Azərbaycan futbolunun QURBANI - GƏLİŞMƏ
Tarix: 3-11-2017, 16:06 | Çap et
Əslində Qurban Qurbanovun futbol üzrə milli komandamızın baş məşqçisi təyin olunmasında qeyri-adi heç nə yoxdur. Çünki istər futbolçu olduğu dönəmlərdə, istər məşqçilik karyerasında sanbalı, xarizması və ən əsası savadıyla seçilənlərdən olub. Başqa sözlə desək, Qurbanov nəinki Azərbaycan futbolunun, hətta idmanının da tarixinə düşməyi bacarıb. Və çox təbiidir ki, indi hər kəs onun təyinatından yazır. Amma demək olar ki, əksər yazılarda bu təyinatın bizə nə verəcəyi və niyə məhz indiki məqamda Qurbanovun millinin sükanı arxasına gətirilməsinin səbəblərinə toxunulmur. Bəlkə də toxunmaq istəmirlər. Amma biz ən azı buna cəhd edəcəyik.
Heç kəsə sirr deyil ki, Qurbanov uzun illərdir ki, PFL prezidenti Ramin Musayevlə dostluq edir. O da sirr deyil ki, indiki dönəmdə "Qarabağ" istər maddi, istər heyət baxımından nə qədər güclü olsa da, qazanılan çempionluqlarda Musayevin də az əməyi olmayıb. Hətta PFL rəhbəri iclaslarda hakimlərə "Qurbanı və onun uşaqlarını (futbolçuları nəzərdə tutur-red.) incitməyə heç kimin haqqı yoxdur" deyə bərk-bərk tapşırır. Bu da əbəs deyil. Çünki o, Qurbanovun vasitəsilə özünə necə deyərlər, "Azərsun" kimi arxa-dayaq tapıb və yerini yetərincə möhkəmlədib. İndiki halda onu dəstəkləyən təkcə Rövnəq Abdullayev yox, həm də "Azərsun" və onun rəhbərliyidir.
Sual oluna bilər ki, bəs bu təyinat niyə məhz indi gerçəkləşdi? Çünki Qurbanov 3-4 il əvvəl təyin olunsaydı, AFFA-da bəzi vəzifəlilər üçün asan yem olacaqdı. Hər halda Musayev o qədər avam deyil ki, əlindəki "kozır"ı vaxtından əvvəl dövriyyəyə soxsun. İndiki Qurban Qurbanov 3-4 il əvvəlkindən həm daha nüfuzlu, həm daha populyardı. Belə olan halda Məmmədovun ona hökm etməsi nisbətən çətindir.
Deyilənlərə inansaq, millidəki oyunçuların əksəriyyəti Ramin Musayevin futbolçularıydı. Hətta iddialara görə, PFL rəhbərinin düyməni basması kifayət edirmiş. Amma bir neçə il əvvəl həm AFFA-nın büdcəsi yetərincəydi. Digər tərəfdən büdcə xarici mütəxəssis gətirməyə imkan versə belə, qarşıdan 2020-ci il gəlir. Azərbaycan Avropa çempionatının qrup mərhələsinin bəzi oyunlarını qəbul edəcək. Burada baş verəcək xırda bir uğursuzluq hamının "başını ağrıda" bilərdi.
Digər tərəfdən illər öncə Qurbanovu milliyə kiminsə xahişiylə gətirəcəkdilərsə, indi belə deyil. Hətta deyə bilərik ki, AFFA xahiş-minnətlə 45 yaşlı mütəxəssisə ölkənin əsas komandasının sükanını etibar edib. Bu isə Qurbanov-Musayev tandeminin əlinin daha da güclənməsi deməkdir.
Yeri gəlmişkən, Tərlan Əhmədovun "Neftçi"nin baş məşqçisi postuna gətirilməsi də Musayevin növbəti qələbəsi kimi qiymətləndirilir. Yenidən qayıdaq Qurban Qurbanovun təyinatının millimizə xeyir və ziyanlarını sadalamağa. Əvvəla, indiyə qədər dünya futbolunda çox az sayda mütəxəssis eyni vaxtda həm klubda, həm də millidə uğur qazana bilib. Çünki milli və klubun idman proqramları, məşq prosesləri və təlim-məşq toplanışları tamam fərqlidir. Bunun üçün xeyli zamana ehtiyac var..
Məsələn, mövsümün ortasında milli komanda üçün təlim-məşq toplantıları olmalıdır. Düşünün ki, Qurbanov "Qarabağ"dakı işini qoyaraq millinin bazasına yollanacaq və çempionat oyununa bir gün qalmış geri dönəcək. Sizcə, bu nə dərəcədə peşəkarlıqdır?
Bəzi mütəxəssislər isə hesab edirlər ki, Qurbanov qısa müddət sonra "Qarabağ"dan ayrılacaq. Çünki klub səviyyəsində bundan artığını etmək indiki halda mümkünsüz görünür.
Millidə qazanacağı hər uğur isə "Qarabağ"da qazandıqlarını unutduracaq. Yəni, yığma səviyyəsində qazanılan nəticə daha təntənəylə və hörmətlə qarşılanacaq. Və şübhəsizdir ki, milli komanda səviyyəsində qazanılan uğur klub səviyyəsində qazanılandan daha üstün hesab edilir.
Belə demək mümkünsə, Qurbanov üçün istənilən şərait var və o, bu imkandan maksimum yararlanmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi millidə onun maliyyə gücü də yetərincə olacaq. Çünki xarici mütəxəssisə veriləcək məbləğin yarısını almaqla həm federasiya büdcəsinə xeyir verəcək, həm də yerdə qalan pulla təlim-məşq proseslərini artıracaq.
Ancaq istənilən halda Qurbanov seçimini tez etməlidir. Çünki fikri klubda qalacağı halda, yığmada uğur qazanmaq asan olmayacaq.
İntiqam VALEHOĞLU Ölkə.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|