün qəbul etmisiniz, elədi?

– Xeyr, hər ikisinə sevgi var. Mən sevgisiz iş görmürəm. Əgər bir insan kimləsə sevgisiz bir yerdədirsə, ondan doğulan uşaq eybəcər olacaq. Bir işi ya sevgi ilə etmək, ya da etməmək lazımdır. Mən sənətimdə “xaltura” kəlməsi tanımıram. Bəzi zəif oynayan aktyorlar deyir ki, “mən pula görə çəkilirəm, ona görə belə oynamışam”. Ona demək lazımdır ki, “oynaya biləcəyin odur, bundan artığını bacarmırsan”. Əgər pula görə belə oynayırsa belə, bu, alçaqlıqdır, oynadığı rola naxələflikdir. Bu cür hərəkət təsadüfi, içində sənət yanğısı olmayan adamlara məxsusdur. Aktyor rolunu yana-yana oynamalıdır. Ola bilər, “Qız atası”ndakı Çingiz Hamlet deyil, amma Hamletə gedən yoldur.

Afaq xanımın məqsədi təkcə güldürmək deyil...

– Amma özünüz demişdiniz ki, mən dram aktyoruyam, dram rollarını oynamağı daha çox sevirəm.

– Bəli, dramatik rolları çox sevirəm. Mənə elə gəlir ki, əgər bir aktyor dramatik janrda rollar oynamırsa, o, aktyor deyil. Bizim Səyavuş Aslan, Hacıbaba Bağırov, Yaşar Nuri, Afaq Bəşirqızı kimi komediya aktyorlarımız həm də dramatik səhnələr oynayıblar. “Bəxt üzüyü”ndə Afaq xanım Söylünün dramatizmini verir. Burda anlaşılır ki, Afaq xanımın məqsədi təkcə güldürmək deyil, həm də Söylünün dramını verməkdir. Səyavuş Aslanın axır vaxtlar dramatik rolları var idi, çox xoş gəlirdi mənə. Əslində, mənim üçün komediya aktyoru, dram aktyoru bölgüsü yoxdur, yalnız bir kəlmə var: aktyor! Mənim üçün yaxşı aktyor o kəsdir ki, o, komediyanı da, faciəni də, tragikomediyanı da, qroteski də özündə birləşdirməyi bacarsın. Birtərəfli inkişaf mənə çatmır.

– Bir dəfə qəza keçirmişdiniz. Ölümün bir addımlığından qayıtdınız. “Hamlet”də də “olum-ölüm” fəlsəfəsindən danışılır. Sizcə, olumla ölümün arasındakı məsafə nə qədərdir?

– Çox qısadır. Olumla ölüm arasındakı zaman bir göz qırpımıdır. Allahın iznində olan bir şeydir. Mən daha çox realistəm, fantaziyalarla, xülyalarla yaşamağı sevmirəm.

– Hər şeyin Allahın əlində olduğunu deyirsiniz axı, bu necə realizmdir?

– Nəticə etibarilə Allahın əlindədir. Amma bir çox şeydə Allah insanlara seçim verib.

– Alın yazısı, tale və s. məfhumlara inanırsınız?

– Yox, yox, elə şeylərə inanmıram. Məsələn, narkoman bir insan ölür, yasında deyirlər, onun da qisməti belə imiş. Allah kimə belə qismət yazar?

Danmaq kafirlik olar

– Belə çıxır ki, yaxşı olan nə varsa, Allah edib, pis olanları özümüz?

