İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb... - FOTOFAKT
Tarix: 25-08-2017, 11:20 | Çap et
Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb...
Son illər Azərbaycanda dələduzluq əməllərinin hədsiz çoxaldığı, insanların etibarından, sadəlövlüyündən, yaxud asan yolla varlanmaq tamahından, o cümlədən hüquqi savadsızlığından sui-istifadə edən fırıldaqçıların yağışdan sonra göbələk kimi artdığı məlumdur. Ən müxtəlif, o cümlədən innovativ sxemlərdən, ağlagəlməz fəndlərdən istifadə edən belələrinin toruna düşüb pullarını güdaza verənlər sonra hüquq-mühafizə orqanlarına şikayət edib heç olmasa dələduzların cəzalandırılmasına nail olmağa çalışırlar. Nəticədə müstəntiqlərin masalarının üstü dələduzluq maddəsi ilə qaldırılmış cinayət işləri ilə dolub-daşır, məhkəmələrdə isə az qala hər üç-dörd işdən biri dələduzluq əməli ilə bağlıdır. O cümlədən redaksiyamıza vaxtaşırı olaraq dələduzların əməllərindən zərərçəkənlər müraciət edir, başlarına gələni ictimailəşdirir.

Növbəti belə qurbanların başlarına gələnlər əslində Bakıda geniş rast gəlinən dələduzluq əməlləridir. Söhbət Bakıətrafı kənd və qəsəbələrin torpaqlarını icra hakimiyyəti orqanlarından “kənd təsərrüfatı ilə məşğul olmaq” adı altında uzun müddətə icarəyə götürən, sonra bu torpaqları bölüb fərdi ev tikmək istəyən vətəndaşlara satan və onları torpaq sahəsinə dair bütün mülkiyyət sənədlərinin qaydasında olduğuna inandıran dəllaların əməllərindən gedir.

Redaksiyamıza müraciət edən şikayətçiləri həmin sxemlə aldadan torpaq dəllalı Vəsait Məlikov (yaxud sənədlərdə göstərildiyinə əsasən Vəsahid) əslən Şamaxı rayonundandır və Bakının Xəzər rayonu ərazisində fəaliyyət göstərib. Onun əməllərindən zərər çəkənlərin sayının onlarla olduğu təxmin edilir. Hələlik isə zərərçəkənlərdən bir neçəsi virtualaz.org saytına müraciət edib, başlarına gələnləri-Vəsait Məlikov tərəfindən necə aldadılıb vəsaitlərinin mənimsənildiyi barədə danışıb.

Şikayətçilərdən biri-Bakı şəhəri, Xətai rayonu, B.Süleymanov küçəsi, ev 16-da yaşayan, 1986-cı ildə anadan olmuş Firuz Fəxrəddin oğlu Hümbətov bildirir ki, Vəsitlə 2015-ci ilin əvvəllərində özünə fərdi ev tikmək məqsədi ilə Qala qəsəbəsində torpaq sahəsi axtararkən rastlaşıb. Ona bu qəsəbə ərazisində torpaq satışı işlərinə baxan və “kifayət qədər güclü əlaqələri olan” dəllalı nişan veriblər. Firuz Hümbətov bildirir ki, Vəsaitlə anlaşaraq ondan Qala qəsəbəsi ərazisində sotu 1200 manatdan 6 sot torpaq sahəsi almaq üçün anlaşıb. Bu minvalla Vəsaitə 7200 manat verib.


Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb...
Şikayətçilər

Şikayətçinin dediklərindən: “Pulu verərkən Vəsait Məlikovdan soruşdum ki, həmin torpaq sahəsində ev tikərkən problemlə üzləşmərəm ki? O da əminliklə cavab verdi ki, heç bir problem olmayacaq, çünki torpaq sahəsinə dair bütün sənədlər qaydasındadır. Əgər hansısa problem yaransa mənə öz şəxsi torpağından həmin ölçüdə ayırıb verəcək, yaxud pulumu qaytaracaq. Və bildirdi ki, torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən “çıxarış” (torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş sənəd-red.) mövcuddur, torpağın alqı-satqısı həmin çıxarış əsasında olacaq”.

Lakin məsələ alqı-satqını rəsmiləşdirməyə gələndə Vəsait Məlikov vətəndaşa torpaq sahəsinə dair notariat kontorundan verilmiş Etibarnamə təqdim edir. Və onu əmin edir ki, gedib arxayın yata bilər, çünki həmin torpaq sahəsinin mülkiyyətçisidir. Və Vəsait torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyətindən uzunmüddətli icarəyə götürüldüyünə dair sənədlərin surətini də ona təqdim edir. “Dedi narahat olma, tezliklə çıxarışı da verəcək, üstəlik torpaq sahəsində tikəcəyim fərdi evə “kupça” almaqda da mənə kömək göstərəcək”-şikayətçi bildirir.

Bir müddət sonra vətəndaş aldığı torpaq sahəsində tikinti aparmaq üçün yerli icra orqanına müraciət edəndə və Vəsaitin verdiyi sənədləri göstərəndə aldığı cavabdan heyrətə gəlir. Ona deyirlər ki, həmin torpaq sahəsi ancaq kənd təsərrüfatı məqsədi ilə istifadə oluna bilər, orada tikinti aparmaq qeyri-mümkündür və qanunsuzdur. Firuz Hümbətov Vəsaitin ona verdiyi sənədləri yalnız bundan sonra araşdırır, müəyyən edir ki, həmin torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Vəsait Məlikovun oğlu Vüsal Məlikova “kənd təsərrüfatı məqsədli” 99 illiyə icarəyə verilib. Və icarə müqaviləsində göstərilib ki, bu torpaq başqa təyinatla istifadə edilə bilməz. Beləliklə, vətəndaş aldadıldığını başa düşür, pulunu geri almağa nail ola bilmir və qərara alır ki, hüquq-mühafizə orqanlarına Vəsait Məlikovun əməllərindən şikayət etsin.

