Neftçalada vəziyyət nəzarətdən çıxıb? - İcra başçısının adamlarına söz deyən yoxdur - Yeyinti ittihamı...
Tarix: 14-02-2015, 10:36 | Çap et
Yeni sədr bələdiyyə torpağında yerləşən obyektlərin sahibləri ilə bağlanmış müqavilənin şərtlərinə özbaşına şəkildə dəyişiklik edib
Ölkənin cənub-şərqində yerləşən Neftçala rayonunda məmur özbaşınalıqları səngimək bilmir. Son günlər rayonda fəaliyyət göstərən yerli idarə, müəssisə və təşkilat rəhbərlərinin qanuna sığmayan hərəkətləri ilə bağlı yuxarılara ünvanlanan şikayət məktublarının sayı kəskin şəkildə artıb. Buna baxmayaraq, vətəndaşları incidən, onların haqqını tapdalayan vəzifəli şəxslərin barəsində heç bir ölçü götürülmür.
Qəzetimizin keçən saylarından birində "Qarabağ müharibəsi veteranları, əlil və şəhid ailələri" İctimai Birliyinin Neftçala rayon təşkilatının sədri Aydın Aslanovun icra başçısı İsmayıl Vəliyevə arxayın olaraq törətdiyi özbaşınalıqlar haqqında yazı dərc etmişdik. Redaksiyamıza müraciət edən rayon sakinləri Aydın Aslanovun bu ictimai təşkilata rəhbərlik etməsinin Qarabağ qazilərinə, əlil və səhid ailələrinə qarsı hörmətsizlik olduğunu bildirmişdilər: "Çünki Aydın Aslanovun Qarabağda nə vaxt, harada olması, hansı istiqamətdə gedən döyüşlərdə istirak etməsini rayonda heç kim bilmir. Bilinən odur ki, Aydın Aslanov məhz Qarabağ müharibəsindən yayınmaq üçün polisdən çıxıb. 2012-ci ildə isə birdən-birə necə oldusa Aydın Aslanov "Qarabag müharibəsi veteranları, əlil və şəhid ailələri" İctimai Birliyinin Neftçala rayon təşkilatının sədri oldu?! Təskilata sədrliyə keçəndən sonra isə icra başçısı İsmayıl Vəliyevdən müxtəlif instansiyalara şikayət ərizələri yazmağa başladı. Daha sonra bu şikayətlərin nə məqsədlə edildiyi aydınlaşdı. Sən demə, bütün bunlar sadəcə, şahmat termini ilə desək, "Atla gediş" imiş?! Bunu deməyə Aydın Aslanovun icra başçısı ilə sonrakı yaxınlığı əsas verir. Bir müddət sikayətləri ilə icra başçısını şantaj edən Aydın Aslanov indi artıq icra başçısının obrazlı desək, vuran əli, eşidən qulağı, lazım gələndə danışan dilidir! Rayon rəhbərinin yanında belə hörmət qazanan Aydın Aslanovun ilk işi o oldu ki, rayonun avtovağzalını bu məqsədlər üçün tam yararlı olan bir binadan, rayon mərkəzində-yaşayış binaları, həyət evləri və 3 saylı orta məktəblə əhatə olunmuş bir ərazidə tikilən bazarda, avtovağzal üçün heç bir şəraiti olmayan bir otağa köçürülməsinə nail oldu.
