O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... .....                     Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? .....                     Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? .....                     İsrail İranda nələri məhv edib? .....                     “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir .....                     İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                 

“Əvvəlki şəkillərimlə hicablı fotolarımı yan-yana qoyub paylaşırlar” - Xuraman Şuşalı
Tarix: 3-11-2015, 10:51 | Çap et
“Əvvəlki şəkillərimlə hicablı fotolarımı yan-yana qoyub paylaşırlar”
DİA.AZ Müğənni Xuraman Şuşalının “Qafqazinfo”ya müsahibəsini təqdim edir:

- Ailə qurandan sonra müğənniliklə vidalaşdız, hicaba keçdiz və bütün həyat tərzinizi dəyişdiz. Maraqlıdır Xuraman Şuşalı sənətə dini mahnılarla dönüş etmək istəmir? Yəqin, bilirsiz də dini mahnılar oxuyan Sami Yusufun ölkəmizdə böyük auditoriyası var.

- Yeni mahnılar yazdırıram, bunların içərisində dini mahnılar da yer alacaq. Bəstəkarlar dini mahnılar yazıb göndərirlər. Bəzi mahnılarımın isə sözləri dəyişdiriləcək və dinlə bağlı olacaq. Yenidən sənətə qayıdış edəcəm. Hazırda isə övladım balacadır, ona ana südü ilə qayğı göstərirəm, yanından çox aralanmıram. Mərasimlər, tədbirlər üçün vaxt tapmağa çalışıram. Yaradıcılığıma çox vaxt ayıra bilmirəm, çünki o zaman uşağım kənarda qalacaq. Övladımın mənə ehtiyacı var. Balaca oğlumu ya mən, ya da atası qoyub gedəndə küsür, üzümüzə baxmır, yemək yemir. 11 aylıq olsa da, bu cür xasiyyəti var.

- Bir neçə ildir ki, hicab bağlayırsınız. Amma bu addımınız hələ də müzakirə olunur.

- Cılız insanlar mənim əvvəlki şəkillərimlə hicablı fotolarımı yan-yana qoyub paylaşırlar. Kimə nə sübut etmək istəyirlər? Allahın qaldırdığı insanı endirmək istəyirlər? Allah köməkləri olsun, onları hidayət etsin. Bilsinlər ki, Allah bir insana kömək olubsa, onu qaldırıbsa, onların məni yıxmağa çalışması hədərdir.

- Həyat yoldaşınıza görə şou-bizneslə vidalaşıb dindar olmağa qərar verdiz?

- Həyat yoldaşımla məni bir-birimizə İslam dini, onun Allaha olan eşqi bağladı. Allaha olan eşqim isə məni dinə gətirdi. Həyat yoldaşımın dəstəyi böyük oldu. Hər dəqiqə mənə deyir ki, səni Allaha bağlayan insanlarla dostluq et. Bu sözlər hədislərimizdəndir. Pis yolun yolçusu olmamaq üçün dinə bağlı insanlarla dostluq etmək lazımdır. Mühit insana böyük təsir edir.



- Nə zamansa, hicablı, üç uşaq anası olacağınızı düşünürdünüz?

- Mən nə vaxtsa hicab bağlayacağımı bilirdim. Üç övlad heç vaxt düşünməmişdim. Hər şey bir anın içində baş verdi, Allah mənə gözəl ailə bəxş etdi.

- Xuraman xanımın qadınlara hansı tövsiyələri var?

- Qadınlarımıza arzu edirəm ki, ailələrini qorusunlar. Karyeranı üstün tutmasınlar. Xəyanətə görə ailələrini dağıtmasınlar. Allah da ailənin dağılmasını istəmir. Həyat yoldaşın zülm edirsə, onda ayrıla bilərsən. Dözülməz evliliyi bitirmək olar. Dözsən, mükafatın var. İslama doğru gəlsinlər, çoxövladlı olsunlar, axirətlərini düşünsünlər.

(Bu zaman fotoqrafımız Nuran şəkil çəkməyə başlayır)

- Yeri gəlmişkən, Xuraman xanım, adətən hicablı qadınlar şəkil çəkdirmir. Deyirlər, dində bu qadağadır.

- Bu geniş mövzudur. Şəkil çəkdirmək düzgün deyil. Mən üzdə olan xanımam, ona görə, şəkil çəkdirirəm, Allah bağışlasın.

