"İslahatçı" kimi özünü tanıtdıran Səlim Müslümov öz işçisinin öhdəsindən gələ bilmir? - Nizami rayon TSEK-də özəl qaydalar hökm sürür
Tarix: 21-11-2014, 10:59 | Çap et
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov vəzifəyə yeni təyin olunandan sonra tabeliyində olan məmurlara qarşı sərt hərəkətləri ilə gündəmdə qaldı. Onun nazirlik sistemində baş verən rüşvətxorluğa, korrupsiyaya qarşı başlatdığı mübarizə effekt versə də, islahatların sona qədər aparıldığını söyləmək hələ tezdir. Bu qurumda kök salmış rüşvətxor məmur toplusunu birdən-birə məhv etmək görünür, təzə nazirin gücü xaricindədir.
Hələ Əli Nağıyevin dövründən işləyən və özü üçün bir sistem quran bu məmurlarla mübarizə çox təəssüf ki, hələlik yalnız qəzet səhifələrində və internet resurslarda gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kök salmış rüşvət yuvalarından olan qurumlar sırasında TSEK-lər öndə gedir. Bir müddət öncə isə nazir Səlim Müslümov TSEK sədrlərini bir yerə toplayaraq onlara tapşırıq vermişdi ki, rəhbəri olduğu nazirliyə rüşvət daxil olmayacaq. Təbii ki, bu sözlər vətəndaşların ürəyincə olmuşdu. Amma TSEK-lərdə bu gün baş verənlər göstərir ki, nazirin tapşırıqları qulaqardına vurularaq müdirlər bildikləri üsulla işləməkdə davam edirlər. Mətbuatın gündəmindən düşməyən TSEK müdirlərindən olan Kamil Məmmədovun bu sahədəki fəaliyyəti uzun illərin təcrübəsinə söykənir. Vaxtilə nazir olan Əli Nağıyevin kadrı kimi müdir olan Kamil Məmmədov sonradan Füzuli Ələkbərovun sevimlisinə çevrildi və TSEK müdiri postunda yerdəyişmələr edərək Bakıya təşrif buyurdu. Və hazırda Nizami rayon TSEK-ində ciddi "fəaliyyət" göstərir. Hətta Səlim Müslümov kimi islahatçı nazir onu yerindən tərpədə bilmədi. Səbəbini aydınlaşdırmaq üçün nazirin özünə müraciət etmək daha düzgün olardı. Amma müraciətdən əvvəl Nizami TSEK-ində baş verən bəzi neqativ halları nazirin diqqətinə çatdırmaq istəyirik. Bu hallar əksər fərqli mətbu orqanlarda fərqli tarixlərdə işıqlandırılıb. Beləliklə, Nizami rayon TSEK-ində nələr baş verir.
Rəsmi statistikaya görə, Azərbaycan əhalisinin təxminən, 4,5 faizi əlildir. Qeyd edək ki, hazırda əlilliyin təyin olunması meyarları Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərarla müəyyənləşdirilir. Əlillik vətəndaşın xəstəliyinin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilir. Ölkəmizdə əlillər BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Başqa sözlə desək, əlillərin hüquqları lazımi dövlət səviyyəsində qorunur. Lakin son illər sağlamlığını itirmiş əlil insanlar bir sıra çətinliklərlə üzləşmək məcburiyyətində qalıblar. Belə ki, onların yetərli hissəsi əlillik dərəcəsi ala bilmirlər. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) aidiyyəti qurumlarında mövcud olan məmur özbaşınalıqları ciddi fəsadlar yaradır. Belə özbaşınalığın qeydə alındığı qurumlardan biri də dediyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7 saylı Nizami rayon Tibbi-Sosial Ekspert Komissiyasıdır (TSEK). Bu qurumda sağlam şəxslərin nələrinsə müqabilində əlillik dərəcəsi alması adi hala çevrilib. Baxmayaraq ki, iş qabiliyyətini itirmiş xeyli sayda insan var ki, hələ də əlillik dərəcəsi ala bilmirlər. Və bu hüquqlarından məhrum olublar. Bu isə birbaşa qanun pozuntusuna dair şübhələrdən xəbər verir. Halbuki nələrinsə muqabilində sağlam şəxslər özlərinə istədikləri əlillik qrupunu ala bilirlər. Sözügedən TSEK-də hər sənədin öz "məsələ"si var. Xəstəlik və əlilliyə görə, təqaüdə çıxmaq üçün sadəcə, əllərini "tərpətməlisən". Tələb olunanlar verildikdən sonra müdir tez bir zamanda məsələni həll edir. Nizami Rayon Tibbi Sosial Ekspert Komissiyasında müayinələrdən keçdikdən sonra ayrı-ayrı vətəndaşlara 2-ci qrup əlillik dərəcəsinin verilməsi müşkülə dönüb. TSEK-in sədri hansısa səbəblər üzündən bəzi vətəndaşlara 2-ci qrup əlillik dərəcəsi verməkdən imtina edir. Bir sıra vətəndaşlara 2-ci qrup əlillik dərəcəsi ilə ömürlük pensiya kəsilməlidir. Lakin onu hər il çağırıb ayrı-ayrı həkim komissiyasından keçməklə beləcə get-gələ salırlar. Halbuki qanuna əsasən əlillik "ümumi xəstəlik", "hərbi xidmət dövründə xəstələnmə", "əmək xəsarəti və peşə xəstəliyi, "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar", "Çernobıl qəzasının ləğvi ilə əlaqədar" təyin olunur. Əlilliyin ağırlıq dərəcəsindən asılı olaraq birinci, ikinci və üçüncü qrup əlillik təyin edilir. Əlillik statusu əldə etməyin qaydası şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Amma təəssüf ki, Nizami Rayon Tibbi Sosial Ekspert Komissiyasından bu sənədləri almaq mümkün deyil. Nizami rayonunda qeydiyyatda olan gənclərin bir hissəsi hərbi xidmətdən yayınmağın rahat yolunu tapıblar. Onlar əsgərliyə getməməkdən ötrü saxta yollarla əlillik vəsiqələri əldə edirlər. Bu məsələdə onların köməyinə Nizami Rayon Tibbi Sosial Ekspert Komissiyası çatır. Komissiya sədri nəyinsə qarşılığında bəzi gənclərə saxta əlillik dərəcəsi düzəldərək onların hərbi xidmətdən yayınmasına yardımçı olur. Azərbaycanın Ermənistanla müharibə şəraitində yaşadığı, orduya əsgərin lazım olduğu bir vaxtda, komissiya rəhbəri sağlam gəncləri "əlil" edir. Digər tərəfdən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri bəyan edir ki, əlillik dərəcəsini almaq üçün TSEK-lərə 88 saylı forma və şəxsiyyət vəsiqəsinin sürətini təqdim etmək kifayətdir. Kamil Məmmədov isə əlillik dərəcəsi almaq ümidi ilə bura gələn vətəndaşları sənəd bəhanəsi ilə get-gələ salır, süründürür.
Dediyimiz bu faktlar hələ aysberqin üzdə olan xırda bir hissəsidir. Əgər hörmətli nazir Səlim Müslümov tabeliyində olan bu şöbəyə daha ciddi nəzarət etsə və araşdırma aparsa, daha nələrin ortaya çıxacağına şübhə yoxdur. Bu baxımdan öz işində həmişə peşəkar olan hazır ki, iqtidar komandasında islahatçı bir şəxs kimi ad çıxarmış Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Nizami rayon TSEK-ndə baş verənlərə öz diqqətini yönəltsə, çox minli əlillər ordusuna böyük bir yaxşılıq etmiş olar. Biz ümidvarıq ki, mətbuatla daimi çıkişmədə olan Nizami rayon TSEK-nin rəhbəri haqqında Səlim Müslümov lazimi addımlar atacaq. Çünki nazirin indiyə kimi atdığı addımların əksəriyyəti məmurdan yana yox cəmiyyətin xeyrinə olub. Bu halda da istisnanın olacağını düşünmürük. \\ gundelik-baku.com \\
Yazıda adı çəkilən hər bir şəxsin münasibətini işıqlandıra bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|