Ramiz Yediyarov Gədəbəyi sırf özü müəyyən etdiyi qaydalarla idarə edir - Sahibkarların nəfəsi kəsilib...
Tarix: 10-02-2015, 11:16 | Çap et
Ölkə başçısı İlham Əliyevin dəfələrlə məmurlara sahibkarları incitməməklə bağlı verdiyi tapşırığa əməl olunmur. Gədəbəy rayonunda fəaliyyət göstərən iş adamı Vaqif Səfərov başına açılan müsibətlərdən danışdıqlarından dəqiq bu qənaətə gəlmək mümkündür.
Şikayətdən məlum olur ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov bu iş adamını xeyli incidərək, onun hüquqlarını tapdalayıb.
Bu dəfə redaksiyamıza daxil olan məktubda qanuni inşa olunmuş müxtəlif kommersiya obyektlərinin Gədəbəy rayon icra başçısı tərəfindən heç bir kompensasiya ödənilmədən sökülməsindən bəhs olunur. Məktub zərərçəkmiş iş adamı Səfərov Vaqif Qara oğlu tərəfindən göndərilib. Vaqif Səfərov xahiş edir ki, onun ölkə rəhbərliyinə ünvaladığı məktubunu olduğu kimi dərc edək.
Müraciətdə deyilir: “Yazıb məlumunuz edirəm ki, Gədəbəy rayonu Kooperativlər İttifaqının binasının arxa tərəfində yerləşən 26000 kv.m (26 sot) sahəsi olan ərazi və bu ərazidə yerləşən tikili 1998-ci ildə Gədəbəy RİH tərəfindən qanuni şəkildə mənə verilmişdir. Lakin bir müddət bundan əvvəl Gədəbəy RİH-nin başçısı Ramiz Yediyarovun göstərişi ilə, həmin torpaq sahəsi mənim əlimdən alınmış, ərazidə olan mənə məxsus tikili isə sökülərək yerlə-yeksan edilmişdir. Bütün bunların müqabilində isə mənə qətiyyən heç bir kompensasiya ödənilməmişdir. Ölkə mətbuatında R.Yediyarovun törətdiyi qanunsuzluqlar barədə dərc olunan materiallarda göstərilənləri bir daha təsdiqləyərək, bildirirəm ki, bu gün Gədəbəy RİH-nin başçısı rayonu sırf özü müəyyən etdiyi qaydalarla idarə edir. Bu qaydalar isə bütünlüklə ölkə qanunlarına ziddir və bütün təbəqələrdən olan vətəndaşların hüquqlarının kobudcasına pozulmasına yönəldilmişdir. Deyilənləri nəzərə alaraq, Sizdən artıq dərəcədə xahiş edirəm ki, ərizəmdə göstərilən faktların araşdırılması və mənim pozulmuş hüquqlarımın bərpası üçün lazımi tədbirlər görəsiniz. Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm”.
Məsələni aydınlaşdırmaq üçün zərərçəkən Vaqif Səfərovun özü ilə görüşdük. Məlum oldu ki, Ramiz Yediyarov uçurub-dağıtdığı həmin obyektlərin yerində Ticarət Mərkəzini inşa etdirib. Vaqif kişi ilə bərabər, digər sahibkarlar da iddia edirlər ki, onların əsassız olaraq sökülən qanuni obyektlərinin əvəzinə Ramiz Yediyarov həmin şəxslərə sözügedən Ticarət Mərkəzində dükanlar təklif edir. Lakin bu təklifdə də kifayət qədər problemlərlər var. Birincisi, təklif olunan dükanların qanuni əsaslarla fəaliyyət göstərməsini təsdiqləyən heç bir sənəd verilmir. Bu da istənilən vaxt həmin sahibkarların Ticarət Mərkəzindən kənarlaşdırıla biləcəyinə zəmin yaradır. Digər tərəfdən isə məlumatlara görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları bu Ticarət Mərkəzinin açılışına hələ ki, rəsmi icazə verməyiblər. Ona görə ki, Ticarət Mərkəzinin düz üzərindən biri 110 min kilovattlıq və digəri 35 min kilovattlıq olmaqla iki yüksək gərginlikli elektrik xətti keçir. Buna görə də həmin ərazidə Ticarət Mərkəzinin tikilməsinə heç əvvəldən də razılıq verilməyib. Sual olunur, sahibkara məxsus obyektlərin sökülməsinə yüksək gərginlikli elektrik xəttini səbəb göstərən icra başçısı Ramiz Yediyarov həmin ərazidə ticarət mərkəzini necə tikə bilər? Baxmayaraq ki, yüksək gərginlikli elektrik xəttinin altında ticarət mərkəzinin fəaliyyət göstərməsi daha təhlükəli və daha risklidir.
V.Səfərov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun ona məxsus olan əmlakının əlindən alınması prosesini belə izah etdi: “1998-ci il 16 iyun tarixində Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 143 nömrəli qərarı ilə mənə kənd təsərrüfatı, sənaye, ərzaq və digər məhsulların satışı üçün bazarın tikintisinə torpaq ayrılmağı barədə sərəncam verilmişdir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti olduğu üçün satışa çıxarılmışdı və mən torpaq sahəsini aldım. Əlimdə bununla bağlı ödəniş qəbzləri də var (iki milyon beş yüz altmış dörd min və bir milyon yüz min manatlıq iki ədəd qəbzi bizə göstərir). Bundan sonra həmin ərazidə müəyyən tikililər tikildi və kiçik bazar kimi fəaliyyət göstərməyə başladı. Ramiz Yediyarov Gədəbəy rayonuna icra başçısı təyin olunandan sonra yalançı abadlıq-quruculuq işləri adı altında uçurulan bir çox ticarət obyektləri ilə bərabər, mənə məxsus olan həmin obyekti də 0,26 ha ərazidə yerləşməklə və içərisində 30 min manatdan artıq dəyərində tikililəri ilə birlikdə özünün maddi maraqlarının qurbanına çevirdi. Özü də heç bir əsas olmadan, heç bir məhkəmə qətnaməsi çıxarılmadan, hətta şifahi və yaxud yazılı xəbərdarlıq edilmədən həmin ərazi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tərəfindən zəbt olundu və içindəki tikili ağır texnikanın və polis qüvvələrinin cəlb olunması ilə darmadağın edildi. Hələ də başa düşmək olmur ki, Ramiz Yediyarov kimə arxalanıb belə qeyri-qanuni işlər görməkdən çəkinmir”.
Vaqif Səfərovun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi həmin ərazinin üzərindən yüksək gərginlikli elektrik xətləri keçdiyi üçün əvvəllər də orada yeni tikililərin inşasına icazə verməmişdir. Buna görə də sahibkar həmin ərazidə başqa tikililər inşa etməmişdi. Təəccüb doğuran məqam budur ki, həmin ərazi Ramiz Yediyarov tərəfindən zəbt ediləndən sonra başçı öz əlaltısı ilə orada ticarət mərkəzi tikdirmişdir. Əgər FHN yüksək gərginlikli elektrik xətlərinin altında tikinti aparılmasına icazə verməyibsə, bəs Ramiz Yediyarov ticarət obyektini necə tikdirib? Bununla belə, bütün rayon sakinləri bilir ki, həmin ərazi Səfərov Vaqifin mülkiyyətidir və Ramiz Yediyarov vəzifəsindən sui-istifadə edərək həmin ərazini zəbt edib, qeyri-qanuni mənimsəyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il müvafiq sərəncamına əsasən zəruri ehtiyac olan torpaqlar dövlət tərəfindən alına bilər. Bir şərtlə ki, mülkiyyətçinin əmlakının dəyəri ödənilsin. Amma, deyəsən, Ramiz Yediyarovun ölkə başçısının verdiyi sərəncamdan xəbəri yoxdur.
Vaqif Səfərov məsələ ilə bağlı Gədəbəy rayon icra başçısı Ramiz Yediyarovu məhkəməyə verməyi düşünür. “İndiyə kimi müavinləri vasitəsilə məni yubadırdı ki, narahat olma, düzələcək. Amma görürəm, icranın başçısının insanlığa sığmayan ədalətsizliyi getdikcə daha da güclənir!”.
Sözügedən ərazi və iş adamı Vaqif Səfərova məxsus “Rövşən” firması ilə bağlı rəsmi sənədlərlə əlavə olunmuş şəkillərdə tanış ola bilərsiniz.
Məslə ilə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik! (azinform.az)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
|