Abutalıbov səhhətindən DANIŞDI: - “Şeytana da sağlam həyat diləyirəm...”
Tarix: 16-11-2017, 11:59 |
Çap et
Ötən gündən etibarən bəzi KİV-lərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun beyin insultu keçirməsi ilə bağlı xəbərlər yayılıb."Qafqazinfo” xəbər verir ki, Bakı merinin müalicə üçün Almaniyaya aparıldığı vurğulanır.
Unikal.org-un əməkdaşı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla əlaqə saxlayıb. O, barəsində yayılan "informasiyaya” belə münasibət bildirib.
"Mən hazırda işimin başındayam. Səhhətim də isə heç bir problem yoxdur. Hazırda müdrüklükdən müqəddəslik zirvəsinə qədər ucalmış, Ulu Öndər Heydər Əliyevin ziyarətdən gəlirəm. Mən nəinki şeytanın mələyə çevirmək istəyənlərə, özləri ilə bacaran, taleyləri ilə razılaşan insanlarla birlikdə, hətta şeytana da sağlam və xoşbəxt həyat diləyirəm. Nə olub axı... Xəstələnməmişəm. Sağlam insana şəfa diləməzlər. Məni sevən və sevməyən insanlara xoşbəxt həyat, can sağlığı arzu edirəm."