- Adətən hicablı xanımlar hicab bağlamayanları birmənalı qəbul etmir, sizin buna necə münasibət bəsləyərsiz?

- Heç kim sabah başına nə iş gələcəyini bilmir. Deyir ki, onun günahından xəbərin ola bilər, tövbəsindən xəbərin olmaz. Kim deyərdi ki, axşam şou proqramdan gəlib, səhər sübh namazı qılıb, hicab bağlayacam? Hansı hicablı özünə zəmanət verir ki, sabah başını açmayacaq? Heç kim başqasının haqqına girməsin. Hicablı xanım olub ki, mənə yaxınlaşıb bildirib ki, siz efirdə oxuyanda sizdən acığım gəlirdi, ünvanınıza pis sözlər deyirdim, haqqınızı halal edin.

Bir xanım “İnstagram” səhifəmdə yazdı ki, səni hamının gözündən salmaq istəyirdim, sənin ünvanına pis sözlər deyirdim, özümdən şayiələr çıxarırdım, nə üçün belə etdiyimi bilmirəm, hicaba keçmisən, məni bağışla və haqqını halal elə. Mən başıaçıq olsaydım da, onu bağışlayardım.

Heç kim başqasının haqqına girməməlidir. Bu gün 1 nömrə günah qazanan insan sabah elə bir tövbə edər, imana gələr ki, onu ələsalan hicablıdan da çox savab qazanar. Hər şey Allahın əlindədir. “Heç vaxt başımı açmaram” deyənə Allah elə edər ki, hicabını açar. Allah o günü bizə göstərməsin. Həyatdır, imanımız güclü olsun. Elə insan var ki, ailədə hicabla böyüyür. Elə ailə var ki, qızının başını bağlamasını istəmir. Başıaçıq insanlara tənə etmək olmaz. Gözəlliklə hicabı təbliğ etməlisən.

- Sosial şəbəkələrdə də tez-tez bu mövzu müzakirə olunur. valideynlər azyaşlı qızlarına hicab bağlayır, siz necə qızınızı məcburən hicaba keçirərsiz?

- İslamda məcburiyyət yoxdur. Qızımın 3 yaşı var. İndi ona qısa da geyindirirəm, evdə oriyental da oynadıram. Onun rəqsini də sevirəm. Amma mən onu elə ab-havada böyüdəcəm ki, həddi-buluğa çatanda özü hicab bağlayacaq.



- Bəs etiraz etsə...

- İnanmıram ki, hicab istəməsin. Atası ilə onu dini ab-havada böyüdürük. Zorakılıqla hicaba keçirmərəm.

- Türk müğənni Niran Ünsal da hicaba keçib. Amma meyhanədə səhnəyə hicabın üstündən parik taxıb çıxacağını açıqlamışdı. Bu fikir etiraza səbəb oldu və Ünsal da meyhanə konsertini ləğv etdi. Hicablı xanımın parik taxıb konsert verməsinə münasibətiniz necədir?

- Hicabsız xanımlar bəzən danışır ki, hicablılar lak çəkir, onları savadsızcasına müzakirə edirlər. İçki məclisinə girmək haramdır. Nəinki, hicablı, başıaçıq insanın da içki məclisinə girməyini istəmərəm. Allah o məclisi lənətləyib, hər an o məclisə bəla gələ bilər.

Parik qoymağa gəldikdə isə bu düzgün addım deyil, yenə də kimisə cəlb edirsən. Birdən-birə şan-şöhrətdən, var-dövlətdən vaz keçmək çox çətindir. Allah güc versin, qəbirdə tək yatacağıq. İnsan birinci axirətini düşünsün. Adam var ki, nəsli-kökü saxladığını deyir. Nəslə-kökə Allah əl-ayaq verib, istəsələr onlar da dolanacaq. Var-dövlətə görə, günaha batmayaq. Əsasən, qızlara demək istəyirəm ki, dinə bağlansınlar, Allah onlara halal yol, yaxşı ər qismət etsin. Allah tövbəsiz canımızı almasın, halal yol qismət etsin.

- Bir az da Aşuradan danışaq. Son Aşura həm mediada, həm də sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Bu gün, bu əsrdə o qədər insanın aşuranı anması etirazla qarşılandı. Yəqin, Məşədi Dadaş məscidinə gedən insanları gördüz. Siz bu barədə nə demək istəyirsiz?