Digər şikayətçi-Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 16A ünvanında yaşayan, 1978-ci ildə anadan olmuş Azərbaycan vətəndaşı Aleksandr Valeryeviç Litvinov da Vəsait Məlikov tərəfindən eyni sxemlə aldadılıb. Fərq ondadır ki, Litvinovdan mənimsənilmiş pulların məbləği daha çoxdur, 100 min manata yaxındır.


Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb...
Vəsait Məlikov

Şikayətçi deyir ki, o, Vəsait Məlikovun toruna biznes qurmaq məqsədi ilə Binə qəsəbəsi ərazisində torpaq sahəsi almaq istəyərkən düşüb. O, Vəsaitlə 2013-cü ilin mayında tanış olub. Söhbət əsnasında Vəsait Məlikov bildirib ki, Binə qəsəbəsi ərazisində ona məxsus torpaq sahəsi var və satır. Litvinov Fazil Məşədiyev adlı şəxslə ( o da Vəsaitin əməllərindən zərərçəkənlərdən biridir) Binə qəsəbəsinə gedir, torpaq sahəsinə baxıb bəyənir. Vəsait Məlikov ona torpaq sahəsinin cəmi 80 sot olduğunu, hər sotunu 4 min manatdan satdığını deyir, vətəndaşı inandırır ki, torpaq sahəsinin mülkiyyət hüququna dair bütün sənədlər qaydasındadır. Litvinov 20 sot torpaq sahəsi almağa razılaşır və pulun 73.500 manatını nəğd, qalan 6500 manatının əvəzində isə BMW markalı avtomobilini verir.

Lakin pulu alandan sonra Vəsait notariat kontorundan verilmiş Etibarnaməni, torpaq sahəsinin icarədə olduğuna dair sənədlərin surətini ona təqdim edir. Və vəd verir ki, torpaq sahəsində mülkiyyət hüququnu təmin edən sənədi də tezliklə verəcək. Lakin Litvinova aydın olur ki, həmin torpaq sahəsi V.Məlikovun oğluna ancaq kənd təsərrüfatı məqsədli icarəyə verilib və özəlləşdirilə bilməz.

Litvnov Məlikovdan pullarını geri almaq üçün səylər göstərməyə başlayır, ancaq yenə də aldadılır. Bir müddət sonra Vəsait ona bildirir ki, aldığı sahəyə bitişik, “çox ucuz qiymətə” daha 10.8 sot torpaq var və onu 20 min manata satır. “Dedi əgər bu torpaq sahəsini də alıb əvvəlkinə birləşdirsən hər ikisinə birgə çıxarış düzəldib verəcək. Ona inanıb daha 20 min manat verdim, amma Vəsait Məlikov vəd etdiyi sənədi düzəldib vermədi, pulu geri istəyəndə isə müxtəlif bəhanələrlə vaxtı uzatmağa başladı”-şikayətçi bildirir.

Belə məlum olur ki, Litvinov aldığı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi gözlədiyi müddətdə torpağı hasarlayıb, bu işə daha 7 min manat sərf edib. Ancaq yerli icra hakimiyyəti orqanları hasarı dağıdıblar və bildiriblər ki, ərazidə tikinti qanunsuzdur. Litvinov V.Məlikovu axtarmağa, ondan pullarını geri almağa çalışır, ancaq aldadıldığını dərk edərək nəhayət qərara alır ki, hüquq-mühafizə orqanlarına müraciət etsin.

Vəsait Məlikovun daha bir neçə şəxsə, o cümlədən Məşədiyev Kənan Fazil oğluna Qala qəsəbəsindən 17 sot və 60 sot olmaqla bu sxemlə torpaq satıb, Şıxəliyev Rəşad Əliheydər oğlunu da həmin qəsəbədə 11 sot torpaq “qanuni torpaq” satmaqla aldadıb, pullarını mənimsəyib.

Virtualaz.org-a məlum olub ki, hər yerdə özünü nüfuzlu şəxslərlə, yüksək vəzifəli məmurlara yaxın münasibətlərə malik olan şəxs kimi tanıdan V.Məlikov bəzi iri tikinti şirkətlərini də eyni sxemlə aldatmağa, onlara da kənd təsərrüfatı məqsədi ilə icarəyə götürülmüş torpaqları tikinti məqsədi ilə satmağa və nəticədə daha böyük vəsaitlər mənimsəməyə nail olub. Həmin şirkətlər də bu şəxs barəsində hüquq-mühafizə orqanlarına şikayət etməyə hazırlaşırlar...

virtualaz.org Vəsait Məlikov tərəfindən aldadılan başqa şikayətçiləri də dinləməyə hazırdır. Belələri öz şikayətlərini saytımızın elektron poçtuna göndərə, yaxud telefonla çatdıra və ya birbaşa müraciət edə bilərlər.

Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb...
Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb...
Bakıda torpaq fırıldaqçısı vətəndaşları necə aldadıb...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru