İcra başçısı vəzifədən alına bilər... - İDDİA
Tarix: 2-10-2017, 11:16 |
Çap et
DİA.AZ: - Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev vəzifəsindən alına bilər. Bu barədə DİA.AZ-a hökumətdəki məlumatlı mənbələr informasiya verib.
Xəbəri verən qaynaq iddia edir ki, Ağsu RİH başçısı ilə əlaqədar son günlər müəyyən gərginliklər yaşanmaqdadır: "Məlumdur ki, himayədarı olan Seyidəliyevlə bağlı hətta Hesablama Palatası kimi obyektiv qurum belə doğru-dürüst hesabat açıqlaya bilmir. Amma buna rəğmən bu gün Ağsuda bir neçə istiqamətdə ciddi maliyyə yeyintisinin həyata keçirlidiyi müvafiq dövlət qurumları tərəfindən aşkarlanıb. Və həmin faktlar yaxın günlərdə sərt qərarların verilməsini lavüd edəcək".
Mənbə onu da əlavə edib ki, yaxın günlərdə dövlət başçısının regiona səfəri planlaşdırılır ki, belə bir qərar səfərdən sonra verilə bilər.
dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...