Bu işdə icra başçısının da xüsusi marağı oldu. Çünki yeni tikilmiş bazarın el dililə desək, gurlaşması icra başçısının da marağında idi. Əks halda bu bazarı da Qobustan rayonunda inşa edilmiş bazarın aqibəti gözləyirdi. Bütün bunlara qanuni don geyindirmək üçün isə rayonun 1 saylı orta məktəbinin direktoru Alim Abdullayevin rəhbərlik etdiyi "Avtoservis"MMC-yə Aydın Aslanov icraçı direktor təyin edildi. Bu da az oldu! Aydın Aslanov Nəqliyyat Nazirliyinin Cəlilabad rayon 13 saylı Regional Nəqliyyat Departamentinin rəisi Namiq Kərimovla əlbir olub yeni avtovağzalda marşrut alveri etməyə başladı. Aydın Aslanov və Namiq Kərimov cütlüyü Neftçala bazarı-"Sədərək" ticarət mərkəzi marşrutu üzrə işləyən mikroavtobusları şəxsi əmlakları kimi istifadə edib, qaz vurub, qazan doldururlar! Kassası olmayan, vətəndaşlara bilet satılmayan "avtovağzaldan" çıxan mikroavtobusların sürücüləri hər oturacağa görə Aydın Aslanova reysdə bir manat ödəyirlər. Əvəzində isə Aydın Aslanov onlara "yolunuz aydın olsun" deyib yola salır. Yox əgər kimsə Aydın Aslanovun icra başçısı üçün tələb etdiyi 1300 manat pulu verməsə, onda Aydın Aslanov həmin sürücüyə hücum edib, onun kimliyindən, ailə vəziyyətindən asılı olmayaraq onu reysdən çıxarıb ailəsini çörəksiz qoyur! Namiq Kərimov da Aydın Aslanova dəstək verib, şikayət edənlərin qarşısında dağ olub, dim-dik dayanır". Şikayətdən göründüyü kimi, rayonun qeyri-qanuni fəaliyyət göstərən avtovağzalını nəzarətdə saxlayan Aydın Aslanov bəzi insanların burda işləməsinə imkan vermir. Rayondakı qaynaqlardan redaksiyamıza daxil olan məlumatlara görə, Aydın Aslanov icra başçısı İsmayıl Vəliyevin xeyir-duası ilə Neftçala şəhər bələdiyyəsinin sədri seçilib: "Onun bələdiyyə sədri vəzifəsində oturması rayonun mərkəzi hissələrinin bundan da bərbad hala düşəcəyindən xəbər verir. Çünki bu adamı Neftçalanın inkişafı yox, tamamilə başqa məsələlər maraqlandırır. O icra hakimi ilə şərikli şəkildə bəzi biznes layihələri həyata keçirməyə hazırlaşır. Hazırda Neftçala rayonunda İsmayıl Vəliyevlə yanaşı, Aydın Aslanovun hegemonluğu hökm sürür. O bələdiyyə sədri kimi artıq ilk özbaşınalıqlara qol qoyub. Belə ki, bələdiyyənin mülkiyyətində olan torpaq sahələrində yerləşən bütün ticarət obyektlərinin sahibləri ilə yeni müqavilələr bağlanıb. Köhnə bələdiyyə sədrinin dövründə həmin müqavilələrə görə 6 manat tələb edilirdi. Aydın Aslanov isə müqaviləyə görə hər sahibkardan 10 manat yığdırır. Onun gördüyü iş tam qanunsuzdur. Çünki bələdiyyənin ilk iclası keçirilməyib və müqavilələrin bağlanması haqda qərar qəbul edilməyib. Sədr nə bilirsə onu da edir. Özbaşına şəkildə müqavilə şərtlərinə dəyişiklik edir".
Mənbəmiz bildirir ki, Aydın Aslanov indiyə kimi səbəb olduğu qeyri-qanuni əməllərinə görə çoxdan həbs olunmalı idi: "Belə ki, bir müddət əvvəl rayon sakini Elmir Hüseynov Aydın Aslanovdan Vergilər Nazirliyinə şikayət edib. Vergilər nazirinin müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədovun imzası ilə Elmir Hüseynova cavab məktubu gəlib. Məktubda yazılıb ki, Neftçala şəhər sakini Aslanov Aydın Balağa oğlunun vergidən yayınması və digər məsələlər barədə Vergilər Nazirliyinə daxil olmuş 15.01.2015-ci il tarixli teleqramınıza dövlət vergi orqanlarının səlahiyyətləri daxilində baxılmışdır. Müraciətinizdə göstərilənlərlə əlaqədar aparılmış araşdırma zamanı Aslanov Aydın Balağa oğlunun Neftçala şəhəri, H.Əlyev prospektində yerləşən "Avtoservis" Məhdud Məsuliyyətli Cəmiyyətində 15.01.2015-ci il tarixədək icraçı direktor vəzifəsində çalışdığı müəyyən edilmişdir. Vergi orqanının müvafiq qərarına əsasən həmin cəmiyyətdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək vergi ödəyicisi barəsində Vergi Məcəlləsinə müvafiq qaydada 29.01.2015-ci il tarixdə akt tərtib edilmişdir. Eyni zamanda, araşdırma zamanı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktları aşkarlanmışdır. Məlumat üçün bildiririk ki, "Avtoservis" Məhdud Məsuliyyətli Cəmiyyətində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama başa çatdıqdan sonra nəticəsindən asılı olaraq Vergi Məcəlləsində nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. Amma bələdiyyə sədri zəmin yaratdığı vergi cinayətinə görə hələ də cəzalandırılmayıb". Növbəti saylarımızda Aydın Aslanovun İsmayıl Vəliyevin haqqında yuxarılara yazdığı şikayətlərdən sonra ələ keçirdiyi obyektlər və digər qanunsuzluqları barədə məlumat verməyə çalışacağıq. Bizi izləyin. \\ GünBakı \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
|