- İnsanlar çox nahaq etiraz edirlər. Sovet dövründə bizi dindən ayıra bilmədilər. Allahı, peyğəmbəri sevirsən, onun nəvəsini sevmirsən? Mən o insanları anlamıram, Allahı sevirsən, amma Allahın əziz bildiyi bəndəni sevmirsən? Biz İmam Hüseynə səcdə getmirik, Allahlaşdırmırıq. Peyğəmbərin nəvəsini sevirik. O Allahın köməkliyi ilə bizə dini çatdırıb. Onun başı kəsilərək nizələrə taxılıb, şəhər-şəhər gəzdirilib. O imamı necə sevməyəsən, onun üçün necə göz yaşı tökməyəsən? Mən Aşura günü məscidə getmədim, yoldaşım getdi. O evə gələndə videoya baxıb ağlayırdım. Eşq-sevgi başqa şeydir. Biz keçmişimizi unutsaq, gələcəyimiz də olmayacaq.

- Mən dindar deyiləm və dini bilgim də yoxdur. Sadəcə sizdən bir şeyi sorusuram, xahiş edirəm səmimi cavab verin. Bir insanın atası, qardaşı vəfat edəndə, hətta canın bir parçası övladı öləndə ona 1-2 il, uzaqbaşı 10 il yas saxlayır, sonra həyatına qaldığı yerdən davam edir. 1000 il əvvəl ölən birinə insanların yas saxlaması nə dərəcədə səmimidir?

- Bu belə olmalıdır, Allah bizdən yas saxlamağımızı istəyir. “İmam Hüseynə yerlər ağlar, göylər ağlar” sözü var. Eşq-mərhəmət olmasa, biz qəddarlaşarıq. O sevgini Allah bizdən almasın.



- Həccə getmək haqda düşünürsünüz?

- Hə istəyirəm, gələn il üçün planlayıram. Əvvəlki illərdə ana olduğum üçün bu arzum reallaşmayıb. Allah mənə övlad qismət edibsə, birinci analıq borcumu yerinə yetirməliyəm.

- Deyirlər ki, Həccə getməkdənsə, yetimə, imkansıza əl tutmaq daha yaxşı addımdır...

- Həcc ziyarəti vacibdir. Onun da əməlləri var. Mənim boynumda bu ziyarət var. Elə insan var ki, borc alır, evdəkiləri ac qoyub ziyarətə gedir. Bu da düz deyil. Mənim isə Həccə getməyə imkanım var.

- Xına mərasimlərini təşkil edirsiniz. Mərasimlər necə keçir?

- Çalışıram məclisdə hamısı xanım olsun. Bəzən fotoqrafımız və ya ofisiant oğlan olur, bu qaçılmaz haldır. Mərasimlərdə gəlinin xəbəri olmadan sürprizlər edirəm. Musiqiçilərim peşəkardır, mahnılar oxuyuram, dj gətirib diskoteka edirəm. Bizim məclisdə hər şey var.

- Həmkarınız Elnarə Xəlilova ilə işbirliyiniz necə alındı?

- Elnarənin yarımsaatlıq çıxışını mərasim yiyəsinə hədiyyə edirəm. Gözəl rəqqasəmiz Oksana da gəlib çıxış edir.

- Keçmiş “W trio”nun üzvləri arasında soyuqluq yaşanır. Sizin digər üzvlərlə münasibətiniz necədir?
- Natavan, Röya, Elnarə ilə də danışıram. Anamın 40-ı ərəfəsində rayonda olduğum üçün ötən il Natavanın konsertində iştirak etmədim. Hamısı ağıllıdır, barışmaq barədə onlara məsləhət vermirəm. Allah hidayət etsin. Mənim deməyim, yersizdir. Mənim sözümlə həll olmayan məsələni dilimə gətirmərəm.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
O tunel tikiləndə də Adil Vəliyev başçı idi, indi də: Göyüşov isə... - İLGİNC FAKTLAR
Bu gün, 09:24
Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:05
Vahid kartlar tələbələrə nə vaxt paylanılacaq? - AÇIQLAMA
Bu gün, 09:03
İsrail İranda nələri məhv edib? – Detallar açıqlandı
Bu gün, 09:00
“Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir - Gürcüstan MSK
Bu gün, 08:57
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru