Paytaxtdakı qəssabxanaların birindən alınan ətdə “Öküz soliteri” qurdu aşkarlanıb.
Sosial şəbəkə istifadəçisi bu barədə məlumat paylaşıb. O, ətin içindən “Öküz soliteri” qurdunun çıxdığını bildirib. Alıcıların ət alarkən diqqətli olmasını qeyd edib.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, bazarda satılan bütün heyvan mənşəli məhsullar Baytarlıq Xidmətinin nəzarətindən keçirilir. Bu cür hallarla qarşılaşan şəxslər birbaşa Baytarlıq Xidmətinə müraciət edə bilərlər.