Məcburi köçkünlər “Qaçqınkom”dan kömək gözləyir: - “Müdaxilə olunsa, problem həllini tapar”
Tarix: 9-06-2017, 11:49 | Çap et
2012-ci ildə Müşfiqabad qəsəbəsində məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb. 1500-ə yaxın ailənin məskunlaşdığı qəsəbədə bu gün yaşıllıqlar məhv olur, çünki bu yaşıllıqların suvarılması üçün su yoxdur.
Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiəs İctimai Birliyinin sədri İlqar Əlinin sözlərinə görə, bu ilin yanvar ayından evlə təmin olunan məcburi köçkünlərə kommunal xidmətlərlə bağlı edilən imtiyazlar dəyişdirildikdən, nağd ödəniş edildikdən sonra qəsəbədə bir çox çətinliklər yaşanır: “Kommunal xidmətlərlə bağlı qurumlar bizimlə eyni kateqoriyada olan vətəndaşları bir qədər sıxmağa başlayıblar. Necə olurdu ki, indiyədək məcburi köçkünlərin adından istifadə olunurdu, kommunal qurumlar israfçılığa göz yumurdular, amma indi güzəştlər ləğv olunub, limit tətbiq olunur deyə, israfçılıq yada düşür”.
İlqar Əli deyir ki, köçkünlər qəsəbədə vaxtilə əkilən ağacların qayğısına qalırdılar, vaxtlı-vaxtında suvarılma aparılıb: “Çünki “Azərsu” həyətdə su krantları qoymuşdu. Amma hazırda “Azərsu” həmin su krantlarını bağlayıb, su gəlmir. Palıd, Xan çinarı, küknar ağacları qəsəbənin yaşllıqlarını tam əhatə edirdi. İndi bu ağaclar qurumaq təhlükəsindədir, yağış ümidinə qalıblar. Sakinlər “Qaçqınkom”un “JEK”inə müraciət edib. “JEK”-dən deyiblər ki, bu məsələnin bizə aidiyyatı yoxdur. Məcburi köçkünlər də bu məsələdən narazıdırlar. Bəziləri şikayət edir ki, bizi gətirib ucqar bir yerə atıblar, yaşllıqlarımız da məhv olur. Görünür, “Azərsu” da ümumi istifadədə olan su təminatını fərdi şəxsin sayğacının üzərinə yükləmək istəyir. Hesab edirik ki, bu məsələnin həlli ilə bağlı vətəndaşlar fərdi qaydada müraciət etsə, hərc-mərclik olacaq. Biz çox istərdik ki, bu məsələyə “Qaçqınkom” müdaxilə etsin və bir şəkildə yaşıllıqların taleyilə bağlı problemin həllinə kömək olunsun. Axı ölkə başçısı da yaşıllıqlar mövzusuna çox həssas yanaşır. Ayrı-ayrı şəxslərin kiçik bostanları var, bunun ümumi istifadədə olan suya aidiyyəti yoxdur. Hər kəs özünə aid olan bostanını, gülünü özü qayğısına qalmağa qərarlıdı. Amma qəsəbinin ümumi yaşıllığına, bu dilsiz-ağızsız, faydalı canlılara biganə qalmağı biz yolverilməz hesab eləyirik.”.
Məsələ ilə bağlı Dövlət “Qaçqınkom”un mətbuat əlaqələndiricisi Elçin Qədimovla əlaqə saxladıq. Elçin Qədimov bildirdi ki, məsələ araşdırılıb müvafiq tədbir görüləcək.
Bakıda 2 mindən çox su israf edən krant kəsilib
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı isə bildirdi ki, çoxmənzilli binaların qarşısında sahibsiz qalan bütün su krantları kəsilir. Artıq 2 mindən çox belə su krantları bağlanıb: “Ümumi həyətlərdə içməli suyumuzu gecə-gündüz axıdıb israfçılıq edənlərə qarşı başqa mübarizə tədbirimiz yox idi. Məsələn, 9 mərtəbə 5 bloklu binanın hər blokunun qarşısında bir bulaq var. Bu krantlar da açıq qalır, kim istəyir həyət sulayır, kim istəyir paltar yuyur, kim istəyir ağac suvarır, bəzən də lap boş-boşuna axır. Su pulu da ödənmir. Neçə illərdir biz buna qarşı müabrizə aparırıq. Bu su israfçılığına görə, heç kim məsuliyyət daşımır. Üstəlik, bəzi kommersiya obyektləri həmin binaların qabağındakı krantlardan su oğurlayırlar ki, bu da “Azərsu”ya ikiqat problem yaradır”.
““Qaçqınkom”un “JEK”i su sayğacını öz adına rəsmiləşdirsə, problem həllini tapar”
Müşfiqabadda məskunlaşan məcburi köçkünlərin probleminə gəlincə, Anar Cəbrayıllı dedi ki, həmin şəhərcikdə ümumi istifadədə olan su krantları ya sakinlərdən birinin adına, ya yerli bələdiyyənin, yaxud da Dövlət “Qaçqınkom”un ərazidə yerləşən Mənzil İstismar Sahəsinin adına sayğac quraşdırmaqla məsələni həll eləmək olar: “Məsələni “Qaçqınkom”un “JEK”i üzərinə götürsə, “Azərsu” su krantlarını bərpa edə bilər”.
“Bəs məcburi köçkünlərə tətbiq olunan güzəştlər ləğv olunana qədər bu məsələ necə tənzimlənirdi” – sualımıza cavabda Anar Cəbrayıllı dedi ki, məsələnin güzəştin ləğviylə əlaqəsi yoxdur, “Azərsu”ya məhz bununla bağlı heç vaxt bu ödəniş edilməyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
|