– Bəli. Quranda da belə bir ayə var: “Bütün yaxşılıqlar Allahdan, bütün pisliklər sizdəndir”. Yəni əgər mən pis düşünmürəmsə, deməli, mən pis yaşamayacağam, pis addım atmayacağam. Allah neyləsin, o, mənim qarşıma seçim qoyub. Mən rolumu oynayanda “xaltura” da eləyə bilərəm, yaddaşlarda da qala bilərəm. Mənim atamın yaxşı bir sözü var: “Yaxşı şagird bilir ki, imlanı neçəyə, hansı qiymətə layiq yazıb”. Özünü öldürmək lazım deyil, “4” alıbsa, demək, buna layiq yazıb. Yaxşı aktyor da bilir ki, necə oynadı rolunu. Əgər bacarmırsansa, əyləci çək, rejissora de ki, mən hiss edirəm bu, mənlik deyil. Bəlkə, rejissor da sənə minnətdar oldu ki, “halal olsun sənə, deməli, sən peşəkar aktyor kimi yetişmisən ki, belə etiraf edirsən”. Bunun özü də peşəkarlıqdır. Bu gün Hamlet tamaşasını Azər tək oynamayıb. Bəxtiyar Xanızadənin əməyini danmaq kafirlik olar. Oynaya bilirdimsə, 16 il ərzində oynayardım da. Bəxtiyar Xanızadənin quruluşunda oynamışam, məhz o, Azərə yaraşan Hamlet rolunu verib. Bəlkə, başqa rejissor olsa, bəyənməyəcəkdi mənim oynamağımı. Bəxtiyar Xanızadə məni yaxşı tanıyır, tələbəsi olmuşam. Bilir ki, Azərin müsbət və mənfi tərəfləri hansılardır və onu nə qədər yükləyə bilər.

– Pantomimada başladınız teatr fəaliyyətinizə?

– Bəli, sonra 16 il ayrı düşdüm, maddi duruma görə televiziyaya getməli oldum, təzədən yenə qayıtdım teatra, sabah yenə gedə bilərəm. Həyatda mütləq bir şey yoxdur. Sabah başqa bir təklif gələ bilər, mən deyərəm ki, “Bəxtiyar müəllim, haqqınızı halal edin, icazə verin, mən filan yerə işləməyə gedirəm”. Nə deyəcək ki Bəxtiyar müəllim? Zorla saxlamayacaq ki.

– Təqdimetmənin fərqi var sizinçün? Aktyor, yoxsa aparıcı, şoumen?

– Mən həmişə deyirəm ki, məni bu cür təqdim etsinlər: “Aktyor, şoumen Azər Axşam”. Birinci növbədə mən aktyoram, ikinci növbədə isə şoumen. Bəzən sadəcə, aktyor deyirlər, bu da mənə qəbuldur. Çünki mənə görə aktyorluq şoumenlikdən daha yüksəkdədir. Mən həmişə deyirdim ki, qoy mən Hamleti oynayım, mənim haqqımda aktyor kimi danışsınlar, nəinki şoumen kimi.

Qüsursuz olan yalnız Allahdır

– “Teletaym” (Teletime) və “Milyonçu”nun aparıcısı kimi daha çox tanınırdınız.

– Mən orada da peşəkar kimi çalışdım, televiziyada da özümü sübut elədim ki, mən bunu bacarıram. Bacarmasam, çəkilərdim kənara, 17 il efirdə olmazdım. Bacarmasan, mənə “Milyonçu”nu verməzdilər, ingilis bəyənməzdi, məktub yazmazdı ki, birinci dəfə milyonçu veriləndə niyə bu aparıcı deyildi? Televiziyadakı uğurlarım da Bəxtiyar Xanızadənin sayəsində idi. Mən ondan öyrənmişdim ağı qaradan seçməyi.

– Hamletlə bağlı tənqidlərlə də qarşılaşdınız.

– Şükürlər olsun ki, mən özümə qarşı tənqid eşitmədim. Bu haqda məqalələri oxudum. Aydın Talıbzadənin tənqidi məqaləsini də oxudum. Şəxsi fikirləridir. Aydın müəllim peşəkar bir insandır. Məqaləsində mənim haqqımda tənqid yox, tərif yer alıb, bu da mənə çox xoş təsir etdi, sağ olsun.

– Obyektiv yazı idi. Çox doğru olaraq qeyd eləyir ki, Pantomimanın aktyorlarının qəflətən dram aktyorları kimi dil açıb danışması qəribə görünür, yəni yad təsir bağışlayır. Axı onlar jestlər, mimikalarla dostdurlar.

– Bəli, elədi. Amma mənim ifamda olan Hamlet haqqında hələ ki, tənqidi fikrə rast gəlməmişəm. Bunu uzağı Bəxtiyar müəllim deyə bilər. Yeri gəlmişkən, bu gün siz Hamleti başqa variantda gördünüz.

– Bəli, tamaşa başqa cür başladı, bəzi yerlərdə ixtisarlar gözə dəydi və s.

– Hamleti ixtisar etmək özü böyük bir qəhrəmanlıq tələb edir. Keçmişdə olsa, belə deyərdilər: “Buna bax e, Şekspirə düzəliş edir”. Fikri itirmədən düzəliş etmək asan məsələ deyil. Bəxtiyar müəllim hələ də bu tamaşanın üzərində çalışır. Bəlkə də, sentyabrda gəlib tamam başqa bir tamaşa ilə qarşılaşdınız. “Real Madrid” gözəl klubdu, amma hərdən elə oyun nümayiş etdirir ki, fikirləşirsən, budur “Real Madrid”? Qüsursuz iş yoxdur. Qüsursuz olan yalnız Allahdır.

Ofeliyanın heç bir günahı yoxdur axı...

– Hamlet sanki acizdir. Bəlkə, buna görə mənə elə gəlir ki, o, tamaşanın gedişatında çox ağladı. Hətta bu haqda bir məqalədə də oxumuşdum ki, məhz iradəsizliyinə, çıxış yolu tapa bilməməsinə görə fəlsəfi monoloqlarına sığınır.

– O monoloqlar çarəsizlik monoloqlardır. Əmini öldürmək asan deyil axı, əmi artıq kraldır, sonra nə cavab verər? Kölgənin dediklərinə inanmaq çətindir axı. Hamı ona dəli kimi baxır. Cəsarətsizliyi var, bəli. Hamlet daha ağıllı hərəkət edə bilərdi. Məsələn, Ofeliyanı qoltuğuna vurub “haqqınızı halal edin, biz getdik” deyə bilərdi. Yəni hərdən meydandan çəkilməyi bacarmaq lazımdır. Meydandan çəkilən həmişə məğlub sayılmır. Elə bir vaxtda çəkilə bilərsən ki, o çəkilmə böyük bir inqilaba səbəb olar. Hamlet hamını məhv elədi. Ruhun, kölgənin deməyi ilə inqilab eləmək çətin işdir.

– Bu sizin başınıza gəlsəydi, başqa cür hərəkət edərdiniz?

– Bəli, əgər mənim anam bu rüsvayçılığı qəbul etsə, mən ondan üz döndərib tərk edərdim evi, sevdiyim qızı götürüb gedərdim. Taxta sahib çıxmadım, heç olmasa, sevgimə sahib çıxardım. Ofeliyanın heç bir günahı yoxdur axı, onu kukla kimi oynadırlar.

– Siz də əksər həmkarlarınız kimi ancaq oynadığınız rolları oxuyursunuz, yoxsa klassiklərdən, eləcə, müasirlərdən nələrisə oxuyursunuz?

– Yox, oxumuram.

– Əksəriyyəti deyir ki, vaxt yoxdur.

– Yox, vaxt var, o, boş söhbətdir. Amma mən 10 ildir ki, heç nə oxumuram. Oxuyanda ağıllanırsan, sonra da yaşamaq çətin olur. Özün etdiklərin öz gözündə alçala bilər. Bundan artığını etməyə gücüm çatmırsa, niyə özümü incidim axı. Mən çox bədii əsər oxumamışam. Daha çox detektiv və insanların taleyi, tanınmış, görkəmli insanların yaşayışı ilə bağlı kitablar oxumuşam. Bədii əsəri oxuyanda başlayır için qaynamağa – aktyorsan axı. Fikirləşirsən ki, bunu kim quracaq və sən oynayacaqsan? Sonra düşünürsən ki, elə oxumasan yaxşıdır.

