"Evinin sahəsi az olan köçmək istəmir" - GİLEY
Tarix: 10-01-2018, 10:31 | Çap et
Bakının “Sovetski” kimi tanınan məhəlləsində 2014-cü ildən etibarən başlanan köçürmə işlərinin artıq ikinci mərhələsi başlanır. Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Köçürmə Komissiyasının sədri Səməd İslamov APA-ya açıqlamasında bildirib ki, 2018-ci ilin yanvarından Bakının “Sovetski” kimi tanınan məhəlləsindən növbəti köçürülmə prosesinə start veriləcək.
Onun bildirməsinə görə, yeni mərhələdə köçürmə işləri ilə bağlı sənədləşdirmə işləri aparılır. Daha 2 min evin köçürülməsi prosesi həyata keçiriləcək.
“Sovetski” ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Bildirilib ki, bəzi ailələr verilən kompensasiyanın məbləğinə etiraz edərək dirəniş göstəriblər. Həmin ərazidə hər kvadratmetrə 1500 manat ödənildiyi də icra hakimiyyəti tərəfindən söylənilib.
“Yeni Müsavat”ın əməkdaşı olaraq “Sovetski” ərazisində olub, aparılan işlərlə maraqlandıq. Müşahidə etdik ki, hazırda ərazidə çoxsaylı ustalar, texnikalar çalışır, qızğın iş gedir. Lakin söylənildiyi kimi, söküntü deyil, tikinti işləri aparılır. Belə ki, ötən il boşaldılan 26 hektarlıq park və yaşıllıq salınması üçün nəzərdə tutulan ərazinin ətrafına dəmir hasar çəkilib, tikinti ilə bağlı bütün təhlükəsizlik tədbirləri nəzərə alınıb. Ərazidə texnikalar işləyir, kanalizasiya sistemi çəkilir və digər bu kimi müvafiq tikinti işləri görülür. Orada çalışan ustalar bildirdilər ki, ilin sonuna qədər tikintilərin tam başa çatacağı gözlənilir. Plana görə ümumilikdə 6 kilometrdən çox olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılmalıdır. Həmin küçələrə Balababa Məcidov, Abdulla Şaiq, Mirzağa Əliyev, Füzuli küçəsinin davamı və Nəriman Nərimanov küçələri daxildir. Hazırda isə bu küçələrin əksəriyyətində piyadaların hərəkəti üçün səki belə mövcud deyil. Mirzağa Əliyev küçəsində isə ümumiyyətlə, iki avtomobil yan-yana hərəkət edə bilmir. Belə bir şəraitdən sakinlər də narazıdırlar və köçürüləcəkləri günü gözləyirlər. Söhbət etdiyimiz Mirzağa Əliyev küçəsinin sakinləri bildirdilər ki, onların mənzillərini iki-üç il bundan öncə ölçüblər: “Doğrusu, bizə 2015-ci ilin sentyabr ayında deyirdilər ki, qışa kimi bu ərazilər söküləcək. Əvvəl deyirdilər ki, bu əraziləri ərəblər alıblar və hansısa obyektlər tikəcəklər. Camaat da sevinirdi ki, ərəblər alıbsa, yəqin kompensasiya da yaxşı olacaq. Həmin ərəfələrdə Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib, mənzilləri ölçdülər. Bildirdilər ki, kvadrata 1500 manat kompensasiya ödəyəcəklər. 2016-cı ildə də deyirdilər ki, payızda buralar söküləcək. 2017-ci il başlayanda dedilər ki, yazda burada bir dənə də ev qalmayacaq. Kirayə qalanların da hamısı başqa evlərə köçdülər ki, ərazi sökülür. İndi də 2018-ci ildir və deyilənə görə, bu ayın axırına qədər bizə konkret söz deyəcəklər”.
Sakinlərlə söhbətimiz zamanı onlar kompensasiyanın azlığından da şikayətləndilər. Söylədilər ki, tikinti materialları bazarında qiymətlər 2014-cü ildəki kimi deyil, bahalaşıb. Ona görə də ən azı 2 min manat kompensasiyanın verilməsi arzusundadırlar.
Plana görə, ikinci mərhələdə Nərimanov prospektindən yuxarı, İsmayıl Qutqaşınlı küçəsinə qədər olan hissə köçürüləcək. Üçüncü mərhələ isə köçürülmə Murtuza Muxtarov və Nərimanov prospektini, Süleyman Tağızadə küçələrinədək olan ərazini əhatə edəcək.
Hazırda “Sovetski”nin söküntü aparılmayan hissələrində yaşam normal qaydada davam edir. İşlərin aparıldığı əraziyə yaxın yerləşən Çingiz Mustafayev küçəsinin bir hissəsində söküntü aparılsa da, digər hissələrdə sakinlər gözləmə mövqeyindədirlər. Bildirdilər ki, yaxınlıqda tikinti başlanan zamanlarda kommunal xətlərində ciddi problemlər olurdu. Hazırda isə bu barədə problem yoxdur. Küçənin 74 yaşlı sakini Əzizağa Qəmbərov bildirdi ki, onlara konkret söz deyən yoxdur: “Axşam məhəllədə elə bu barədə söhbət edirdik. Hələ camaat bilmir ki, hansı küçəni sökəcəklər. Süleyman Rəhimov küçəsinin camaatı deyir ki, bizim küçəni sökəcəklər, bizimkilər də hesab edir ki, söküntü onlar tərəfdən başlayacaq. Ona görə də biz ikinci mərhələnin başlanmasından, işlərin necə gedəcəyindən məlumatsızıq. Ancaq eşitmişik ki, bu ayın axırına qədər nə isə deyiləcək. Başçını da çıxarıblar, daha əvvəlki kimi buralara gedib-gələn də yoxdur. İbrahim Mehdiyev başçı olanda, tez-tez gəlirdi söküntü aparılan yerlərə. Kim evindən çıxmaq istəmirdisə, kompensasiya ilə razılaşmırdısa, onu qışqırda-qışqırda evindən çıxarırdılar, evini də sökürdülər. Bizi də yəqin ki, elə günlər gözləyir. Evinin sahəsi az olan köçmək istəmir. Ev balaca olsa da şəhərin mərkəzindədir. Aşağı düşürük, istədiyimiz idarəyə 10 dəqiqəyə çatırıq. Sizə deyim ki, bu dəqiqə Qobunun əksəriyyəti ”Sovetski" camaatıdır. Evini söküblər, kvadratı az olduğu üçün kompensasiyanı da az alıb, məcbur qalıb Qobuda ev tikib. Sahəsi böyük evdə yaşayanlar üçün fərqi yoxdur. Bir qisim də evini kirayə verənlərdir burada. Onlar da söküntü işləri ilə maraqlanmırlar".
Onu da qeyd edək ki, Yasamalın keçmiş icra başçısı İbrahim Mehdiyev prezidentin sərəncamı ilə 1 iyul 2017-ci ildə vəzifəsindən azad edilib. Yasamal rayonu artıq 6 aydır ki, icra başçısız qalıb. İbrahim Mehdiyev yuxarıda qeyd etdiyimiz Çingiz Mustafayev küçəsində yerləşən “Hacı Cavad” məscidinin sökülməsini “özbaşına həyata keçirdiyinə görə” vəzifəsindən azad edilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Dünən, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Dünən, 14:02 |
|
|
|
|