Neftçala sakinləri Səlim Müslümova işçisindən şikayət etdilər - NARAZILIQ VAR
Tarix: 24-09-2014, 12:19 | Çap et
Füzuli Ələkbərovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyindən uzaqlaşdırılması aztəminatlı ailələrin yetərli hissəsini ümidləndirdi. Çünki sabiq nazirin dövründə ünvanlı sosial yardımların verilməsi məsələsində neqativ hallar hökm sürürdü. Səlim Müslümovun nazir təyin edilməsi bu sahədə mövcud olan problemlərin qarşısını xeyli dərəcədə almış oldu. Belə ki, ƏƏSMN-in rəhbərliyindəki dəyişiklikdən sonra qurumun yerlərdəki mərkəzlərinin məsul şəxsləri ünvanlı sosial yardımları qanunlara uyğun şəkildə verməyə başlayıblar.
Yəni "6 ay sənin, 6 ay mənim" şərti demək olar ki, yığışdırılıb. Qeyd edək ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanuna əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Ailənin orta aylıq gəliri hesablanan zaman rəsmi və qeyri-rəsmi mənbələrdən ailəyə daxil olan pul və natura formasında bütün gəlirlər nəzərə alınır. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Göründüyü kimi, qanunda hər bir məsələ öz aydınlığı ilə əksini tapıb. Di gəl ki, Neftçala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində (ƏSMM) "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanunun tələblərinə əməl olunmur. Rayondakı mənbələrdən aldığımız məlumatlara görə, mərkəzin direktoru Zaur Kərimov aztəminatlı ailələrə yardım etmək əvəzinə, onları incidir və sosial yardım vermir: "Neftçalada əhalinin sosial vəziyyəti istənilən səviyyədə deyil. Vətəndaşların işlə təmini məsələsində üzə çıxan problemlər aztəminatlı ailələrin sayını bir qədər də artırıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Neftçala rayon mərkəzində qanunsuzluq adi hala çevrilib. Aztəminatlı ailələrin ünvanlı sosial yardımla təmin olunması məsələsində müxtəlif problemlər var. Yardım almaq ümidi ilə mərkəzə üz tutan yoxsul ailələrin bir çoxu heç bir əsas olmadan və sənədlərinə baxılmadan geri qaytarılır. Zaur Kərimov dövlət büdcəsi hesabına ayrılan ünvanlı yardımları özünə məxsus "qaydalar" əsasında verir. Yardım almaq istəyən vətəndaş bunun yarısını mütləq direktora verməlidir. Əgər vətəndaş bu şərtlə razılaşırsa, direktor onun sənədlərinə baxıb ünvanlı yardım təyin edir. Əgər kimsə bu hala etirazını bildirirsə, Zaur müəllim həmin ailənin yardım almasına şərait yaratmır". Məlumat üçün bildirək ki, Neftçala rayonunda 1118 nəfərə ünvanlı sosial yardımlar verilir. Mənbə deyir ki, bu şəxslərin hamısı aldıqları yardımın 6 ayını Zaur Kərimova verirlər: "Mərkəz direktoru ünvanlı sosial yardım almaq hüququ əldə edən ailələrin kartını 6 ay özündə saxlayır. Hər ay həmin kartları direktorun yaxın adamları bankomata salıb pul çıxarır. Beləcə, mərkəz direktoru ölkə qanunlarını ayaqlar altına atır". Yazının əvvəlində qeyd etdik ki, Səlim Müslümov nazir vəzifəsinə keçəndən sonra bu sahədə bir sıra mühüm tədbirlər həyata keçirib. Amma Zaur Kərimov kimi məmurların imza atdığı qanunsuzluqlar əhali arasında ƏƏSMN rəhbərliyinə qarşı inamsızlıq yaradır. Odur ki, hörmətli Səlim müəllim tezliklə Neftçala ƏƏSMM-də kadr islahatları aparmalı və direktor ən ağır formada cəzalandırılmalıdır. Yoxsa bu gedişlə Neftçalada aztəminatlı ailələrin durumu daha da ağırlaşa bilər. \\ gundelik-baki \\
Qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|