Heç kimi bəyənməsən, inkişaf edə bilməzsən

– Sizin qrup yoldaşlarınızdan çoxunu tanıyıram – bəziləri Azərbaycan mədəniyyətinin tanınmış simalarıdır, amma onlarla yanaşı tanınmayanlar da var. Nədir bunun səbəbi? Tanınanları istedad çəkib qabağa?

– Şans. Tanınmaq üçün istedadlı olmaq lazım deyil.

– Sizin üçün intellektual gülüş nədir? Məsələn, Cem Yılmazın gülüşü intellektual gülüşdür mənə görə. Onun alternativi var Azərbaycanda?

– Mən deməzdim, Cem Yılmazın gülüşü intellektual gülüşdür. İntellektual gülüşdə söyüş olmur. Demirəm, pisdi, müsbət tərəfləri də var, amma öz tamaşaçısı üçündür. Elə zarafatları var ki, onlar tərbiyəsizdir. Mən komediyada tərbiyəsizliyi sevmirəm. Komediyada sən sözü atmalı, amma açıqlamasını verməməlisən. Cem Yılmazın zarafatını körpə də başa düşər, mən bu yumorun tərəfdarı deyiləm.

– Bizdə kimlərdir intellektual gülüşü olan?

– Bizdə hərdən olur intellektual gülüş, hərdən də olmur.

– Deyəsən, heç birini bəyənmirsiniz.

– Yox, hamını bəyənirəm. Çünki heç kimi bəyənməsən, inkişaf edə bilməzsən. Rəqabət apara biləcəyin adam olmalıdır ki, inkişaf da olsun. Mən heç vaxt demərəm ki, Azərbaycanda özümə rəqabət görmürəm. Bunu demək yekəbaşlıqdır. Onu deyən adam gəlsin bu gün Hamleti oynasın. Dünyada rəqabət görməməyə çalışmalısan, Azərbaycan çox kiçikdir. “Azərbaycanda ulduzam” demək kənddə “kəndxudayam” deməyə bənzəyir. Ulduz göydən hər kəsin görə biləcəyi bir zirvədir. Azərbaycanın sərhədlərindən kənarda da tanına bilən adama ulduz deyərlər.

Ağlaşma qurur ki, qurban olum...

– Kompleksiniz var? Məsələn, cinsi azlıq və ya erməni rolunda çəkilərdiniz?

– Yox, kompleksim yoxdur. Obrazı doğru-düzgün yaratmaq lazımdır. Bəxtiyar müəllim mənə dedi ki, sənin ən böyük komplimentin o olacaq ki, tamaşadan sonra sənə “elə həminki Azərsən, mırtsan yox, mən səhnədə başqa bir insanı gördüm, Azər sanki Hamletləşmişdi” – desinlər. Həyat yoldaşım da dedi ki, mən bu səkkiz ildə bilirdim ki, sənin bu qabiliyyətin var, bacararsan, amma mən tamam başqa bir adam gördüm səhnədə.

– Hamletdən sonra planda hansı tamaşa var?

– Hələ ki heç biri. Elə güman edirəm ki, gələn mövsüm üçün Hamlet kifayət edir. Hamletdən dərhal sonra nəsə oynasam, Hamletə bənzəyə bilər. Əslində, mən elə aktyor deyiləm ki, tamaşa bitəndən sonra da o rolun təsirində qalım. Kim elə hiss edirsə, o, aktyor deyil.

– Gənc rejissorlardan filmlərində çəkilməyiniz üçün təklif gəlib?

– Təklif olanda mən mütləq ssenarini oxuyuram. Dəfələrlə olub ki, gələn təklifi rədd etmişəm. Çünki bilmişəm ki, məqsəd heç də ortaya yaxşı iş çıxarmaq deyil. Sadəcə, pul qazanmaq istəyir, Azər də onlara ayrılan pulları silmək üçün seçilmiş qurbanlardan biridir. Məsələn, 5000 yazıb, min vermək istəyir, özü də ağlaşma qurur ki, qurban olum, mənim birinci işimdi. Belə adamlar çoxdur. Amma elə təklif də var ki, qəbul etmişəm. Şahin Zəkizadə “100 kağız” filminə dəvət eləmişdi, çəkildim.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru