Oğlu qəza törədən deputatın kimliyi bilindi - Belə deyirlər...
Tarix: 4-10-2017, 10:49 |
Çap et
Paytaxtın Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxs millət vəkili Fəzail İbrahimlinin oğludur.
Axar.az-ın hüquq-mühafizə orqanlarına yaxın mənbədən əldə etdiyi məlumata görə, qəzanı törədən şəxs İbrahimli Yalçın Fəzail oğlu deyil.
Qeyd edək ki, millət vəkilinin oğlu Tibb Universitetinin qabağında idarə etdiyi "Cip" markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.
Nəticədə piyada ağır xəsarət alıb. O, sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıb.
Qeyd edək ki, mətbuat hadisəni törədən şəxsin deputat Fəzail Ağamalının böyük oğlu olduğunu yazmışdı. Ana Vətən Partiyasından verilən açıqlamada isə F.Ağamalının oğlunun 44 yaşı olduğu və 15 gündür Türkiyədə olduğu əsas gətirilərək, fakt təkzib edilmişdi.
Maraqlıdır ki, Nərimanov Polis İdarəsinin növbətçi hissəsindən Axar.az-a qəzanı Yalçın Fəzail oğlu Ağamalının törətdiyi bildirilmişdi.